Bugün:

"Rusiya dinimizə əl uzadarsa, onda açıq müharibəyə gedə bilərik" - KADIROVDAN SENSASİYALI AÇIQLAMA - VİDEO

05 sen 2017, 16:42, altun
    Oxunub: 696
"Rusiya dinimizə əl uzadarsa, onda açıq müharibəyə gedə bilərik" - KADIROVDAN SENSASİYALI AÇIQLAMA - VİDEO

Çeçenistan lideri Ramzan Kadırov Myanmada buddistlərlə müsəlmanlar arasındakı toqquşmanı şərh edərək baş verənləri “soyqırım” adlandırıb.

Alttun.az enter.news-a istinadən xəbər verir ki, bu barədə çeçen lider instagramda paylaşdığı video müraciətində danışıb. Siyasətçi bildirib ki, hətta rəsmi Moskva bu cinayəti törədən “şeytanları” dəstəkləyərsə Rusiyanın siyasətinə qarşı çıxa bilər: “Mənim öz baxışın, öz mövqeyim var”.

Onun sözlərinə görə, “hakimiyyət tərəfindən səlahiyyətləndirilmiş kütləvi qırğınlar” müsəlmanların məhvinə yönəldilib, lakin beynəlxalq təşkilatlar susmağa üstünlük verir.

Qeyd edək ki, Myanmada baş verən konfliktdə təxminən 400 insan öldürülüb, 18,5 min müsəlman Banqladeşə qaçmalı olub.Yerli hökumət isə əmindir ki, rohingya müsəlmanları qeyri-leqal miqrantlardırlar.
loading...