Bugün:

Lütfi Zadə bir il əvvəl Azərbaycan Prezidentindən BUNU XAHİŞ EDİB - TƏFSİLAT

07 sen 2017, 12:16, altun
    Oxunub: 35
Lütfi Zadə bir il əvvəl Azərbaycan Prezidentindən BUNU XAHİŞ EDİB - TƏFSİLAT

Dünya şöhrətli alim Lütfi Zadənin Azərbaycanda dəfn edilməsi ilə bağlı qərar hələ bir il əvvəl verilib.
Altun.az xəbər verir ki, bu sözləri publika.az-a açıqlamasında Lütfi Zadə ailəsinin dostu, Azərbaycan Texniki Universitetinin professoru Şahnaz Şahbazova deyib.
O bildirib ki, Lütfi Zadə hələ bir il əvvəl Azərbaycan Prezidenti Cənab İlham Əliyevə rəsmi məktubla müraciət etmişdi.
“O, məktubda Azərbaycanda dəfn edilmək arzusunu bildirmişdi. Professorun məktubuna müsbət cavab verilmişdi. Yəni Azərbaycan hökuməti 1 il əvvəldən bilirdi ki, professor dünyasını dəyişəndə Azərbaycanda dəfn ediləcək. Bu gün də onun Azərbaycanda dəfn edilməsi üçün bir mane yoxdur. Sadəcə onun nəşinin Azərbaycana gətirilməsi 7-10 gün çəkəcək. Bu da ölüm kağızının çıxarılması ilə bağlıdır. Çünki bu sənəd bizim qaldığımız Berklidə deyil, Los-Ancelesdə verilir. Sonra həmin sənəd Berklidə Morq şöbəsinə göndəriləcək. Bundan sonra sənəd nəşlə bərabər təyyarə vasitəsilə Azərbaycana göndəriləcək. Professorun nəşinin vətənə gətirilməsi həmin sənədləşmənin vaxtından asılıdır”.
Lütfi Zadənin son günlərinə qədər yanında olan Ş.Şahbazova onun son günə qədər işlərinə nəzarət etdiyini deyir:
“İyun ayından artıq günün əsas hissəsini yataqda keçirirdi. Lakin buna baxmayaraq köməkçisi daim yanında idi. Elektron poçtuna gələn məktublara cavab yazdırırdı. Məqalələrdə məsləhətlərini verirdi. Son günə qədər yaddaşı möhkəm və qətiyyətli idi. Hətta yeməyini belə özü seçirdi. Yalnız sentyabrın 5-dən danışmadı, lakin eşidirdi. Mənə söz verdirdi ki, müsəlman qaydası ilə dəfn edilsin. Biz də onun bütün arzularını həyata keçirəcəyik. Son günə qədər Azərbaycanı düşünürdü. Hər gün Azərbaycanla bağlı xəbərləri izləyirdi. Azərbaycan iqtisadiyyatının inkişafı üçün dediyi tətbiq sahəsini həyata keçirməyi tövsiyə edirdi. Mən də ona ömrümün sonuna qədər onun konfranslarını keçirəcəyimi, elmini davam etdirəcəyimi söz verdim. Onun işlədiyini universitetin dekanı ilə görüşdüm. Lütfi Zadənin laboratoriyasının bundan sonra da fəaliyyətini davam etdirəcəyini bildirdi”.
loading...