Bugün:

Məktəblərdə açıq şəkildə rüşvət yığılır Təhsil Nazirliyi ilə İcra Hakimiyyətləri arasındakı ziddiyyətlər özbaşınalıq yaradır

17 avq 2017, 17:51, altun
    Oxunub: 59
 Məktəblərdə açıq şəkildə rüşvət yığılır Təhsil Nazirliyi ilə İcra Hakimiyyətləri arasındakı ziddiyyətlər özbaşınalıq yaradır


Məktəblərdə açıq şəkildə rüşvət yığılır
Təhsil Nazirliyi ilə İcra Hakimiyyətləri arasındakı ziddiyyətlər özbaşınalıq yaradır

Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev Sherg.az-a danışıb.

Professorla buraxılış imtahanlarında şagirlər üçün çətinlik törədən mövzuların proqramdan çıxarılması, müəllimlərin hazırlıq səviyyəsi, valideyn müəllim münaisbətləri, orta məktəblərdəki özbaşınalıqlar, Aidiyyatı qurumların orta məktəblərə nəzarəti, Təhsil Nazirliyi ilə icra aparatarı arasındakı qarşıdurma və s məsələlər ətrafında müzakirə apardıq.


-Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə çətin mövzuların imtahan proqramından çıxarıldığını deyib. Bu təşəbbüsü necə dəyərləndirirsiniz?

-İmtahan proqramının artırılması və azaldılması pedaqoji prosesdir. Bunun ətrafında müzakirə aparmaq vacib məsələ hesab olunmur. Təhsillə bağlı problemlər yalnız imtahan prosesindən ibarət olmamalıdır. Təhsildə mövcud olan daha mühüm problemləri işıqlandırmaq üçün məktəblərə gedib, siniflərdə dərs prosesi ilə tanış olmaq lazımdır.

-Nədir bu problemlər?

Bu gün məktəblərdə musiqi, bədən tərbiyəsi kimi lazımı fənlər keçirilmir. Bəzi məktəblərdə ingilis dili və başqa xarici dili tədris edən müəllimlər dili bilmir. Dərslərə isə formal yanaşmalar da çoxalır. Buna görə də,şagirdlər repetitorlara meyl edirlər. Rüşvət kimi mənfi halların isə tam şəkildə qarşısı alınmayıb.

-Məktəblərdə rüşvətin kökünü necə kəsmək olar?

-Təklif edirəm ki, mətbuat və nəzarətçi qurumlar məktəblərdəki bu kimi çatışmazlıqları araşdırıb, üzə çıxartsın. Məktəblərdə həmin problemlərə nəzarət sistemi yoxdur. Bu nəzarət bərpa olunduqdan və mənfi hallar aşkar olunduqdan sonra tədbirlər görmək mümkündür.

-Repetitorluqdan söz açdınız, bu mənada bilmək istərdik ki, repetitor hazırlığı şagirdləri məktəbdən kənarlaşdırırmı?

-Bəzi valideynlər övladını məktəbdən çıxarır ki, repetitor hazırlığına vaxtı qalmır. Məktəb təhsil vermə funksiyasını itirir. Hər bir məktəbdə elə təhsil verilməlidir ki, abituriyentlər neçə il əziyyət çəkib, repetitor hazırlığına getməyə məcbur olmasın. Dəfələrlə müsahibələrimdə qeyd etmişəm ki, tək məktəb tikintisindən, təmirdən, maddi- texniki təminatdan, imtahanlardan danışmaq kifayət etmir. Siniflərə girib, pedaqoji proseslə tanış olunmalı, təlim-tədrisdə müəllimlərin bilik və pedaqoji bacarıqlarını necə nümayiş etdirməsinə diqqət edilməlidir.

-Müəllimlərin hazırlıq səviyyəsi, pedaqoji qabiliyyəti qənaətbəxşdirmi?

-Müəyyən qədər yox. Tək müəllimlərin deyil, məktəb direktorlarının da işində problemlər var. Müəllimlərin imtahanla işə qəbulu qərarı verilsə də, bəzi məktəblərdə direktorlar müqavilə adı ilə, gizli şəkildə müəllimləri işə qəbul edirlər. Elə rəhbərlər var ki, məktəbdəki boş dərs saatı yerlərini nazirliyə bildirmirlər. Qanunsuzluqların üstü açıldıqda isə direktor yaxasını çəkir və müəllim ortada qalır. Təzədən imtahan verməli olur.
Müəllimlərin hazırda şagirdlərlərlə münasibətlərində də ciddi problemlər var. Onlar şagirdin psixologiyasına uyğun hərəkət etmirlər. Uşaqlara tək ağır cümlə, söz belə demək olmaz. Təhsilin gözdən düşməsi "müəllimlərin" hesabına baş verir. Bir çox həqiqətən savadlı müəllimlər ictimai yerlərdə müəllim olduqlarını deməyə utanır. Onu təhsilin bu səviyyədə olması üçün qınayırlar.

- İmtahanların sayı ilə bağlı nə deyə bilərsiniz?

-İmtahanların sıxlıqla keçirilməsi uşaqları stressə salır. 1-ci sinifdə imtahan, ibtidai sinifdə imtahan, 9-cu sinifdə imtahan, qəbul imtahanı və s. Bu "imtahan oyunu” uşaqların bilik səviyyəsinə mənfi təsir göstərir. Əvvəl uşaqlara normal bilik öyrətməyi prioritet götürmək lazımdır, imtahan etməyi deyil. Şagirdə nə isə öyrətməliyik ki, onu imtahan edə bilək. Şagirdləri imtahan xofu ilə qorxutmaqla qəbuldan kəsildikdə intiharına qədər gətirib çıxarırıq. Müəllim ilk növbədə psixoloq olmalıdır. Bəzi müəllimlər şagirdlərə insan kimi, şagird kimi deyil, tabeçi kimi baxırlar. Müəllimin sözündən çıxan tələbəyə cəzalar tətbiq edilir. Şagirdlər belə tərbiyə edilməməlidir.

-Məktəblərdə rüşvət məsələsi hər zaman müzakirə obyektidir. Bu gün vəziyyət necədir?

-Hələ də məktəb direktorları məktəbə biznes mənbəyi kimi baxır. Bayramlarda, əlamətdar günlərdə pul yığırlar. Məktəbin ehtiyacları üçün nazirlikdən və dövlətdən vəsait ayrıldığı halda şagirdlərdən, valideynlərdən hətta müəllimlərin özlərindən pul yığırlar. Bir müəllim mənə zəng edib, məktəbdə müəllimlərdən pul tələb edildiyini deyir. Mən ona ərizə yazmasını, nazirliyə müraciət etməsini bildirdim. O insan işini itirməkdən qorxduğundan adının çəkilməyini istəmədi. Təhsilin sağlamlaşdırılması üçün bütün regionlar üzrə səviyyə qaldırılmalıdır. Regionlarda təhsilin idarəçiliyində ziddiyyətlər mövcuddur. Olur ki, nazirliyin müəllim və ya direktor kimi göndərdiyi şəxsi icra hakimi bir müddət sonra işdən çıxarır, və ya ümumiyyətlə qəbul etmir. Bu ziddiyyətlər rayonlarda özbaşınalığa səbəb olur.

-Bilirik ki, indi uşaqlar 1-ci sinifdən fərdi hazırlıqlara başlayır. Bunun səbəbini nədə görürsünüz?

-Şagirdlərin bilik səviyyəsini artırmaq və müəllimlərin özbaşınalığına son qoymaq üçün Dövlət və Təhsil Nazirliyi valideynlərin maarifləndirilməsi üçün çalışmalıdır. Valideyn bilməlidir ki, uşağı 1-ci sinifdən repetitor yanına qoymaq olmaz. Şagirdə dərs verən müəllimin dərsini ciddi formada keçməsi onun borcudur. Valideyn uşağı ibtidai sinifdə bu cür yükləməklə yuxarı sinifdəki potensialının qarşısını alır. Bununla da şagirdlər artıq yuxarı siniflərə çatdıqda oxumaqdan yayınırlar, həvəsli olmurlar. İmtahan psixologiyasının düzgün formalaşdırılması lazımdır. Uşaq 1-ci sinfə başlayandan valideynlər və şagirdlər universitetə qəbul olmağa, imtahan verməyə diqqət yönəldirlər. Məhz bu vəziyyət psixoloji cəhətdən uşaqların düzgün hazırlanmamasına səbəb olur. Valideynlərimizin maariflənməsinə böyük ehtiyac var.

Müəllim - valideyn əlaqələri normaldırmı?

-Bu əlaqələr çox zəifdir. Biz Təhsil Şurası olaraq valideynlərin maariflənməsi istiqamətində konfranslar keçiririk. Məktəbəqədər Təhsil üzrə Respublika Forumu keçirdik. Bütün regionlardan iştirak edənlər kifayət qədər çox idi. Dekabrın 24-də İbtidai Sinif Müəllimlərinin Birinci Respublika Forumuna hazırlaşırıq. Bu məsələlərin hamısını orada gündəmə gətirəcəyik ki, müəllimlərlə valideynlər arasında əlaqələrin genişləndirilməsi üçün maarifləndirmə həyata keçirək. Məqsədimiz odur ki, valideynlə məktəb həmahəngliyi daha da artsın, müəllimlərlə əlaqələr yüksək səviyyədə olsun. Bəzi məktəblər valideynlərlə əlaqə yaratmaq üçün formal assosasiyalar yaradıb. Valideyn Şuralarının əksəriyyəti uşağın təlim- təhsilinin xeyrinə deyil, maddi təminat, pul yığımı kimi işlərə görə fəaliyyət göstərirlər. Valideynlər məktəbə maddi problemləri həll etmək üçün yığılmamalıdır.

-Təhsildə hazırki pedaqoji vəziyyət barədə nə düşünürsüz?

-Təhsil elə sahədir ki, hüquqi və pedaqoji tərəfləri var. Hüquqi tərəflər təlimatlar, nizamnamələr və qanunlar daxildir. Hüquqi və pedaqoji tərəflər birləşdirilməlidir ki, effektiv nəaliyyət əldə edilsin. Bizim təhsil sistemində təəssüf ki, pedoqoji tələbləri bir növ yaddan yaddan çıxardıblar. Valideynlərin istismarı ilə bizdə məktəblər qurulur və müəllimlərə az maaş verilir. Məktəblərdə açıq şəkildə rüşvət yığılır. Belə məktəblər az olsa da var. Pedaqoji məsələlərə ciddi nəzarət edilməlidir. Ancaq bundan sonra keyfiyyətli təhsildən danışa bilərik.
loading...