Bugün:

Mətanət Əliverdiyeva işdən çıxdı

06 sen 2017, 13:05, altun
    Oxunub: 37
Mətanət Əliverdiyeva işdən çıxdı

Aparıcı Mətanət Əliverdiyeva 106.3 FM-də aparıcısı olduğu "Bumeranq" səhər şousundan ayrılıb.

Altun.az axşam.az-a istinadən xəbər verir ki, aparıcı açıqlamasında bildirib ki, buna səbəb telekanaldakı işlərinin çoxluğu olub:

"5 gəlin"də işlərim çox oldu. Həm də format dəyişdik. Sentyabrın 10-dan efirdə olmalıyıq. Rayonlara gedirik, heç cür çatdıra bilmirdim. Gecə gec qayıdırıq, tezdən çəkilişlərdə oluruq. Kollektiv mənə görə oturub gözləyirdi, alınmır. Sırf "5 gəlin"də olacam.

Bir də sentyabrın 9-dan "Qız atası" serialımız başlayır. Tam fərqli və daha maraqlı olacaq".
loading...