Impera

XƏBƏR LENTİ
16:00Nəsib Həsənov Azərbaycanın milyardlarını niyə xaricdə gizlədir?16:11Qarabağ Azərbaycandır! Siz anlamalısınız ki... - Saakaşvili15:59Hücumlar dayanmasa...- M.Çavuşoğlu15:47Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:42Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:25Rusiya və Türkiyə qarşı-qarşıya gəldi-Suriya üzərində insident23:18Gücləri birləşdirmədən... - Putin Makronu dəstəklədi23:0723 yaşlı gənc çayda boğuldu - 11 gün idi ki, ailə qurmuşdu...12:05Bakıda ağır qəza: 8 yaşlı uşaq öldü11:44Əgər Tramp yenidən seçilsə... - Vedrin14:05Hər iki ölkə münasibətlərə mənfi təsir edəcək addımlar atacaq - Çavuşoğlu13:57Sabiq prezident Atambayevin arvadına da cinayət işi açıldı-etmə, edərlər...13:49Zakir Həsənov Moskvaya - tamaşaya gedəcək15:23Baş verənlər islam dünyasını radikallaşdıracaq - Müsəlmanlara qarşı növbəti soyqırım...15:15"TÜRK QOŞUNLARI AZƏRBAYCANA GƏLMƏLİDİR" - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU00:33Dili ağzına ağırlıq edən Vidadi, Qabil və s. kimilərə... - Müəllim nəvəsindən CAVAB - VİDEO18:47Paşinyanın çıxışı ilə bağlı etiraz bəyanatı yayıldı - Foto17:46Nə edək, Cənablar?...15:48Atambayevin evinə hücum zamanı əsir götürülən xüsusi təyinatlıların ilk görüntüsü - VİDEO15:38Rusiyada hərbi hissələr partladılır: bu dəfə 2 ölü, 15 yaralı15:31800 milyonluq helikopter...11:28Nabranda batan uşağın meyiti Rusiyada tapıldı10:27Prezident Təhlükəsizlik Şurasını toplayır10:17Xüsusi təyinatlı vuruldu10:11Lerik rayonunda zəlzələ olub.10:03Sumqayıt yolunda iki avtobus toqquşdu: yaralananlar var - FOTO23:48İŞİD əmri Türkiyədə yaxalandı - Foto01:18"Ermənilərin hamısına düşmən kimi baxmayaq..." - Deputat15:24Ərindən boşanan iki uşaq anası özünü səkkizinci mərtəbədən atdı10:50Salyanda yol qəzası - 4 nəfər yaralandı09:43Ərəb koalisiyasının ABŞ-a 299 milyon borcu var - Rebariç16:47Aprelin 26-na MANATIN MƏZƏNNƏSİ12:33Putin Ukraynadakı seçkilərdən danışdı09:59Salyanda ağır yol qəzasında sürücü həyatını itirdi09:52ABŞ mayın ikisindən verdiyi imtiyazları tamamilə ləğv edəcək09:45Ukraynanın yeni prezidentindən yeni müharibə anonsu09:39Bakıda bu yollar bağlandı - Siyahı09:32Bu, Poroşenko üçün ağır və biabırçıdı məğlubiyyətdir - Kosaçev11:55Rus S-300-ləri öldü: İsrail bu raketlərə Rusiyanı aldada biləcək vasitə kimi yanaşır - Retçer11:14Rayonlara qar yağır, leysan olacaq - YENİLƏNİB + FOTO11:04Makron PYD/YPG-çi terrorçularla görüşdü10:55Qatar relsdən çıxdı: yaralılar var10:48Son dəqiqə: Sərnişin avtobusu aşdı: 11 ölü, 29 yaralı20:08Makrondan qalmaqallı qərar — 24 apreli erməni soyqırımı günü elan etdi19:59Rəsmi Bakıdan Yaqlanda CAVAB19:57Dünya şöhrətli professor ürəyin bir nömrəli DÜŞMƏNİNİ AÇIQLADI: Ailə...19:54Poroşenko: Zelenski virtual namizəddir19:52Azərbaycanlı Cənubi Koreyada dövlət məmuru oldu09:52Bakıda ev yandı - Yaralananlar var09:45Sudan da prezidentini devirdi...10:53Netanyahu seçkidə cüzi səslə irəlidədir – Rəsmi nəticələr14:15Netanyahu bütün dünyanı xaosa sürükləyir - Ömər Çelik14:08Zaqatala və Qax silkələnir21:32Şirvanda ev yanıb09:21Bizim Rusiyanın alyansı təhdid etdiyi istiqamətində düşüncəmiz var - NATO toplanır09:11İstambulda səsələr yenidən sayılacaq - Qərar16:50Hindistan Pakistan arasında müharibə gedir - Ölənlər var16:44Sərnişin avtobusu mağazaya girdi – Foto11:53Sərkisyan Tərtərin Çardaqlı kəndinə gəldi - Meydan oxudu11:05Biz sizin axmaq olacağınız anı gözləyirik - Ukraynanın məhv planı10:54Hərdən elə olurdu ki, anamın üzünü görmürdüm - 9 universitetin arzuladığı azərbaycanlı10:45"Cavad xan"-ın rejissoru Rövşən Almuradlı dayanacaqda keçindi10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video09:22Əxlaqsız videoların yayılması təsadüfi deyil: evimizin altında 12 əxlaqsızlıq yuvası var – Politoloq09:04Hər gün şəhid qanı bunlara görəmi axıdırıq?.. Kimin qeyrəti varsa...- Flora Kərimova21:12Bəzi qüvvələr müstəqilliyi demokratiyaya qurban verməyə hazırdır - Sərdar Cəlaloğlu18:55İspaniyada azərbaycanlılar ermənilərə etiraz etdi - Təxribat18:37Azərbaycanda terrorbaşı Öcalan gündəmə gətirilir? - 30 il sonra17:56Rusiya HDD Xəzərdə genişmiqyaslı əməliyyata başlayır17:47Əxlaqsızlığı təbliğ edən videonu yayanlar 2 il müddətinə həbs edilə bilər12:27Bu gündən sosial müavinətlər artırılır - ƏƏSMN12:18Ukraynada seçki ikinci tura keçə bilər - MSK11:57Yunanıstan Xİ naziri Kolumbiya Universitetində mühazirə oxuyacaq11:44CHP-li Əkrəm İmamoğlu İstanbulda AKP-li Binəli Yıldırımı yendi - YSQ11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:24Rus milyarder Almaniyada təyyarə qəzasında həlak oldu - Video20:54İcra başçısının maşını da "başçıdır": Qırmızıda keçməkdə - Video20:45Paytaxtın bu hissəsində su olmayacaq - Azərsu ASC20:40Türkiyə Silahlı Qüvvələri Suriya ilə sərhəddi bərkidir20:36Türkiyədə ilkin nəticələr açıqlanır15:17“Diqlas”dakı sahibkarlara 8.5 milyon manatlıq güzəştli kredit təklif edildi15:07Seçki məntəqəsində dava olub - Ukraynada...12:51Taliban Əfqanıstan ordusunun silah-sursatını ələ keçirdi12:46Venesuela da Azərbaycan kimi növbəti dəfə...– Rəsmi açıqlama18:38Bakıda əcnəbini qarət edən qrup ələ keçirildi18:28Allahşükür Paşazadə Ramzan Kadırovla görüşüb - FOTO18:03ABŞ Britaniyanı da çökdürməkdə qərarlıdır: Breksiti gözləyirik... - Con Bolton17:52ABŞ Tiflisin Rusiya ilə sərhəddə yeni kazino tikməsindən narahatlığını bildirdi - Bu...17:41Azərbaycanlıların qanlı 31 mart soyqırımı ilə bağlı...- Bəyanat15:47Məxfi əlaqə sistemlərini türk həmkarlarımız quraşdırıb - Poroşenko14:04Əliyev-Paşinyan görüşünün nəticələri... - PA rəsmisi açıqladı13:55Narkotik ticarətçisi saxlanıldı - 11,1 kq-lıq malla...13:50Rusiya Orta Asiya respublikalarına xəbərdarlıq etdi: İŞİD gəlir - Rusiya DİN
BÜTÜN XƏBƏRLƏR

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Xoşqədəm: "Doğuşu heç vaxt qısqanmıram"

15 sen 2016, 12:16   
Xoşqədəm: "Doğuşu heç vaxt qısqanmıram"

Məşhur teleaparıcı Xoşqədəm Hidayətqızı jurnalistlərə müsahibə verib.

Altun.az xəbər verir ki, ana olduqdan sonra ilk dəfə mətbuata danışan aparıcı gələcək planlarından və ailəsindən danışıb.

- Xəzər televiziyasında iki verilişin - "Səni axtarıram" və "Bizə danış" proqramlarının aparıcısı kimi fəaliyyətə başlayırsınız. Əkiz övlad anası kimi iki layihədə çalışmaq sizə çətin olmayacaq ki?

- Çətinliklər var. Desəm ki, çətinliklər yoxdur, qeyri-səmimi səslənər. Bir həftə öncə 12 gün xaricdə çəkilişlərimiz oldu. Mənə elə gəldi ki, o zaman 12 əsrlik vaxt yaşadım. Uşaqlarımdan uzaqda əzab çəkirdim. Hər gün çəkilişdən gələn kimi ağlayırdım. Düzdür, uşaqların fotolarını, şəkillərini göndərirdilər. 20 yaşında ana olmamışam. 40 yaşında ana olmaq çox böyük məsuliyyətdir və insan tamamilə fərqli olur. Sən də uşaq kimi olursan (gülür). Ona görə bir az çətindir.

Mən özümü ciddi insan hesab edirəm. Əgər ciddi bir qərarı qəbul etmisənsə, işini ortaya qoymalısan, kollektivi utandırmamalısan. Sənə etibar və etimad göstərən insanların yanında pis vəziyyətdə qalmamalısan. Ciddi insanam və işimə davam edirəm. Verlişimiz sentyabrın 15-dən efirdə yayımlanacaq, inşallah. Hər şeyin yaxşı olmasına çalışıram.

- "Səni axtarıram" verilişinin formatında dəyişiklik etmisinizmi?

- Sirr qalsın...Verilişi izlədikdən sonra görəcəksiniz. Amma "Səni axtarıram"ın konkret formatı bəllidir. İtmiş insanları ailələrinə qovuşdururuq. "Bizə danış" verilişində, digər verilişlərimizdə olduğu kimi milli-mənəvi dəyərlərimiz, azərbaycançılıq, adət-ənənəmiz qorunacaq.

- "Bizə danış" verilişini Doğuş bəylə birlikdə aparacaqsınız?

- Bu, sirr qalsın...Verilişimizi tamaşaçılar sentyabrın 15-də 16:00-da izləsinlər. Çox maraqlı olacaq. Təbii ki, birinci və ikinci efirləri fərqli formatda təqdim edəcəyik. "Bizə danış" və "Səni axtarıram" verilişində çox böyük komanda çalışır. İnanıram ki, tamaşaçılarımızın, rəhbərliyimizin etimadını dorğuldacağıq.

- Xoşqədəm xanım, ATV-dən qalmaqallı şəkildə ayrıldınız və bir çox problemlər yaşadınız. Bunları unutmusunuzmu?

- Ümumiyyətlə, mən qalmaqalı sevməyən bir insanam. Yaxın ətrafım da bilir, həmin hadisələr zamanı əlimdən gəldiyi qədər çalışdım ki, dostcasına ayrılaq. Amma olmadı... Nə etməliyik? Ümumiyyətlə, biləsiniz ki, keçmişlə yaşayan insan gələcəyə baxa bilməz. Bu hadisələri və məni incidən məqamları çoxdan unutmuşam.

- ATV telekanalının prezidenti Vüqar Qaradağlı ilə münasibətiniz gərgin olaraq qalırmı?

- Mən sizə dedim axı, bu hadisələri çoxdan unutmuşam. Mən yenə deyirəm ki, keçmişlə yaşayan insan deyiləm. Sadəcə, keçmişə baxıb gələcəkdə eyni hadisələri yaşamamaq üçün yola davam edirəm. Bölüşdürə bilməyəcək nəyimiz var ki? Bizim bir düşmənimiz var, o, da ermənidir. Azərbaycanımızın pisi də, yaxşısı da mənimdir. Digər tərəfdən o ayrı yerdə, mən ayrı yerdə çalışıram. Allah hamının yolunu açıq etsin, mənim də onların içində.

- Neçə illik televiziya təcrübəniz var. Yeni sezon üçün həyəcan varmı?

- Əlbəttə, həyəcanlıyam. Ümumiyyətlə, 5-6 il müddətində hər dəfə efirə çıxarkən mənə elə gəlir ki, ilk dəfə televiziyaya çıxıram. İndi daha çox həyəcanlıyam. Fikrimcə, həyəcan məsuliyyətdən doğur. Ömrümün sonuna qədər də efirə çıxsam bu həyəcan məndə olacaq.

- Mətbuatda bir müddət əvvəl köhnə kollektivinizlə iş birliyinizə son qoyduğunuz haqqında xəbərlər yazılmışdı...

- (Gülür) Allah yaxşı da, pis də yazanın canını sağ eləsin. Əsas odur ki, 6 ildir mənimlə çalışan, layihələrimdə yanımda olan insanların hamısını burada gördünüz. Yəqin ki, mən yaxşı rəhbər olmasaydım, onlar mənim yanımda olmazdı. Eləcə də, onlar yaxşı işçi olmasaydı, mənimlə işləyə bilməzdilər. Bəlkə də inanmayacasınız, amma biz işdən baş açıb, nə deyilənləri eşidə, nə də yazılanları oxuya bilirik.

- "Üç nöqtə" qəzetinin təsisçisi və baş redaktorusunuz. Qəzetdən televiziya sahəsinə gəlib, tanınmış teleaparıcı olmaq asan deyil. Buna necə nail oldunuz?

- Məni ATV-nin keçmiş vitse-prezidenti Həsən Abdullayev kəşf edib. Ona çox təşəkkür edirəm. Düzdür, o, kanala layihə vermişdim, amma Həsən müəllimə verməmişdilər. Bunu sonralar bildim. Belə ki, məni Həsən müəllim Elçin Əlibəylinin verilişində kəşf edib. Həsən müəllimlə razılığa gəldik. Səs-küylü və reytinqlərdə birinci olan "Sən tək deyilsən" verilişi ilə televiziya fəaliyyətimə başladım. Bilirsiniz ki, əvvəllər bir çox televiziyalara layihələr vermişdim. Biri deyirdi ki, sponsor yoxdur, digəri deyirdi icazə almalıyam... Televiziya mənim sevdiyim məkandır. Bir sözlə, televiziya mənim ruhumdur, mən orada cavanlaşıram, nəfəs alıram. Uşaqlıqdan necə arzu edirdimsə, o şəkildə də arzuma çatdım. Elə şeylər var ki, o, pul ilə alınmır, əvəz edilmir. Elə xoşbəxtliklər var ki, milyonlar qazanıb, o xoşbəxtliyi əldə edə bilməzsən. Mən bu gün çox xoşbəxtəm, çünki televiziyadayam, istədiyim yerdəyəm. İndi də daha xoşbəxtəm, gördüyünüz kimi otağımdan Xəzərə baxıram.

- Xoşqədəm xanım, artıq işlərinizlə dünya çapında da tanınmalısınız. Artıq xaricdə də sizi tanımalıdırlar...

- Mənə öz ölkəm kifayət edir. Bu, mənim fikrimdir, bəlkə də başqaları bunu qəbul etməz. Ancaq mənə görə başqa ölkədə kral və kraliça olmaqdansa, öz ölkəndə ən ağır bir işdə belə çalışmaq daha gözəldir. Etiraf edim ki, Türkiyədə 2015-2016 ci illərdə tanınmış kanallardan təkliflər gəlib. Proqramı Doğuşla birlikdə aparmalı idim, amma qəbul etmədim. Mənim hansısa ölkədə tanınmaq, məşhur olmaq kimi bir istəyim yoxdur. Ancaq bir istəyim var: qaynar nöqtələrin birində çalışdığım kanalın bölgə müxbiri olmaq.

- Qeyd etdiniz ki, Türkiyədə Doğuş bəylə birlikdə veriliş aparmaq təklif edilib. Yəqin ki, Doğuş bəy daha çox sizin Azərbaycanda deyil, Türkiyədə fəaliyyət göstərməyizi istəyirdi...

- Dəfələrlə Doğuşla bu barədə söhbətlərimiz olub. Hətta bu mövsümdə mənim təkrar ekranlara dönməyim gözlənilmədən baş verdi. Çünki o, mənim çalışmağımı istəmirdi. Ancaq sonra Doğuşu razı sala bildim. Doğrudur, Doğuşa uşaqlardan ayrı qalmaq çox çətindir. O, uşaqları çox sevir. Düşünün ki, başqalarının övladına doğmasına kimi yanaşan insan öz övladını necə sevər? Mənim üçün də bu, çox çətindir. Uşaqlarımın atasız böyüməsini, ata üzünə həsrət qalmasını istəmirəm. Ümumiyyətlə, mən həmişə oğlan uşaqlarından qaçmışam (gülür ). Çünki oğlanları böyütmək çox çətindir.

- Siz Azərbaycanda, Doğuş bəy isə işləri ilə bağlı Türkiyəyə tez-tez gedib-gəlir. Bu, çətin deyil ki?

- Əlbəttə ki, çətindir. Uşaqlarla daha da çətindir. Hər dəfə onların təyyarə ilə səyahətindən sonra bizə uşaqların yeni yerə adaptasiya olması üçün iki gün vaxt lazım olur.

- 2015-ci il sizin üçün çox çətin dövr oldu. O dönəmdə Doğuş bəyin rolu nədən ibarət idi?

- Bir cümlə ilə ifadə edirəm ki, həqiqətən də, yaxşı və pis gündə yalnız insana ailəsi güc verir. Mən onu 2015-ci ildə hiss etdim və min dəfə də Allahıma şükür edirəm ki, yaxşı ailəm var. Lazım olanda sənə görə işindən, maraqlarından imtina edən bir ailə...

- Əkizlərinizdən birinin adını Azərbaycan adı qoyacağını bildirmişdiniz. Amma hər ikisinin adını türk adı qoymusunuz...

- Hər ikisinin adında Azərbaycan adı var. Əvvəlcə birinin türk, digərinin isə Azərbaycan adı qoymağı düşünürdük. Sonra fikirləşdik ki, övladlarımız əkizdirlər. Gələcəkdə problem ola bilər. Ona görə də hər ikisinə həm türk, həm azərbaycan adı qoyduq, Arda Aslan, Arın Araz.

- Arda Aslanın gələcəkdə futbolçu olmasını istəyirsiniz. Bəlkə bununla razılaşmadı...

- Məncə, o, futbolçu olmayacaq. Çünki musiqi duyumu var, kameralarla yaxşı işləyir. Yaxın günlərdə fotosessiya edirdik, Arın Aras kameralara baxmırdı, amma Arda Aslan, maşallah, kameralarla işləyirdi. Ona görə Doğuşa dedim ki, Ardadan əlini üz, o, futbolçu olmayacaq (gülür). Musiqi ilə yatır.

- Necə bir anasınız?

- Böyük oğlumu 18 yaşımda, əkizləri isə 40 yaşında dünyaya gətirmişəm. İndi çox fərqlidir. Bəlkə də bu, çoxlu talelər, əzilən, atılan uşaqlar gördüyüm üçün belədir. Qorxuram ki, birdən uşaqlara nə isə olar, kimsə qucağına alanda yıxılar. İşə belə gələndə uşaqlarıma baxıram, evdə kamera var. Onlar üçün çox darıxıram. Qorxu ilə yaşadığıma görə, Doğuş da məni danlayır. Deyir ki, niyə beləsən? Nədən qorxursan? Ailəmiz uşaqlarımın yanındadır, yenə də həyəcan keçirirəm. Necə ana olacağımı bilmirəm. Amma istəyirəm ki, uşaqlarım bizim övladımız olduğu üçün peşman olmasınlar. Bizim kimi valideynləri olduğu üçün qürur duysunlar

- Xoşqədəm xanım, Siz Doğuş bəylə evlənərkən bir çox insanlar inanmırdılar... Bu gün nümunəvi ailəniz var...

- Mən kiminsə inanıb-inanmamasını, fikirlərini əsas götürərək addım atmıram. Mənə görə ailə müqəddəsdir. Və ora kimsə dil uzatmamalıdır.

- Qız övladını çox sevdiyinizi qeyd etdiniz. Gələcəkdə bu haqda düşünə bilərsinizmi?

- Hələ bir imkan verin, əkizləri böyüdüb, bir tərəfə çıxaraq... (gülür). Ən çox anam qızımın olmasını istəyir. Oğlan olduğu xəbərini eşidəndə bu qızın yenə də qızı olmadı deyib, pis oldu. Qız və oğlan fərqi yoxdur, önəmlisi odur ki, Allah hər birimizə xeyirli övlad nəsib etsin.

- Övladlarınızın gələcəkdə Azərbaycanda, yoxsa Türkiyədə yaşamasını istəyirsiniz?

- Bu, gələcəyin işidir. Amma Doğuşun gözündən və qulağında uzaq bir söz demək istəyirəm. Öz ölkəmdən kənarda yaşamaq mənim üçün çox çətindir. Bunu tam səmimiyyətimlə deyirəm ki, dünyanın ən gözəl ölkəsində istədiyim bir həyatı mənə versələr belə, Azərbaycanda kiçicik bir daxmada yaşamağı seçərəm.

- Doğuş bəy, hazırda Türkiyədə, siz Azərbaycandasınız. Doğuş bəyi qısqanırsınızmı?

- Bəlkə də fikirlərim birmənalı qarşılanmayacaq. Ancaq tam səmimi etiraf edirəm ki, Doğuşu heç vaxt qısqanmıram. İstər iş, istərsə də ailə həyatında insanların bir-birinə inamı varsa, orada inamsızlıqdan söhbət gedə bilməz. Doğuş ailəsinə, övladlarına bağlı insandır.

- 2005-ci ildə millət vəkiliyinə namizədliyinizi irəli sürdünüz. Müəyyən səbəblərdən baş tutmadı. Yenidən namizədliyinizi verəcəksinizmi?

- Axı mən sizə dedim ki, keçmişlə yaşamıram, televiziyanı çox sevirəm. Öz yerimdə xoşbəxtəm. Gələcək planlarımda belə arzum, istəyim yoxdur. Gələcəkdə gözəl filmlər, seriallar çəkəcəyik. Onunla da bağlı işlərimiz yekunlaşıb. Çox gözəl ssenarilər yazılıb. Sadəcə televiziyamızın rəhbərliyi bu istəyimin bir müddətdən sonra reallaşmasını istədi. Səbəb vaxtımın daha çox hissəsinin iki böyük layihəmə sərf olunması ilə bağlıdır. Bu işlər yoluna düşdükdən sonra o arzumu reallaşdıracağıq.
OXŞAR MÖVZULAR