Bugün:

Bakıda sərnişin avtobus sürücüsünə tapança tuşladı - VİDEO

19 avq 2017, 11:27, altun
    Oxunub: 289
Bakıda sərnişin avtobus sürücüsünə tapança tuşladı - VİDEO

Bakıda orta yaşlı kişi avtobusu dayanacaqdan kənarda saxlamadığı üçün sürücünü və onu müdafiə edən digər sərnişinləri silahla hədələyib.
Altun.az teleqraf.com-a istinadən xəbər verir ki, hadisə "Bakubas"a məxsus marşrut avtobusunda olub. Silahlı şəxsin dediklərindən belə anlaşılır ki, sürücü ona əli ilə "olmaz" işarəsi edib. O isə bunu özünə təhqir hesab edib və dayanacaqda avtobusa minərək sürücü ilə "haqq-hesabı" həll etmək istəyib. Silahlı şəx hətta sürücünü müdafiə edən sərnişinləri də silahla hədələməkdən çəkinməyib.
loading...