Impera

XƏBƏR LENTİ
20:32200 manatadək maaş alan şəxsdən 25 faiz sosial sığorta tutulacaq16:27Deputat: Enerji içkiləri cəmiyyətimizdə bir bəlaya çevrilib15:05Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinə səfərə gedib14:17Hava proqnozu - 17 noyabr13:00Abel Məhərrəmovu kim əvəz edir? - Açıqlama12:38Saakyanın Parisə niyə getdiyi bilindi – Pul dilənir11:56Meydən Breksit açıqlaması: Mart ayında...10:13Cinsi azlıq nümayəndəsi olan atasını yandıran oğulla bağlı - QƏRAR09:22Zeytun yağı, qoz və badam qarışığının ƏFSANƏVİ FAYDALARI - Səhər acqarına yesəniz...20:28Belarusla siyasi məsləhətləşmə keçirildi19:57ABŞ-ın Səudiyyəyə sanksiyası başladı - Qaşıqçı cinayəti19:37Qarabağ icmasından Saakyanın səfəri ilə bağlı bəyanat...19:33Savelyev KTMT-nin İrəvana dəstəyindən danışdı: Təcavüz halında...19:13BDU-nun 5 prorektoru da vəzifədən getdi? - Şok19:50Dövlət Qeydiyyat İmtahan idarəsi, yoxsa Məlixanın kolxoz bazarı..? - Cavabsız qalan VİDEO görüntülər00:20Tramp İranı qarışdırmaq istəyir - Parlament sədri00:17Türk ordusundan müdhiş həmlə: 18 terrorçu məhv edildi00:16Paris Sülh Forumu öz işinə başladı00:15Azərbaycanlı qız həbsə məhkum edildi00:13Tramp Turqut Özalla dostluq edirmiş – Foto00:12Trampla Putini yanaşı oturmağa qoymadılar00:11Əfqanıstan yenə qan gölünə çevrildi: 25 ölü...00:10Qaşıqçının ölümündən sonra ilk: xüsusi nümayəndə...00:09"Barselona" gözlənilmədən məğlub oldu: Messi...00:08Türkiyədə həyəcan: təyyarə qəzası xəbəri ölkəni qarışdırdı00:06Şad xəbər: xərclədiyiniz pulun 15%-i geri qaytarılacaq00:04Neft yenə ucuzlaşdı: OPEK+ hasilatı azaldır00:02Parisdə anım mərasiminə bu iki lider gecikdi20:34Məscidə zərbə endirməkdən razı qaldıq - ABŞ generalı20:27Əhaliyə Şad XƏBƏR: Qiymətlər endirilir20:02Putin bu ölkəyə sanksiya tətbiqi barədə fərman imzaladı19:52AFFA klublara xəbərdarlıq etdi20:10Cüdoçumuz Avropada qızıla sahib oldu12:44DİQQƏT!!! "Votsap"artıq etibarlı olmayacaq -Mesajlarınız oxunacaq. Necə?23:03Yunanıstanda növbəti meşə yanğını: əhali təxliyyə edilir22:52Sui-qəsd: ABŞ bunu istəsə, razılaşaram - Maduro22:27Tramp özünü təriflədi: rekord səviyyədə...21:51İranla ABŞ-ı bu ölkə yaxınlaşdıracaq? - Zərif açıqladı21:12​Əhaliyə BƏD XƏBƏR: Ərzaqlara yeni qiymət artımı gəlir – Deputatdan AÇIQLAMA21:02Rusiyadan Türkiyə ilə bağlı açıqlama: Hazırıq20:51Lavrov Xəzər razılaşmasından danışdı: Ümid edirəm ki...20:40Abadi İrana səfərini ləğv etdi20:29Türkiyə sərhədində partlayış: 32 ölü, 45 yaralı20:16Ronaldo xəstəxanaya yerləşdirildi20:05Xəzərlə bağlı mühüm gün: Səfər başa çatdı19:53"Bakı Bus"dan unikal qəza: yeni "təkər" - Foto19:24Nabranla bağlı video yayıldı: nazirlik həll etdi21:53Türkiyə ABŞ-ı məhkəməyə verir21:41Sanksiyalar Türkiyədə buna təsir etməyəcək - Kaşirski21:213 yaşlı Ofelya Eynşteyndən daha ağıllıdır - Dünya ondan danışır - FOTOLAR21:04"Ermənistanın maraqları naminə danışıqlar gedə bilər..." - Paşinyan20:46SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır19:45Paşinyandan Rusiyaya GÖZ DAĞI: Yeni vəziyyətimizə öyrəşməlisiniz19:39NATO: “Rusiya əsas təhdiddir”19:29Ruhanidən Ərdoğana: Trampı peşman edəcəyik19:01Hazırda iyrənc sistemin dağılması gedir - Manuçaryan18:37İrana daha bir ağır zərbə: Fransa İran neftindən imtina etdi18:18Yol polisi xəbərdarlıq etdi: Sürücülər 50 manat cərimə olunacaq18:09AÇIQLAMA: Avropa bunu etsə, Rusiya savaş başladacaq - Video12:47Sərkisyanın iki yolu: Ya savaş, ya da həbs - Politoloq18:33Yaxamızı rüşvətdən necə xilas edək? – Novruzəliyeva Ülkər KÖŞƏ19:32Bu silahın gücü Xirosimaya atılan 160 atom bombasına bərabərdir19:26Biz Allahın quluyuq, Sorosun deyil - Ərdoğandan dollardan imtina çağırışı19:18Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb18:35CNN Qarabağla bağlı təxribatçı süjet hazırladı16:09Xanımım məni Fədayəyə qısqanırdı - Tacir16:01ABŞ-dakı Azərbaycan diaspor təşkilatları bəyanat yaydı15:55Bakıda güclü partlayış: ölənlər var15:53"Ana dilinin tədrisi universitetdən deyil, ibtidai məktəblərdən başlamalıdır” - Təbrizli tələbələr15:47Bu yollarda məhdudiyyət olacaq – Təmir15:42Naxçıvan-Ermənistan sərhədində Şəhid olan əsgərimiz dəfn edilib - FOTO23:01Fələstinin ABŞ-dakı səfiri geri çağırıldı22:54Ərdoğan BMT-ni, 128 dövləti İsrailin işğalçı dövlət terroruna son qoymağa çağırdı22:41İngiltərə də İsrailə bu "zorakılığı dayandır!"-dedi22:36İsrail də Türkiyənin baş konsulunu ölkəsini tərk etməyə çağırıb22:10İsrailin bu səviyyədə olan hücumlarına haqq qazandırıla bilməz - Fransadan böyük müharibə xəbərdarlığı22:02Netanyahu müdafiəsiz insanlara hücum edən aparteid dövlətin rəhbəridir - Ərdoğan21:24ABŞ-ın səfirliyini Qüdsə köçürməsi qərarı 52 fələstinlinin ölümünə, 2400-nün isə yaralanmasına səbəb oldu - Video21:04Rusiya ABŞ-ın Qüdsdə səfirlik açmaq qərarının əleyhinədir - Lavrov19:45Zərdabda şantajçı "jurnalist" tutuldu19:38İran ABŞ-sız nüvə müqaviləsi üçün AB-dən zəmanət istəyir - 60 gün...19:27İlham Əliyev 2 sərəncam, 1 fərman imzaladı21:18Füzuliyə güclü dolu düşdü - Video20:54Xaçmazda avtoqəzada 4 nəfər xəsarət aldı19:54İranda “Qanun” qəzetinin Güney Azərbaycan türklərinin kimliyini inkar etməsi...- Məsumə Ağapur Əlişahi19:42Sevinirəm ki, Bakıda mükafatçılar sırasında yer ala bildim - Alkanoğlu23:05Prezidentliyə namizəd HDP-nin bağlanacağını vəd verdi22:57İmtahan verəcək abituriyentlər üçün vacib xəbər - Video22:49Tbilisidə narkotacirlər xalqı hakimiyyətin üzərinə qaldırdı - Video19:41Teatr direktorunun tamahı üzündən kollektiv 10 saat sərhəddə saxlanılıb19:25Rafael Ağayev 11-ci dəfə Avropa çempionu olub – YENİLƏNİB15:17"Qoca"nın qaçırılmasında təqsirli bilinən rəis və müavinlərinin həbs müddəti daha 3 ay artırıldı00:08Rusiya Suriyanı da yarıyolda buraxdı... - İsrail məmnun23:58Gecələri məzarlıqda ağlayan naməlum qız tapıldı22:01ABŞ-ın İran ilə əldə edilən nüvə müqaviləsindən geri çəkilməsi...- Rusiyadan Trampın qərarı ilə bağlı növbəti açıqlama21:38Türkiyə şahinləri bu dəfə “F-35”-lə fəzanı fəth etdilər – VİDEO20:53Bu preparatlar-qida əlavələri həyatınıza təhlükədir – Siyahı20:39Mixail Leontyev erməniləri təhqir etməsini "kompliment" adlandırdı: "Sərt və eyni zamanda incidici olsa da, həqiqətdir"20:21ABŞ-da məktəbə silahlı hücum edilib- Yaralılar var20:07Səhiyyə Nazirliyi bir sıra hüquqlarından məhrum oldu - Fərman...
BÜTÜN XƏBƏRLƏR

«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

Britaniyanın azərbaycanlı jurnalisti: "Qarabağın qaytarılmasını istəyən çox sayda erməni var" - MÜSAHİBƏ

21 avq 2017, 20:39   
Britaniyanın azərbaycanlı jurnalisti: "Qarabağın qaytarılmasını istəyən çox sayda erməni var" - MÜSAHİBƏ


Günümüzün acınacaqlı hallarından biri də yalan xəbərlər yayıb, gündəmə gələn dırnaqarası media işçiləridir. Zəngin Zərdabi irsinə xələl gətirən bu insanlar xalqın jurnalistika peşəsinə olan güvənini alt-üst edirlər.
Jurnalistikanın parlaq siması Vladimir Pozner məhz bu səbəbdən deyir ki, insana jurnalist olmağı öyrətmirlər. O bir həyat tərzi, daxili dünyadır. Ya var, ya da yoxdur. Poznerin fikrincə, əsl jurnalist yazdığı xəbəri izləyicisinin yanında əyləşib oxuyacaq qədər peşəkar və dürüst olmalıdır.
Həmsöhbətimiz artıq uzun müddətdir ki, Britaniyada yaşayıb, məhsuldar fəaliyyətlə məşğul olan BBC Azərbaycan radiosunda çalışmış, peşəkar jurnalist Zülfüqar Rüfətoğludur.
- Zülfuqar bəy, artıq 20 ildən çoxdur ki, Londondasınız. Günəşli Bakıdan buludlu Londona köçüb uyğunlaşmaq çoxmu çətin oldu?
- Daha çətin olacağını düşünürdüm. Amma olmadı. Bəlkə ona görə olmadı ki, sevdiyim peşə üzrə, həm də daha kamil jurnalistika məktəbində BBC-də işə başladım. İntensiv, maraqlı, gərgin, həm də mənim düşündüyümə görə, insanlarımıza xeyirli bir işlə məşğuldum. Daim canlı efirdəydim. Bir sözlə, başım öz peşəmə o qədər qarışmışdı ki, darıxmırdım. Həm də efirdə olduğum üçün məndə elə bir hissiyyat var idi ki, elə Bakıdayam. Amma burada bu qədər qalmağı düşünmürdüm və planlaşdırmırdım. Belə alındı...
- Ötən illərə səyahət edib Zülfüqar Rüfətoğlunu daha yaxından tanıyaqmı?
- 22 iyun 1958-ci ildə Bakı şəhərində doğulmuşam. 1975-ci ildə Bakıda 172 nömrəli orta məktəbi qızıl medalla bitirmişəm.
1975-1980-ci illərdə Azərbaycan Dövlət Xarici Dillər İnstitutunda təhsil almışam. 1980-ci ildə institutu qırmızı diplomla bitirmişəm. 1980-1983-cü illərdə təyinatla İmişli rayonunun Bəcirəvan və Qaradonlu orta məktəblərində ingilis dili müəllimi işləmişəm. 1985-ci ildən "Azərbaycan qadını" jurnalında çalışmışam.
1986-cı ildə "Sovet kəndi" qəzetində, daha sonra "Kommunist" qəzetində işləmişəm. Jurnalist kimi tanınmağım da bu dövrə təsadüf edir.
Jurnalistikada mətbəə işçisindən redaktor müavinliyinə qədər yol keçmişəm.
1992-ci ildən “Azərbaycan” qəzetində beynəlxalq həyat üzrə redaktor müavini olmuşam.


- Bəs BBC-yə gəlişiniz necə oldu?
- 1993-cü ildə BP şirkətinin dəvəti ilə başqa 7 jurnalistlə birlikdə Britaniyaya səfər etdim. Burada BBC-dən təklif alsam da, Bakıya döndüm. 1994-cü ildə Londonda "Reuters" agentliyinin kurslarında təhsil aldım. Bu kurslarda olarkən BBC-dən daha bir təkidli dəvət oldu. Bu dəfə Britaniyada qalmağa qərar verdim.
"BBC Azərbaycan" xidmətinin radio proqramlarını aparmışam. "Sənin səsin" və "Çətin sual" proqramları mənim müəllifliyimlə yaranıb və bu günədək azərbaycandilli radionun ən reytinqli proqramları olaraq qalır. 2011-ci ildə "BBC Azərbaycan" xidmətində radionun bağlanması ilə əlaqədar işimi tərk etdim. 2013-cü ildə isə təkrar BBC-yə dəvət olundum. 2014-cü ildə Bakıda olarkən ağır xəstələnib, üç həftə komada yatdım.
Hazırda sağlamlığımla əlaqədar əsasən evdən işləyirəm. Məqalələr yazıram. 2013-cü ildə “Londonun tənhalığı” şeirlər toplusu Londonda çap olunub.
- "Londonun tənhalığı"... Qürbət qoxusu gəldi...
- Bəli, kitabim "Amazon" nəşriyyatında çap olunub. Tirajı çox deyildi. Amma dostların və yaxınların dediyinə inansam, xoşlarına gəlib. Ondan əvvəlki kitab "Azerbaijanis" adlanır. Yəni "Azərbaycanlılar" Londonun "Bennet and Bloom" nəşriyyatında buraxılıb. Etnoqrafik kitabdır. İngiliscədir. Hazırda Azərbaycan dilinin qəribəlikləri haqqında "Dilimiz bizdən nə deyir?" adlı kitab üzərində işi bitirmək üzrəyəm.


"Məclislərdə Azərbaycanın sağlığına içirlər, amma..."
- Müharibə illərində Qarabağda olan jurnalistlərdənsiniz. Savaşın qızğın illərini necə xatırlayırsınız?
- Mən ora gedəndə, atəşkəs 2 il idi ki, elan edilmişdi. O tərəfdə, bu tərəfdə əsirlər vardı. Əsas problemlər də onlarla bağlı idi. Orada saxlanan azərbaycanlı əsirlərdən bəziləri ilə görüş imkanı vermişdilər. Bizim əsgərlər idi. Az sonra onları dəyişdilər. Səslərini efirə vermişdik. Müharibə yox idi. Amma böyük bir nifrət var idi. İndi də var. Ermənistanda hətta Qarabağın qaytarılmasını istəyən əhəmiyyətli sayda ermənilər var idi və indi də var. Amma əksəriyyəti danışa bilmirdi. İndi heç danışa bilmirlər.
- İndi deyə bilərik ki, neytral zonada yaşayırsınız. Yəqin ki, ətrafınızda onlarla erməni var. Bəzən hətta təsadüf nəticəsində ünsiyyət də qurursunuz. Qarşınızdaki şəxsin erməni olduğunu öyrənəndə ilk reaksiyanız necə olur? Ümumiyyətlə hazırda İngiltərədə yaşayan azərbaycanlılarımız Qarabağ problemini təbliğ edirlərmi?
- Maraqlıdır ki, burda ermənilərlə qarşılaşmıram. Britaniyada onların sayı Fransadakı qədər deyil. BBC-də erməni xidməti yox idi, indi də yoxdur. Ona görə də demək olar qarşılaşmıram. Burdakı azərbaycanlılara gəlincə isə mənim nəslim əlbəttə, Vətən, Qarabağ heysiyyatı çəkir. Amma buradakı soydaşlarımızın əksəriyyəti daha yaxşı dolanışıq üçün gələnlərdir. Demək olar ki, hamısı taksi sürücüsüdür. Bu iş xüsusi ixtisas və dili yaxşı bilməyi tələb etmir. Onları siyasət az maraqlandırır. Hərçənd məclislərdə Azərbaycanın sağlığına içirlər, amma bu yəqin ki, praktik töhfə deyil Vətənə...
- Britaniya gözəl ölkədir, lakin Vətən torpağının bərəkəti bir başqadır elə deyimi?
- Azərbaycan üçün darıxmadığım gün olmayıb. Amma ölkə xeyli dəyişib. Elə biz də dəyişmişik. Ən çox dostlarım, qohumlarım üçün darıxıram. Valideynlərim rəhmətə gediblər. Anam 3 il əvvəl dünyasını dəyişib. Onun ölümü ilə uşağlığımın Bakısı ilə emosional əlaqəm qırılıb. Sankı hardasa uzaq və əlçatmaz bir yerdə, nağılda, əfsanədədir. Brodskinin bir şeiri var: “Məni tamam unudub yada salmayanlardan şəhər salmaq olardı...”
- Valideynlərinizdən söz düşmüşkən rica edirəm, onlar haqda da məlumat verin. Bildiyimə görə, atanız Rüfət bəy məşhur jurnalist olub…
- Bəli… Ziyalı ailəsində böyümüşəm. Atam Rüfət Əhmədzadə məşhur satirik şair, dramaturq və jurnalist olub. "Kirpi" jurnalının redaktor müavini idi. Anam Mirvari Əhmədzadə orta məktəbdə ədəbiyyat müəllimi idi.


- Peşəkar jurnalistikaya atdığınız ilk addımlarda atanızın dəstəyini hiss etmisiniz?
- Atamın nəinki jurnalistikaya, bütövlükdə ədəbiyyata maraq göstərməyimdə misilsiz rolu olub. O, ədəbiyyatı mükəmməl bilirdi. Atam əslində mənim həm ixtisas, həm də həyat müəllimimdir.
- Bu gün demək olar ki, ölkəmizdə hər kəs xarici dilləri öyrənməyə meyl edir, amma siz Xarici Dillər Universitetini bitirdiyiniz dövrdə aparıcı dil rus dili idi. İngilis dilinə sevgini, yaxud marağı sizə valideynləriniz aşılayıb?
- Xarici dillərə, ümumiyyətlə dilçiliyə marağım böyük idi. Diplomat olmaq istəyirdim. Rus dilini yaxşı bilirəm. Bu dildə yazıram da hərdən. Orta məktəbimiz rus dili təmayüllü idi. Təəssüf ki, hansısa dili elitarlıq rəmzi sayanlar var. O vaxtlar rus məktəblərində karyera qurmaq, yaxşı vəzifəyə sahib olmaq üçün oxudurdular uşaqları. İndi nəyə görə oxudurlar bilmirəm. Hərdən təyyarədə imkanlı ailələrdən olan yeniyetmələri görürəm. Bir-birləri ilə rusca danışırlar. Özü də bərbad rusca…
Mənim gəncliyimdə biz rus dilində az qala rusdan yaxşı danışırdıq. Bir də başqa bir bəla dilimizə çox sayda istanbulizmlərin gətirilməsidir. Bunu əsasən də xanım həmkarlarımız edirlər. Yeri gəldi-gəlmədi Türkiyənin yeni türkcəsindən ifadələr, sözlər işlədirlər. Yenə də deyirəm, söhbət türkcədən yox, istanbulizmlərdən gedir. “Bir sürü fincan” (sürü ilə qoyun olur yəqin ki) və yaxud bircə kəlmə “adi” əvəzinə “sıradan biri” və sair. Bu da bir dəbdir, ötüb keçəcək. Bir vaxt rus dili belə hörmətdə idi...
- Ağrılı mövzuya toxundunuz. Məktəb proqramlarında rus dilinin tədrisi səngiyəndən sonra şagirdlər osmanlı türkcəsinə meyil etməyə başladılar. Xüsusən də yeniyetmələr dilimizə bir çox türk ifadəsi gətirdilər. İndi sanki gənclik iki hissəyə bölünüb: rusdillilər və türkdillilər. Bunun səbəbi dilimizdəki elmi və bədii ədəbiyyatın kasadlığı ilə əlaqəli ola bilərmi? Hətta ən sadə bir fakt: Azərbaycan dilində öyrədici xarakter daşıyan cizgi filmləri və uşaq mahnıları yox səviyyəsindədir. Odur ki, övladlarımız digər dilli animasiyalara baxıb öyrənməyə məcbur olurlar. Siz azərbaycandilli nəsil yetişdirmək üçün nə tövsiyə edirsiniz?
- Dediklərinizlə razıyam. Təhsilin səviyyəsi düşüb, faydalı kitablar az yazılır. İndi yazanların çoxu heç öz yazdıqlarını da oxumur. Yoxsa bu qədər orfoqrafiya, üslub səhvi olmazdı yazılarında. Nizamidən bu yana biz yazmağı sevən millətik, amma indi bu kütləvi şəkil alıb. Texnologiyalara, sosial mediaya görə və sair. Yəni oxuyandan çox yazan var. Təəssüf ki, bu davam edəcək. Zaman belə zamandır.
- Savadlı azərbaycandilli nəsil yetişdirmək üçün nə tövsiyə edirsiniz?
- Ana dilini yaxşı bilməyin əsrlərdən qalan sadə bir yolu var. Kitab oxumaq. Klassik ədəbiyyatı oxumaq. 1970-80-90, həttə 2000-ci illərin də sanballı yazıçıları var. Elə əsərlər var ki, onları yeniyetmə vaxtında, çox gənc olanda oxumaq lazımdır. Xarici dili də mükəmməl bilmək üçün o dildə ədəbiyyat oxumaq vacibdir.


- Maraqlıdır müasir yazarlarımızdan kimləri oxuyursunuz?
- Etiraf edim ki, xeyli vaxtdır bədii ədəbiyyat oxumuram. Əsəsən tarixi, sənədli kitabları oxuyuram. Yeni yazanlardan internetdə bəzən hekayə və başqa kiçik yazıları oxuyuram. Yaxşı yazanlar var. Amma çox, çox azdır. Müasir Azərbaycan ədəbiyyatında demək olar hamını oxumuşam. İsmayıl Şıxlı, İsa Hüseynov, Əkrəm Əylisli, Yusif Səmədoğlu, Sabir Əhmədov... saymaqla qurtarmaz. Bunlar yazan adamın dilini cilalayan yazıçılardır. Məncə, gənc nəsil də bu yazıçıları oxumalıdır. Azərbaycan dili onların kitablarındadır.
"Britaniya tələbəsi mütləq pis və ya yaxşı yazmağı öyrənir"
-Artıq br neçə ildir ki, Azərbaycanda jurnalistika fakültəsinə daxil olmaq istəyən tələbələr qabiliyyət imtahanı verirlər. Necə düşünürsünüz, bu çağdaş jurnalistikamızın xeyirinədirmi?
- Jurnalistika fakültəsində qabiliyyətin yoxlanması mühümdür. Yazmaq qabiliyyəti elə bir məsələdir ki, diplomla gəlmir. Adam ya yaza bilir, ya da yaza bilmir. Azərbaycan jurnalistikasında jurnalistika fakültəsini bitirməyən çox sayda parlaq simalar olub və var. Jurnalistika fakültəsində adama nədən yazmağı, necə yazmağı öyrədə bilərlər, amma yazmağı öyrədə bilməzlər.
- Bəs Britaniyanın təhsil sistemi sizi qane edir?
- Britaniyada jurnalistika fakültəsi anlayışı demək olar ki, yoxdur. Media ixtisası var və bu, sözün klassik mənasına jurnalistika deyil. Buna baxmayaraq, Britaniyada yazmağı uşaqlara ibtidai siniflərdən öyrədirlər. Bu proses universitetlərdə də davam edir. Elə hey esse yazdırırlar. Burda esse deyəndə yəni sərbəst və qeyri-sərbəs mövzuda inşa yazmağı nəzərdə tuturlar. Britaniya tələbəsi mütləq pis və ya yaxşı yazmağı öyrənir. Biologiya ixtisasını alan öz sahəsindən maraqlı yaza bilir. Amma elə burda da yaxşı jurnalistləri barmaqla sayırlar.
- Zülfuqar bəy, çox maraqlı həmsöhbətsiniz. Sizə təşəkkürümü bildirirəm.
- Məni yad etdiyiniz üçün minnətdaram.
OXŞAR MÖVZULAR