Impera

XƏBƏR LENTİ
20:32200 manatadək maaş alan şəxsdən 25 faiz sosial sığorta tutulacaq16:27Deputat: Enerji içkiləri cəmiyyətimizdə bir bəlaya çevrilib15:05Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinə səfərə gedib14:17Hava proqnozu - 17 noyabr13:00Abel Məhərrəmovu kim əvəz edir? - Açıqlama12:38Saakyanın Parisə niyə getdiyi bilindi – Pul dilənir11:56Meydən Breksit açıqlaması: Mart ayında...10:13Cinsi azlıq nümayəndəsi olan atasını yandıran oğulla bağlı - QƏRAR09:22Zeytun yağı, qoz və badam qarışığının ƏFSANƏVİ FAYDALARI - Səhər acqarına yesəniz...20:28Belarusla siyasi məsləhətləşmə keçirildi19:57ABŞ-ın Səudiyyəyə sanksiyası başladı - Qaşıqçı cinayəti19:37Qarabağ icmasından Saakyanın səfəri ilə bağlı bəyanat...19:33Savelyev KTMT-nin İrəvana dəstəyindən danışdı: Təcavüz halında...19:13BDU-nun 5 prorektoru da vəzifədən getdi? - Şok19:50Dövlət Qeydiyyat İmtahan idarəsi, yoxsa Məlixanın kolxoz bazarı..? - Cavabsız qalan VİDEO görüntülər00:20Tramp İranı qarışdırmaq istəyir - Parlament sədri00:17Türk ordusundan müdhiş həmlə: 18 terrorçu məhv edildi00:16Paris Sülh Forumu öz işinə başladı00:15Azərbaycanlı qız həbsə məhkum edildi00:13Tramp Turqut Özalla dostluq edirmiş – Foto00:12Trampla Putini yanaşı oturmağa qoymadılar00:11Əfqanıstan yenə qan gölünə çevrildi: 25 ölü...00:10Qaşıqçının ölümündən sonra ilk: xüsusi nümayəndə...00:09"Barselona" gözlənilmədən məğlub oldu: Messi...00:08Türkiyədə həyəcan: təyyarə qəzası xəbəri ölkəni qarışdırdı00:06Şad xəbər: xərclədiyiniz pulun 15%-i geri qaytarılacaq00:04Neft yenə ucuzlaşdı: OPEK+ hasilatı azaldır00:02Parisdə anım mərasiminə bu iki lider gecikdi20:34Məscidə zərbə endirməkdən razı qaldıq - ABŞ generalı20:27Əhaliyə Şad XƏBƏR: Qiymətlər endirilir20:02Putin bu ölkəyə sanksiya tətbiqi barədə fərman imzaladı19:52AFFA klublara xəbərdarlıq etdi20:10Cüdoçumuz Avropada qızıla sahib oldu12:44DİQQƏT!!! "Votsap"artıq etibarlı olmayacaq -Mesajlarınız oxunacaq. Necə?23:03Yunanıstanda növbəti meşə yanğını: əhali təxliyyə edilir22:52Sui-qəsd: ABŞ bunu istəsə, razılaşaram - Maduro22:27Tramp özünü təriflədi: rekord səviyyədə...21:51İranla ABŞ-ı bu ölkə yaxınlaşdıracaq? - Zərif açıqladı21:12​Əhaliyə BƏD XƏBƏR: Ərzaqlara yeni qiymət artımı gəlir – Deputatdan AÇIQLAMA21:02Rusiyadan Türkiyə ilə bağlı açıqlama: Hazırıq20:51Lavrov Xəzər razılaşmasından danışdı: Ümid edirəm ki...20:40Abadi İrana səfərini ləğv etdi20:29Türkiyə sərhədində partlayış: 32 ölü, 45 yaralı20:16Ronaldo xəstəxanaya yerləşdirildi20:05Xəzərlə bağlı mühüm gün: Səfər başa çatdı19:53"Bakı Bus"dan unikal qəza: yeni "təkər" - Foto19:24Nabranla bağlı video yayıldı: nazirlik həll etdi21:53Türkiyə ABŞ-ı məhkəməyə verir21:41Sanksiyalar Türkiyədə buna təsir etməyəcək - Kaşirski21:213 yaşlı Ofelya Eynşteyndən daha ağıllıdır - Dünya ondan danışır - FOTOLAR21:04"Ermənistanın maraqları naminə danışıqlar gedə bilər..." - Paşinyan20:46SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır19:45Paşinyandan Rusiyaya GÖZ DAĞI: Yeni vəziyyətimizə öyrəşməlisiniz19:39NATO: “Rusiya əsas təhdiddir”19:29Ruhanidən Ərdoğana: Trampı peşman edəcəyik19:01Hazırda iyrənc sistemin dağılması gedir - Manuçaryan18:37İrana daha bir ağır zərbə: Fransa İran neftindən imtina etdi18:18Yol polisi xəbərdarlıq etdi: Sürücülər 50 manat cərimə olunacaq18:09AÇIQLAMA: Avropa bunu etsə, Rusiya savaş başladacaq - Video12:47Sərkisyanın iki yolu: Ya savaş, ya da həbs - Politoloq18:33Yaxamızı rüşvətdən necə xilas edək? – Novruzəliyeva Ülkər KÖŞƏ19:32Bu silahın gücü Xirosimaya atılan 160 atom bombasına bərabərdir19:26Biz Allahın quluyuq, Sorosun deyil - Ərdoğandan dollardan imtina çağırışı19:18Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb18:35CNN Qarabağla bağlı təxribatçı süjet hazırladı16:09Xanımım məni Fədayəyə qısqanırdı - Tacir16:01ABŞ-dakı Azərbaycan diaspor təşkilatları bəyanat yaydı15:55Bakıda güclü partlayış: ölənlər var15:53"Ana dilinin tədrisi universitetdən deyil, ibtidai məktəblərdən başlamalıdır” - Təbrizli tələbələr15:47Bu yollarda məhdudiyyət olacaq – Təmir15:42Naxçıvan-Ermənistan sərhədində Şəhid olan əsgərimiz dəfn edilib - FOTO23:01Fələstinin ABŞ-dakı səfiri geri çağırıldı22:54Ərdoğan BMT-ni, 128 dövləti İsrailin işğalçı dövlət terroruna son qoymağa çağırdı22:41İngiltərə də İsrailə bu "zorakılığı dayandır!"-dedi22:36İsrail də Türkiyənin baş konsulunu ölkəsini tərk etməyə çağırıb22:10İsrailin bu səviyyədə olan hücumlarına haqq qazandırıla bilməz - Fransadan böyük müharibə xəbərdarlığı22:02Netanyahu müdafiəsiz insanlara hücum edən aparteid dövlətin rəhbəridir - Ərdoğan21:24ABŞ-ın səfirliyini Qüdsə köçürməsi qərarı 52 fələstinlinin ölümünə, 2400-nün isə yaralanmasına səbəb oldu - Video21:04Rusiya ABŞ-ın Qüdsdə səfirlik açmaq qərarının əleyhinədir - Lavrov19:45Zərdabda şantajçı "jurnalist" tutuldu19:38İran ABŞ-sız nüvə müqaviləsi üçün AB-dən zəmanət istəyir - 60 gün...19:27İlham Əliyev 2 sərəncam, 1 fərman imzaladı21:18Füzuliyə güclü dolu düşdü - Video20:54Xaçmazda avtoqəzada 4 nəfər xəsarət aldı19:54İranda “Qanun” qəzetinin Güney Azərbaycan türklərinin kimliyini inkar etməsi...- Məsumə Ağapur Əlişahi19:42Sevinirəm ki, Bakıda mükafatçılar sırasında yer ala bildim - Alkanoğlu23:05Prezidentliyə namizəd HDP-nin bağlanacağını vəd verdi22:57İmtahan verəcək abituriyentlər üçün vacib xəbər - Video22:49Tbilisidə narkotacirlər xalqı hakimiyyətin üzərinə qaldırdı - Video19:41Teatr direktorunun tamahı üzündən kollektiv 10 saat sərhəddə saxlanılıb19:25Rafael Ağayev 11-ci dəfə Avropa çempionu olub – YENİLƏNİB15:17"Qoca"nın qaçırılmasında təqsirli bilinən rəis və müavinlərinin həbs müddəti daha 3 ay artırıldı00:08Rusiya Suriyanı da yarıyolda buraxdı... - İsrail məmnun23:58Gecələri məzarlıqda ağlayan naməlum qız tapıldı22:01ABŞ-ın İran ilə əldə edilən nüvə müqaviləsindən geri çəkilməsi...- Rusiyadan Trampın qərarı ilə bağlı növbəti açıqlama21:38Türkiyə şahinləri bu dəfə “F-35”-lə fəzanı fəth etdilər – VİDEO20:53Bu preparatlar-qida əlavələri həyatınıza təhlükədir – Siyahı20:39Mixail Leontyev erməniləri təhqir etməsini "kompliment" adlandırdı: "Sərt və eyni zamanda incidici olsa da, həqiqətdir"20:21ABŞ-da məktəbə silahlı hücum edilib- Yaralılar var20:07Səhiyyə Nazirliyi bir sıra hüquqlarından məhrum oldu - Fərman...
BÜTÜN XƏBƏRLƏR

«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

Şeyxin oğlu iki rükət namazı güclə qılır - Hacı Qalib

20 sen 2017, 11:59   
Şeyxin oğlu iki rükət namazı güclə qılır - Hacı Qalib

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qudası, sabiq deputat Qalib Salahzadə “Yeni Müsavat” qəzetinə müsahibə verib. O, müsahibədə son günlər Şeyxlə bağlı yayılan xəbərlərdən və oğlunun həbsindən danışıb.

Altun.az sözügedən müsahibəni təqdim edir:

- Hacı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Şeyxlə bağlı yazılara cavab olaraq yaydığı bəyanatı oxudunuzmu?

- Oxudum. Sizə bir söz deyim: Qafqaz Müsəlmanları İdarəsi nə deyirsə, düz deyir. Şeyx nə deyirsə, tamamilə düz deyir. Mənim heç bir əlavəm yoxdur...

- Amma bəyanatda sizə ünvanlı da gizli bir eyham var. Belə çıxır ki, sizin Şeyxlə münasibətinizdə hansısa problemlər yaranıb?

- Mənim Şeyxlə münasibətlərimdə nə problem ola bilər? Heç bir problem yoxdur. (Gülür). Ağsaqqaldır, belə məsləhət bilir, belə də deyir.

- Son günlərdə Şeyxlə görüşünüz, ya telefon danışığınız olubmu?

- Telefon danışığımız olub. Amma görüşümüz olmayıb.

- Dediklərinizə görə sizə iradları oldu yəqin...

- Yox e. Nə irad? Dediklərimə görə mənə heç kim irad tutmur. Belə məsləhətdir, qurtardı getdi də.

- Qafqaz Müsəlmanları İdarəsinin bəyanatında Şeyxin oğlunun ölkəni birdəfəlik tərk etməsi ilə bağlı yayılan xəbərlərlə bağlı deyilir ki, “QMİ sədri və ailəsi ilə bağlı informasiyaları yalnız sədrin özü və ya oğlu, lazım bildikləri halda, gündəmə gətirmək haqqına malikdirlər. Ailədaxili məsələlərlə bağlı ailəyə yaxın digər şəxslərin məlumat yaymaq və ya hər hansı məlumatlara şərh vermək hüququ yoxdur”. Bu, sizə ünvanlanmış mesajdır...

- Şeyxin oğlunun Türkiyəyə getməsi düzdür. Amma deyir elə-belə gedib. Mən elə bilirdim birdəfəlik köçüb. Amma onlar deyirlər ki, yox, müvəqqəti gedib, işləri var, qayıdacaq.

- Hacı, necə bilirsiniz, Şeyxin adı niyə bu qədər geniş hallandırılır? Burada məqsəd-məram nə ola bilər?

- Onu Şeyxin özündən soruş da...

- Özü ilə danışmaq imkanımız yoxdur təəssüf ki...

- Vəssalam da.

- Qafqaz Müsəlmanları İdarəsinin bəyanatında bildirilir ki, bu yayılan dezinformasiyaların “erməni kəşfiyyat orqanları tərəfindən yayılması” istisna olunmur...

- Yəqin Şeyx bir şey bilir ki, elə də deyir. Yoxsa mən Bilgəhdən qırağa çıxmıram. Nə bilim ki, nə var-nə yox. Şeyx bir şey bilir ki, belə deyir.

- Bütün bunları QMİ-nin ləğv olunması planının tərkib hissəsi sayanlar var. Eyni zamanda Şeyxin biznesinin davasının getdiyi versiyası səslənir. Bir ehtimal da bundan ibarətdir ki, sizin “Şeyxin varisi oğludur” sözləriniz ona qarşı təzyiqləri artırıb. Bu barədə nə deyə bilərsiniz?

- Keçən dəfə jurnalist məndən soruşdu ki, Şeyxin varisi kim ola bilər? Dedim ki, mənim varisim oğlum deyil? Şeyxin də varisi oğlu olar da... Yəni Şeyxin var-dövləti oğluna qalar da. Sonra sözü fırlatdılar ki, Şeyxin varisi oğlu olacaq. Bu uşaq iki rükət namazı güclə qılır, ondan Şeyxülislam olar? Mən necə o uşağı Şeyx kimi nəzərdə tuta bilərəm? Şeyxin özündən başqa kim bilir ki, kim savadlıdır, kim savadsızdır?

- Hər halda, Şeyx istefa verməyə hazırlaşmır, eləmi?

- Şeyx cavan adamdır, nə istefa, nə bir şey! (Gülür). Xahiş edirəm, bütün bunlar barədə onun özündən soruşun...

- Oğlunuzun həbsi barədə mətbuata geniş danışmısınız. Hazırda vəziyyət necədir?

- Oğlumun bir dənə təqsiri var, o da Hacı Qalibin oğlu olmağı. Vəssalam, şüttamam. Yoxsa bu adamlar bayram günü gəliblər, qapını döyüblər, pul tələb ediblər...

- Nə qədər su pulu borcu olub ki, məsələ bu qədər böyüyüb?

- Guya 69 manat su pulu borcu olub. Onu da ayda, ya ay yarımda bir dəfə qoca kişi var, pulu alır, sonra qəbzi gətirir. Bu gələnlər isə nə su pulu yığandır, nə də... Oğlanın anası çıxıb bayıra, görüb 3 nəfər qapıda dayanıb. Soruşub ki, kimsiniz? Deyiblər biz su idarəsindənik. Deyib axı, bir kişi gəlib su pulunu aparır. Deyiblər bundan sonra biz pulu yığacağıq. Qayıdıb ki, ay balam, sayğac var, biz özümüz gedib ödəməliyik, siz kimsiniz? Qayıdıb ki, “ağzının danışığını bil”. Kəlmə-kəlmə deyirəm sənə... Bir sözlə, anasını təhqir edib. Oğlan da çıxıb bayıra. Müdaxilə edəndə deyiblər ki, sən kimsən? Əlini uzadıb ona sarı. Bu da bir dənə çəkib, çənəsi sınıb. Bu adamı həkimə aparıblar, əməliyyat etdiriblər. Onlar da kişi adam çıxdılar, dedilər ki, biz şikayət etmirik. Yazılı şəkildə tədqiqatçı Əziz Əzizova yazıblar ki, bizim bu adamdan şikayətimiz yoxdur. 10 gündən sonra isə prokurorluq başlayıb ki, sən vəzifə başında olan adamı vurubsan. 315.2 maddəsini veriblər. Hansı ki, dövlət qulluqçusu, ya polisə qarşı eyni hərəkət olsa, bu maddə düşürdü. Amma heç su idarəsinin rəisi də dövlət qulluqçusu deyil. Götürüb yükləyiblər buna ki, dövlət qulluqçusunu döyüb.

- Hesab olunur ki, Şeyxin Çexiyadakı biznesi ilə bağlı məlumatların yayılması, oğlunun Türkiyəyə köçməsi ilə eyni vaxtda onun qudasının oğlunun həbs olunması arasında əlaqə var. Bu cür fikirlər barədə nə deyə bilərsiniz?

- Mənim oğlumun məhkəməsi sentyabrın 13-ü, axşam saat 8-də olub.

- Bu hadisələr arasında əlaqə görürsünüzmü?

- Əşi, yox e.
OXŞAR MÖVZULAR