Bugün:

Astanadan Bakıya uçan sərnişin təyyarəsində PROBLEM - Geri qayıtdı

22 okt 2017, 09:10, altun
    Oxunub: 52
Astanadan Bakıya uçan sərnişin təyyarəsində PROBLEM - Geri qayıtdı

Oktyabrın 21-də Astanadan Bakıya uçan sərnişin təyyarəsi naviqasiya avadanlığında yaranan problem səbəbindən Qazaxıstan paytaxtına geri qayıdıb.
Altun.az report-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın İnvestisiya və İnkişaf Nazirliyinin Mülki Aviasiya Komitəsi məlumat yayıb.
"Avialayner saat 22:56-da (Bakı vaxtı ilə 20:56-da) ştat rejimində eniş edib. Heyət üzvləri standart təhlükəsizlik prosedurlarına əməl ediblər", - deyə məlumatda qeyd olunur.
Təyyarənin göyərtəsində 90 nəfər sərnişinin olduğu bildirilir.
loading...