Bugün:

Geomaqnit qasırğası başladı - EHTİYATLI OLUN

11 okt 2017, 18:12, altun
    Oxunub: 44
Geomaqnit qasırğası başladı - EHTİYATLI OLUN

Dünən proqnozlaşdırılan geomaqnit qasırğası artıq başlayıb. Qasırğa G1 səviyyəsindədir.
Altun.az xəbər verir ki, bu barədə publika.az-a Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev məlumat verib.
Onun sözlərinə görə, geomaqnit indeksi Kp-nin qiyməti artıq 5-ə çatıb.
“Qasırğa gün ərzində davam edəcək. Günəş plazma küləyinin sürəti artqı 400 km/san-dir ve getdikcə artmaqdadır. Planetlərarası maqnit sahəsinin Z komponentinin cənuba doğru yönəlməsi həyəcanlaşmanı daha da artırır”.
E.Babayevin sözlərinə görə, bu dəfəki qasırğa yuxarı en dairələrində daha çox hiss ediləcək.
loading...