Bugün:

Nəhəng ilanı unitazdan belə çıxardılar – VİDEO

02 yan 2017, 14:18, altun
    Oxunub: 191
Nəhəng ilanı unitazdan belə çıxardılar – VİDEO

Tailandın şimal-şərqində yerləşən Kxonken şəhərinin qadın sakini unitazda nəhəng ilan aşkarlayıb.

Altun.az xəbər verir ki, qadın bu barədə müvafiq orqanlara xəbər verib. Yayılan videodan görmək olur ki, mütəxəssislərdən biri xüsusi qarmağı ilanın boğazına salır, digəri isə onu çıxarmaq üçün ilanın quyruğundan yapışır. Aşkar edilmiş ilanın zəhərsiz olduğu bildirilib. Növbəti gün xilasedicilər ilanı sərbəst buraxıblar.

Qeyd edək ki, noyabrda Cənubi Afrika Respublikasının Pretoriya şəhərində evlərdən birinin sakini unitazdan nəhəng kobra aşkarlamışdı. Bu canlıların drenaj sisteminə necə gəlib düşdükləri məlum deyil.
loading...