Bugün:

Şamaxı Rəsədxanasında 10 şöbə müdirinin yeri boşdur - İşçi AXTARILIR

11 okt 2017, 13:12, altun
    Oxunub: 46
Şamaxı Rəsədxanasında 10 şöbə müdirinin yeri boşdur - İşçi AXTARILIR

AMEA-nın N.Tusi adına Şamaxı Astofizika Rəsədxanası vakant vəzifələri tutmaq üçün müsabiqə elan edib.
Altun.az xəbər verir ki, AMEA-dan publika.az-a verilən məlumata görə, 10 şöbənin müdiri vəzifəsi vacant vəzifə kimi təqdim edilib.
Belə ki, Rəsədxananın Kosmik plazma və Heliogeofiziki problemlər, Ulduz atmosferləri fizikası və maqnetizm, Qoşa ulduzlar və eruptiv proseslər, Qalaktikalar və ulduzəmələgəlmə prosesləri, Nəzəri astrofizika və kosmologiya, Planetlər və kiçik səma cismləri, Astronomik cihazlar və innovativ texnologiyalar, İnformasiya, kommunikasiya texnologiyaları və təşkilat, İctimaiyyətlə əlaqələr və Təhsil şöbələrinin müdiri vəzifələri vakansiyaya çıxarılıb.
Müsabiqədə ali təhsilli, fəlsəfə və ya elmlər doktorluğu elmi dərəcəsi olan şəxslər iştirak edə bilərlər. Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq, elan dərc olunan gündən etibarən 1 ay müddətində təqdim olunmalıdır.
loading...