Bugün:

Millimizə lazım olmayan Ramil Quliyev prezidenti ağlatdı – EKSKLYUZİV VİDEO

11 avq 2017, 12:13, altun
    Oxunub: 571
Millimizə lazım olmayan Ramil Quliyev prezidenti ağlatdı – EKSKLYUZİV VİDEO

"Fənərbaxça"nın prezidenti Əziz Yıldırım klubun üzvü Ramil Quliyevin Londonda kişilər arasında 200 metr məsafəyə qaçış yarışının finalında qazandığı qızıl medaldan sonra göz yaşlarını saxlaya bilməyib.

Altun.az xarici mediaya istinadla xəbər verir ki, FBTV telekanalına müsahibə zamanı Yıldırımın səsi titrəyib və ağlayıb: “Övladlarımızın çempion olmasından çox qürur duyuram. İnanıram ki, digər idmançılarımız da qələbə qazanacaq”.

Ramil Quliyevin qələbəsindən sonra “Fənərbaxça” klubu açıqlama yayıb: “Dünya çempionatında ölkəmizi təmsil edən və birincilik qazanan Ramil Quliyevi təbrik edir, ona daha böyük uğurlar arzu edirik. Ramil Türkiyə ilə yanaşı Azərbaycanın da adını yüksəklərə qaldırdı. Bunun üçün Azərbaycan dövlətinə də təşəkkür edirik”.
loading...