Bugün:

Hava proqnozu - 12 oktyabr

11 okt 2017, 12:54, altun
    Oxunub: 49
Hava proqnozu - 12 oktyabr

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Altun.az-a verilən məlumata görə, oktyabrın 12-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək.
Havanın temperaturu gecə 13-15° isti, gündüz 16-19° isti, Bakıda gecə 13-15°, gündüz 17-19° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 60-70 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 9-14°, gündüz 15-20° isti, dağlarda gecə 2-6°, gündüz 6-11° isti olacağı gözlənilir.
loading...