Impera

XƏBƏR LENTİ
16:11Qarabağ Azərbaycandır! Siz anlamalısınız ki... - Saakaşvili15:59Hücumlar dayanmasa...- M.Çavuşoğlu15:47Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:42Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:25Rusiya və Türkiyə qarşı-qarşıya gəldi-Suriya üzərində insident23:18Gücləri birləşdirmədən... - Putin Makronu dəstəklədi23:0723 yaşlı gənc çayda boğuldu - 11 gün idi ki, ailə qurmuşdu...12:05Bakıda ağır qəza: 8 yaşlı uşaq öldü11:44Əgər Tramp yenidən seçilsə... - Vedrin14:05Hər iki ölkə münasibətlərə mənfi təsir edəcək addımlar atacaq - Çavuşoğlu13:57Sabiq prezident Atambayevin arvadına da cinayət işi açıldı-etmə, edərlər...13:49Zakir Həsənov Moskvaya - tamaşaya gedəcək15:23Baş verənlər islam dünyasını radikallaşdıracaq - Müsəlmanlara qarşı növbəti soyqırım...15:15"TÜRK QOŞUNLARI AZƏRBAYCANA GƏLMƏLİDİR" - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU00:33Dili ağzına ağırlıq edən Vidadi, Qabil və s. kimilərə... - Müəllim nəvəsindən CAVAB - VİDEO18:47Paşinyanın çıxışı ilə bağlı etiraz bəyanatı yayıldı - Foto17:46Nə edək, Cənablar?...15:48Atambayevin evinə hücum zamanı əsir götürülən xüsusi təyinatlıların ilk görüntüsü - VİDEO15:38Rusiyada hərbi hissələr partladılır: bu dəfə 2 ölü, 15 yaralı15:31800 milyonluq helikopter...11:28Nabranda batan uşağın meyiti Rusiyada tapıldı10:27Prezident Təhlükəsizlik Şurasını toplayır10:17Xüsusi təyinatlı vuruldu10:11Lerik rayonunda zəlzələ olub.10:03Sumqayıt yolunda iki avtobus toqquşdu: yaralananlar var - FOTO23:48İŞİD əmri Türkiyədə yaxalandı - Foto01:18"Ermənilərin hamısına düşmən kimi baxmayaq..." - Deputat15:24Ərindən boşanan iki uşaq anası özünü səkkizinci mərtəbədən atdı10:50Salyanda yol qəzası - 4 nəfər yaralandı09:43Ərəb koalisiyasının ABŞ-a 299 milyon borcu var - Rebariç16:47Aprelin 26-na MANATIN MƏZƏNNƏSİ12:33Putin Ukraynadakı seçkilərdən danışdı09:59Salyanda ağır yol qəzasında sürücü həyatını itirdi09:52ABŞ mayın ikisindən verdiyi imtiyazları tamamilə ləğv edəcək09:45Ukraynanın yeni prezidentindən yeni müharibə anonsu09:39Bakıda bu yollar bağlandı - Siyahı09:32Bu, Poroşenko üçün ağır və biabırçıdı məğlubiyyətdir - Kosaçev11:55Rus S-300-ləri öldü: İsrail bu raketlərə Rusiyanı aldada biləcək vasitə kimi yanaşır - Retçer11:14Rayonlara qar yağır, leysan olacaq - YENİLƏNİB + FOTO11:04Makron PYD/YPG-çi terrorçularla görüşdü10:55Qatar relsdən çıxdı: yaralılar var10:48Son dəqiqə: Sərnişin avtobusu aşdı: 11 ölü, 29 yaralı20:08Makrondan qalmaqallı qərar — 24 apreli erməni soyqırımı günü elan etdi19:59Rəsmi Bakıdan Yaqlanda CAVAB19:57Dünya şöhrətli professor ürəyin bir nömrəli DÜŞMƏNİNİ AÇIQLADI: Ailə...19:54Poroşenko: Zelenski virtual namizəddir19:52Azərbaycanlı Cənubi Koreyada dövlət məmuru oldu09:52Bakıda ev yandı - Yaralananlar var09:45Sudan da prezidentini devirdi...10:53Netanyahu seçkidə cüzi səslə irəlidədir – Rəsmi nəticələr14:15Netanyahu bütün dünyanı xaosa sürükləyir - Ömər Çelik14:08Zaqatala və Qax silkələnir21:32Şirvanda ev yanıb09:21Bizim Rusiyanın alyansı təhdid etdiyi istiqamətində düşüncəmiz var - NATO toplanır09:11İstambulda səsələr yenidən sayılacaq - Qərar16:50Hindistan Pakistan arasında müharibə gedir - Ölənlər var16:44Sərnişin avtobusu mağazaya girdi – Foto11:53Sərkisyan Tərtərin Çardaqlı kəndinə gəldi - Meydan oxudu11:05Biz sizin axmaq olacağınız anı gözləyirik - Ukraynanın məhv planı10:54Hərdən elə olurdu ki, anamın üzünü görmürdüm - 9 universitetin arzuladığı azərbaycanlı10:45"Cavad xan"-ın rejissoru Rövşən Almuradlı dayanacaqda keçindi10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video09:22Əxlaqsız videoların yayılması təsadüfi deyil: evimizin altında 12 əxlaqsızlıq yuvası var – Politoloq09:04Hər gün şəhid qanı bunlara görəmi axıdırıq?.. Kimin qeyrəti varsa...- Flora Kərimova21:12Bəzi qüvvələr müstəqilliyi demokratiyaya qurban verməyə hazırdır - Sərdar Cəlaloğlu18:55İspaniyada azərbaycanlılar ermənilərə etiraz etdi - Təxribat18:37Azərbaycanda terrorbaşı Öcalan gündəmə gətirilir? - 30 il sonra17:56Rusiya HDD Xəzərdə genişmiqyaslı əməliyyata başlayır17:47Əxlaqsızlığı təbliğ edən videonu yayanlar 2 il müddətinə həbs edilə bilər12:27Bu gündən sosial müavinətlər artırılır - ƏƏSMN12:18Ukraynada seçki ikinci tura keçə bilər - MSK11:57Yunanıstan Xİ naziri Kolumbiya Universitetində mühazirə oxuyacaq11:44CHP-li Əkrəm İmamoğlu İstanbulda AKP-li Binəli Yıldırımı yendi - YSQ11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:24Rus milyarder Almaniyada təyyarə qəzasında həlak oldu - Video20:54İcra başçısının maşını da "başçıdır": Qırmızıda keçməkdə - Video20:45Paytaxtın bu hissəsində su olmayacaq - Azərsu ASC20:40Türkiyə Silahlı Qüvvələri Suriya ilə sərhəddi bərkidir20:36Türkiyədə ilkin nəticələr açıqlanır15:17“Diqlas”dakı sahibkarlara 8.5 milyon manatlıq güzəştli kredit təklif edildi15:07Seçki məntəqəsində dava olub - Ukraynada...12:51Taliban Əfqanıstan ordusunun silah-sursatını ələ keçirdi12:46Venesuela da Azərbaycan kimi növbəti dəfə...– Rəsmi açıqlama18:38Bakıda əcnəbini qarət edən qrup ələ keçirildi18:28Allahşükür Paşazadə Ramzan Kadırovla görüşüb - FOTO18:03ABŞ Britaniyanı da çökdürməkdə qərarlıdır: Breksiti gözləyirik... - Con Bolton17:52ABŞ Tiflisin Rusiya ilə sərhəddə yeni kazino tikməsindən narahatlığını bildirdi - Bu...17:41Azərbaycanlıların qanlı 31 mart soyqırımı ilə bağlı...- Bəyanat15:47Məxfi əlaqə sistemlərini türk həmkarlarımız quraşdırıb - Poroşenko14:04Əliyev-Paşinyan görüşünün nəticələri... - PA rəsmisi açıqladı13:55Narkotik ticarətçisi saxlanıldı - 11,1 kq-lıq malla...13:50Rusiya Orta Asiya respublikalarına xəbərdarlıq etdi: İŞİD gəlir - Rusiya DİN13:43Elçin Quliyev "Qazax" sərhəd xidmətçiləriylə görüşdü - Foto
BÜTÜN XƏBƏRLƏR

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

"Yaşım çox olduğu üçün əqli idmanla məşğul oluram" — Astan Şahverdiyevlə QALMAQALLI MÜSAHİBƏ

01 sen 2017, 14:48   
 "Yaşım çox olduğu üçün əqli idmanla məşğul oluram" — Astan Şahverdiyevlə QALMAQALLI MÜSAHİBƏ


Altun.az xəbər verir ki, Milli Məclisin 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən seçilmiş deputatı Astan Şahverdiyev ölkə.az xəbər portalına müsahibə verib. Həmin müsahibəni oxuculara təqdim edirik:

“Gecəm-gündüzüm yox idi, “Qarabağ”ın qələbəsini gözləyirdim”

– Mətbuatda sizin “Qarabağ” futbol klubunun tarixi qələbəsinə biganə münasibət göstərməyinizlə bağlı açıqlama yayılıb. Doğrudanmı, “Qarabağ”ın qələbəsi barədə belə düşünürsünüz?

– Bilirsiniz, məsələ elə deyil. Jurnalistlərdən kimsə mənə zəng vurub “Qarabağ” klubunun qələbəsi ilə bağlı sual verdi, mən də cavablandırdım. Sonra baxıb gördüm ki, “Qarabağ”la bağlı dediyim fikirləri təhrif ediblər. Guya mən demişəm ki, “Qarabağ” klubu məni maraqlandırmır. Mən ömrüm boyu belə fikir söyləyə bilmərəm. Fərqi yoxdur, Qarabağın adını daşıyan futbol komandası və yaxud da yer adı olsun. Mən Qarabağla nəfəs alıram. Yəni, mən o qədər arsız adamam ki, “Qarabağ məni maraqlandırmır” deyim? Əslində, o yazının mətni ilə başlığı tamam ayrı-ayrı yazılıb. Başlıqda fikirlərimi təhrif ediblər. Bu yaxşı hərəkət deyil. Mən yenə deyirəm ki, “Qarabağ” mənim gedib-gələn nəfəsimdir. Düz bir həftədir ki, gecəm-gündüzüm yox idi, “Qarabağ”la bağlı oyunun nəticəsini, komandanın qələbəsini gözləyirdim. Hətta, ötən gün Moskvadan gec qayıtdığım üçün Rusiyanın “Matç” telekanalında 2 saat oturub oyunu izlədim. Bu böyük qələbədir. Çünki “Qarabağ” klubu indiyədək heç vaxt Çempionlar Liqasında təmsil olunmayıb.
Mən bütün bunları səhər-səhər həmin jurnalistə də demişdim. Bildirmişdim ki, “Qarabağ”ın qələbəsi həm də siyasi nailiyyətimizdir. Çünki “Qarabağ” qrup mərhələsində ən azı 6 oyun keçirəcək. Bu oyunların hər biri bütün Avropa telekanallarında yayımlanacaq. Təbii ki, bütün bunlar da ermənilərə böyük zərbədir. Bütün dünya görəcək ki, Azərbaycanın Qarabağ bölgəsinin adını daşıyan güclü futbol komandası da var. Ona görə də bunun böyük siyasi əhəmiyyəti var. Çox təəssüflər olsun ki, bəzi jurnalistlər bu fikirlərimi yazmaq əvəzinə ucuz sensasiya dalınca qaçırlar, təhrifedici başlıqlar dərc edirlər. Bununla da insanları qaralayırlar. Bütün bunlar düzgün deyil.

İndi mən bir daha bəyan edirəm ki, “Qarabağ”ın qələbəsinə görə nəinki mənim, bütün nəslimin sevincinin həddi-hüdudu yoxdur. Doğrudan da “Qarabağ” tarix yazıb.

“Qarabağ”ın bütün oyunlarını sevərək izləyirəm”

– “Qarabağ” komandasının bütün oyunlarını izləyirsiniz?

– Bəli, bütün oyunlarını, istər ölkə çempionatında, istər Avropa Liqasında, istərsə də Çempionlar Liqasında “Qarabağ”ın oyunlarını sevərək izləyirəm və bundan sonra da izləyəcəm.

“Azərbaycan elmini öz səviyyəsində Avropaya çıxaran insanam”

– Oyunları stadiondan izləyirsiniz?

– Əvvəllər stadiondan izləmişəm, ancaq indi səhhətim imkan vermir ki, gedib cavanlarla stadionda mən də oyunları izləyim. Əslində cavan vaxtlarımda futbol oyunlarına abunə idim. Yəni, biletlə getmirdim, sadiq azarkeş olduğum üçün bütün oyunları gedib izləyirdim. Ümumiyyətlə, hər zaman həvəskar şəkildə idmanla məşğul olmuşam. İndi isə yaşım çox olduğu üçün əqli idmanla məşğul oluram. Misal üçün, yaxşı şahmat oynayıram. İnsanlarla tez-tez şahmat oynayıb dincəlirəm. Deyilənə görə, heç də pis oynamıram.

Eyni zamanda mən Milli Məclisin deputatı, elmlər doktoru, professoram. Azərbaycan elmini öz səviyyəsində Avropaya çıxaran insanam. Bunu təkcə mən demirəm, bütün avropalılar söyləyir. Dünyanın ən mötəbər jurnallarında elmi əsərlərim dərc edilib. ABŞ-da nəşr olunan bir jurnalda 35 səhifəlik elmi məqaləm dərc olunub. İndi mən o qədər ağılsızam ki, “Qarabağ məni maraqlandırmır” deyim? Heç belə söz deyə bilərəm? Ümumiyyətlə, normal adam belə fikir söyləyər? Belə sözü demək olmaz. Həmin jurnalist də mənim fikirlərimi təhrif edib başlığa çıxarıb. Yazının içərisində isə fikirlərim normaldır. Normal adam təhrif edilmiş fikirləri başlığa çıxarırsa, o düşünməlidir ki, bu sözü Astan Şahverdiyev deyə bilərmi? Mənim “Qarabağ məni maraqlandırmır” fikirlərini deməyə nə mənəvi, nə hüquqi haqqım yoxdur. Mən belə söz deyə bilmərəm.

“Bəzi qüvvələr məni ictimaiyyətin gözündə hörmətdən salmaq istəyirlər”

– Söylədiyiniz bir çox fikirlərə görə mətbuatın tənqidinə məruz qalırsınız. Nail Allahverdiyevin törətdiyi avtomobil qəzası ilə bağlı da son müsahibəniz qalmaqala səbəb olmuşdu...

– Bəli, elədir. Nədənsə mənim açıqlamalarımı qalmaqala çevirirlər. Hətta, elə tendensiya var ki, məni bu cür yolla “vurmaq”, nüfuzdan, gözdən salmağa çalışırlar. Mən ötən dəfə də demişdim ki, kimlərsə qarayaxma kampaniyaları aparmaqla məni ictimaiyyətin gözündə hörmətdən salmaq istəyir. Belə qüvvələr var. Ancaq məqsədləri nədir, onu bilmirəm! Onlar mənim ayaqqabımı geyinə bilərlər, ancaq yerişimi yeriyə bilməzlər. Astan Şahverdiyev Azərbaycan elmində ölkəyə, xalqa, millətə hörmət gətirən insandır. Mən Avropanın bir çox nüfuzlu universitetlərində çalışmışam. Hazırda da İtaliya, Fransa və digər dövlətlərin universitetləri ilə sıx əlaqələrim var. Biz onlarla birgə faydalı layihələr həyata keçiririk. Baxın, Astan Şahverdiyev Azərbaycana bunları gətirib. İndi kimsə mənim əleyhimə iş aparır. Vallah özüm də bilmirəm ki, nə etmişəm, kimin ayağını, quyruğunu tapdalamışam. Heç kimi də təhqir etməmişəm. Ancaq o gün mənim 64 ildən bəri tanıdığım bir ziyalı haqqında xoş sözlər deməyim bəzi adamları narahat edib. Bundan sonra əleyhimə danışmağa başlayıblar. Halbuki, mən həqiqəti demişəm. Biz Əli Həsənovla 1958-ci ildən tanışıq, 11 il bir parta arxasında oturmuşuq. Bunu nə mən, nə də Əli Həsənov gizlətmir. Çünki biz şəffaf adamlarıq. Bizim elə eyib işimiz yoxdur ki, kimdənsə gizlədək. Mən ömrümün 50 ilini Azərbaycanın elm və təhsilinə həsr etmişəm.

“Qardaşım oğlunun yollardakı radarları, görüntüləri silməyə imkanı yoxdur”

– Yeri gəlmişkən, Nail Allahverdiyevin törətdiyi qəzanın görüntülərinin Bakı şəhər Dövlət Yol Polisində çalışan qardaşınız oğlu Eyvaz Şahverdiyev tərəfindən silinməsi və hadisəni gizlətmək istəməsi barədə xəbərlər yayılmışdı. Bu nə qədər doğru məlumatlardır?

– O xəbərlərin hamısı yalandır. Qardaşım oğlu ilə bağlı Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidməti də açıqlama verib. Əvvəla, qardaşım oğlu Bakı şəhər Yol Polis İdarəsində işləsə də, ancaq rəis müavini deyil. O, şöbə müdiridir. Digər tərəfdən isə qardaşım oğlu avqust ayından bu günədək məzuniyyətdədir və ölkədə yoxdur. Həm də qardaşım oğlunun yollardakı radarları və ya video görüntüləri silməyə imkanı yoxdur. Ona bu səlahiyyət verilməyib. Ümumiyyətlə, Bakı şəhər Dövlət Yol Polis İdarəsində cəmi bir-iki nəfərin bunu etməyə səlahiyyəti var. Digərlərinin texniki baxımdan da görüntü silməyə çıxışları yoxdur. Bütün bunları yazanlar çox savadsızdır və başa düşmürlər ki, radara, kameraya müdaxilə etmək mümkün deyil. Allah eləməsin, get radara düş, gör adını sildirə bilərsən? Bu, mümkün deyil. İndi bunu yazan o qədər savadsızdır ki, elementar məsələləri bilmir və ağlına gələni yazır.
Yazıda qardaşım olaraq adı hallanan digər şəxslə də bağlı xəbərlər doğru deyil. O da qardaşım oğludur. Onu cənab nazir bacarığına və savadına görə şəxsən yoxlayıb təyin edib. Özü də vəzifəyə qoyulandan 10 ay sonra “İgidliyə görə” medalı ilə təltif edilib. Ümumiyyətlə, bizim nəsil savadına və elminə görə sayılıb-seçilən nəsildir. Təsəvvür edin ki, hazırda kiçik bir ailədə 2 elmlər, fəlsəfə doktoru var. Mən 12 min əhalisi olan kəndin ilk elmlər doktoruyam. İkinci elmlər doktoru isə qardaşım oğludur. İkimiz də elmi işimizi Moskvada müdafiə etmişik. Özü də o kəndə işıq, ziya gətirmişik. Yəqin ki, bütün bunların paxıllığını çəkən və bizi istəməyən adamlar var. Onlar özləri bizim səviyyəmizə gəlib çata bilmədikləri üçün ayrı yollara əl atırlar, paxıllıq və xəbislik edirlər, haqqımızda yalan və böhtan yayırlar və sairə. Bildiyimə görə, müsəlman aləmində 21 günah var. Birinci günah yalan və böhtandır. Bu adamlar Allahdan da qorxmurlar. İnanın ki, hərdən fikirlərişirəm ki, axı bunları kim edə bilər? Heç kəs də ağılıma gəlmir ki, ondan şübhələnim. Haqqımda yalan-böhtan yayanlar seçkilərdə mənə rəqib olmuş adamlardan da ola bilər. Doğrudur, hələ parlament seçkilərinə 3-4 il var, ancaq o vaxta qədər çox papaqlar boş qalacaq. Heç kəs dəqiq deyə bilməz ki, həmin vaxta qədər yaşayacaq. Əgər bunu belə düşünürlərsə, daha onlara nə deyim.

“Ağılsızı heç zaman özümə rəqib saymamışam”

– Milli Məclisə seçkilərdə rəqibləriniz olmuş şəxslərdən şübhələriniz varmı?

– Yəqin ki, onlardan ola bilər. Ancaq mən heç vaxt onları özümə rəqib saymamışam. Rəqibi o zaman sayırlar ki, potensialı olur. Birimiz ağır, birimiz isə yüngül çəkiliyik. Bunun harası rəqib oldu? Gərək adamın rəqibi də olanda, ağıllısı olsun. Ağılsızı heç zaman özümə rəqib saymamışam.

“Orduxan Teymurxanı kimsə qızışdırıb ortaya salıb”

– Hollandiyada yaşayan həmyerliniz, blogger Orduxan Teymurxan sizinlə bağlı məsələlər olanda, tez-tez gündəmə gətirir. Onunla tanışlığınız varmı?

– Xeyr, Orduxan kimdir ki, onunla tanışlığım olsun. O adamı nə görmüşəm, nə də tanıyıram. Adını da sizdən eşidirəm. Deyilənə görə, xaricdə yaşayır. Əminəm ki, o da məni tanımır. Ola bilsin ki, Orduxan mənim şəklimi haradasa görüb, ancaq mən onun şəklini belə görməmişəm. Onunla heç bir şərikli işim ola bilməz. Bilmirəm ki, nə üçün mənim adımı çəkir. Görünür, onu da kimsə qızışdırıb ortaya salıb.
OXŞAR MÖVZULAR