Bugün:

Məktəb yeməkxanalarına nəzarət güclənir

05 sen 2017, 18:37, altun
    Oxunub: 55
Məktəb yeməkxanalarına nəzarət güclənir

“Məktəb yeməkxanalarında standartlara uyğun olmayan qidalar satılarsa, buna yol verən müəssisə ilə müqavilə ləğv ediləcək”.

Altun.az-ın lent.az-a istinadən məlumatına görə, bunu “Xəzər xəbər”ə Bakı şəhəri üzrə Təhsil İdarəsinin Təminat və Təchizat sektorunun müdiri Şahin İsgəndərov deyib.

Onun sözlərinə görə, məktəb yeməkxanalarını yeyinti ilə təchiz edən şirkətlərə də yeni tədris ilində standartlara əməl edilməsi üçün göstəriş verilib: “BŞTİ ilə İaşə xidmətinin təşkili məktəblərdə müvafiq müəssisələr arasında müqavilə bağlanıb. Müqavilə çərçivəsində iaşə xidmətinin təşkili işinin fəaliyyəti ilə bağlı məsuliyyət birbaşa həmin müəssisənin üzərinə düşəcək”.

Təhsil İdarəsinin rəsmisi onu da qeyd edib ki, eyni zamanda, valideynlər də məktəb yeməkxanalarında satılan yeməklərin standartlara cavab verməsinə nəzarət edə bilərlər.

Qeyd edək ki, ötən il məktəblərdə məktəblilərin qidadan zəhərlənməsi halı cəmi bir dəfə müşahidə olunub ki, araşdırma zamanı həmin qidanın valideyn tərəfindən kənardan alınaraq məktəbə gətirildiyi müəyyən edilib.

E.Ə.
loading...