Bugün:

"Renkanı qucaqdan-qucağa atılan vaxtından tanıyıram" - Təranə Səmədova

11 sen 2017, 19:05, altun
    Oxunub: 25
"Renkanı qucaqdan-qucağa atılan vaxtından tanıyıram" - Təranə Səmədova

Altun.sz bildirir ki, ARB TV-nin "Günə davam" proqramında produsser Təranə Səmədova və rəqqasə Renka arasında yaşanan qalmaqalın səbəbi aşkar olunub.

Belə ki, maraqlı açıqlamaları ilə diqqət çəkən produsser, qalmaqal yaşadığı rəqqasəni tərbiyəsiz adlandırıb:

"Hər dəfə zarafata salırdım, ünsiyyət yaratmağa çalışırdım ki, bu mənimlə barışsın. Çünki, bu səriştəsizliyindən irəli gəlir. Bu yetərincə ağıllı olsaydı, belə şeyin üstündə mənimlə qırğına çıxmazdı. Amma gətirdi o yerə çıxartdı ki, nə ağıllı, bu tərbiyyəsizdir. Mən o insanla bir daha barışmaq istəmirəm".

Bu sözlərlə kifayətlənməyən Təranə Səmədova, Renkanı uzun müddətdir tanıdığını və keçmişini bildiyini bildirib:

"Mən açıq səmimi etiraf edəcəm. Oriental rəqsi o vəziyyətə salıblar ki, rəqqasə stol-stol gəzəcək və masalardan pul toplayacaq. Mən Renkanı turbaya dolanan vaxtından tanıyıram. Üzr istəyirəm, onun qucağından bunun qucağına atılan vaxtından tanıyıram. Yəni biri var masaya yaxınlaşasan, biri də var ki, qucaqdan götürüb atırdılar o biri qucağa. Özümə ayıb bilirəm bunları danışmağı. Amma o insanın mənə sənə qadın kimi hörmətim yoxdur deməsi bir az gülünc haldır".
loading...