Bugün:



Uzun saçlı qızın ruhu kameraya əks olundu - VİDEO (18+)

08 yan 2017, 20:37, altun
    Oxunub: 177
Uzun saçlı qızın ruhu kameraya əks olundu - VİDEO (18+)

Sosial şəbəkədə qara, uzun saçlı qızın ruhunun sərnişinin ardınca taksiyə mindiyini açıq-aşkar göstərən video yayılıb.

Qaranlıq siluet hərəkət edən avtomobilə sarı gəlib və taksiyə minib. Lakin ruhun taksiyə mindiyini nə sürücü, nə də sərnişin hiss edib. Taksinin qapısı bağlanan kimi ruh yoxa çıxıb.

Altun.az xəbər verir ki, qızın taksiyə minməsi yol kənarında quraşdırılmış videoya düşüb. Hadisə isə 2012-ci ildə Yaponiyada baş verib. Lakin video bu yaxınlarda yayılıb və ictimaiyyətin diqqətini cəlb edib. Videoda ölü qızın uzun, ağ paltarda olduğu güman edilir.

Qeyd etmək lazımdır ki, Yaponiyanın İsinomaki şəhərində sakinlər nəinki ruhların olduğuna inanır, həm də onları öz gözləri ilə gördüyünü iddia edir. Şəhərin sakinlərinin sözlərinə görə, 2011-ci ilin mart ayında baş vermiş dəhşətli sunamidən sonra taksi xidmətləri sifariş edilir, lakin sərnişinlər, daha doğrusu ruhlar təyinat məntəqəsinə çatmamış yoxa çıxır.