Bugün:

Çinarə Məlikzadənin eks-əri İLK DƏFƏ evliliklərindən DANIŞDI: “Təklif gəlsə...”

04 okt 2017, 13:11, altun
    Oxunub: 64
Çinarə Məlikzadənin eks-əri İLK DƏFƏ evliliklərindən DANIŞDI: “Təklif gəlsə...”

Keçmiş ər-arvad, müğənni Çinarə Məlikzadə və aktyor Əlibəy Məmmədli eyni tədbirə qatılıblar.
Altun.az xəbər verir ki, eks-cütlük qarşılaşmamaq üçün sanki gizlənpaç oynayıblar. Ə.Məmmədli tədbirə yalnız gəlsə də, Çinarənin yanında prodüseri olub.
Təlaşlı və nisbətən gərgin görünən məşhurların hər ikisinə təklif gələrsə, eyni filmdə oynayıb-oynamayacaqları barədə sual ünvanladıq. Ç.Məlikzadə “Şəxsi həyatımla bağlı suallar verməyin” deyərək, sualımızı cavabsız qoydu.
Bir neçə müddət öncə Ç.Məlikzadədən boşanan Ə.Məmmədli isə suallarımıza belə cavab verdi:
“Həyatdır, ola bilər, eyni filmdə oynaya bilərik. Bunlar şəxsi məsələlərdir. Düşmən deyilik. Hazırda danışmırıq. İnsan kimi ailə qurmuşduq, insan kimi də ayrılmışıq. Bir-birimizə kinimiz yoxdur. Münasibətimiz də normaldır. Eyni filmdə oynamaqla bağlı təklif gəlsə, qəbul etmərəm”.
Qeyd edək ki, evlilik müddətləri bir il çəkməyən cütlüyün bu nikahdan övladı yoxdur.
loading...