Bugün:

"Kalp atışı"nın bu seriyasına etiraz: "Üzr istəsinlər"

10 sen 2017, 19:35, altun
    Oxunub: 23
"Kalp atışı"nın bu seriyasına etiraz: "Üzr istəsinlər"

“Show TV”də yayımlanan “Kalp atışı” serialının 10-cu bölümü insanlar tərəfindən etirazla qarşılanıb.

Altun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, həmin seriyada bir nəfər xəstəxanaya girərək qarşısına çıxanlara atəş açır.

Bu səbəbdən xüsusi təyinatlı polislər onu tapmaq üçün xəstəxanaya gəlirlər. Orada xüsusi təyinatlıların döyülmə və hücumçuya deyil, həkimlərə müdaxilə olunma səhnəsi sosial şəbəkədə müzakirə obyektinə çevrilib.

İzləyicilər bunun polislərə və həkimlərə qarşı hörmətsizlik olduğunu vurğulayıblar. Hamı serialın ssenaristi və rejissorunu qınayıb və xalqdan üzr istəməsini tələb edib.
loading...