Bugün:

"DİM-in öz ekspertləri "sabun köpüyü kimi şişmiş”, heç bir dərin bilik və bacarıqlara malik olmayan şəxslərdir" - AÇIQLAMA

17 avq 2017, 17:43, altun
    Oxunub: 257
"DİM-in öz ekspertləri "sabun köpüyü kimi şişmiş”, heç bir dərin bilik və bacarıqlara malik olmayan şəxslərdir" - AÇIQLAMA


Kamran Əsədov: "Onları şərəf və ləyaqətin alçaldılması, işgüzar fəaliyyətə zərər vurulması, böhtan tipli maddələrlə ittiham etmək olar"


Altun.az sherg.az-a istinadən xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə mətbuatda və sosial şəbəkələrdə rəhbərlik edtiyi qurumun apardığı islahatların əleyhinə çıxış edən ekspertləri tənqid edib.

O qeyd edib ki, sosial şəbəkələrdə DİM-in abituriyentlərə kömək məqsədi ilə nəşr etdiyi müxtəlif materialları öz səhifələrində paylaşmaqla, Mərkəzin adından süni şəkildə istifadə edən "sabun köpüyü kimi şişmiş ekspertlər” özlərini reklam edir və elə təəssürat yaratmağa çalışırlar ki, sanki, onlar əlavə bir informasiyaya malikdirlər”.


DİM sədrinin açıqlamısına ilk reaksiyanı daim bu quruma qarşı sağlam tənqidlə çıxış edən təhsil araşdırmaçısı Kamran Əsədov verdi. O, "Sherg.az"a açıqlamasında bildirdi ki, keçmiş TQDK-nın, yəni indiki DİM-in Azərbaycan təhsilində gördüyü işlər danılmazdır:

"Qurumun indiyə qədərki fəaliyyətini müsbət qiymətləndirirəm. 26 ildir ki, Azərbaycan insanı bu sayədə heç bir maneə olmadan öz istedadını nümayiş etdirə bilib. 2016-cı ildə ölkə prezidenti DİM-i yaratdı və TQDK ləğv edildi. Yeni yaranan qurum isə vətəndaşlarımızın maddi imkanlarına uyğun olmayan şərtlər ortaya qoydu. Bu, başa düşüləndir.

DİM indiyə qədər onun üzərinə gedən, qurumun fəaliyyətindəki boşluqları tənqid edən ekspertlərlə rastlaşmayıb. Onlar Kamran Əsədovu tanımır, hətta tanımaq istəmirdilər. Etiraf etməliyik ki, mətbuatda onların fəaliyyətini açıq şəkildə ortaya qoyan yeganə mütəxəssis mənəm. Lakin özümü heç bir halda təhsil eksperti adlandırmıram. Təhsil araşdırmaçısıyam və müəlliməm. DİM-in fəaliyyəti ilə bağlı ortaya qoyduğum bütün iradlar, fikirlər faktlara söykənir.

Məsələn, ikinci dəfə imtahan keçirildi və 5 gün ərzində qurumun "ən yaxşı ekspert” adlandırdığı şəxslər, kitablar önündə test tapşırıqları seçiblər. Amma bu testlər səhvdir. Bu sübut edir ki, DİM-in öz ekspertləri "sabun köpüyü kimi şişmiş”, heç bir dərin bilik və bacarıqlara malik olmayan şəxslərdir. Dəfələrlə onların elektron poçtuna da səhv sualları əsaslandıraraq göndərdim.

Qəbul imtahanları qəlizləşdirilib, adi elektron ərizə qəbulu, ixtisas seçimi o qədər mürəkkəbləşdirilib ki, valideynlər məcburdurlar ki, ekspertlərə müraciət etsinlər. DİM düzgün sistem qurub, lazımi təbliğat aparsaydı, 660-dan yuxarı bal toplayan şəxs tələbə adından məhrum olmazdı”.

M.Abbaszadənin ittihamlarına ətraflı cavab verən K.Əsədov ekspertlərin ödənişli xidmət göstərməsi, məlumatları sosial şəbəkələrdə yayıb, özlərini reklam etməsi haqqında iddiaları təkzib edib:

"Mən onların nəşr etdirdiyi bütün jurnalları ödənişini edərək almışam. Əmlak haqqında qanunda göstərilir ki, onların satdığı həmin jurnalları aldıqdan sonra bu mənim olur. Ondan necə istifadə etmək də mənim hüququmdur və buna qadağa qoyula bilməz.

Sosial şəbəkələrdə jurnalları yaymağa gəlincə, ölkə prezidentinin qərarı var ki, vətəndaşlara bütün texniki elektron vasitələrdən istifadə edərək xidmət göstərilməlidir. Bu mənada biz də vətəndaşlara xidmət etməyi özümüzə borc bilirik. Necə olur ki, DİM 3 manat imtahan haqqına 40 manat müəyyən edir, amma mən vaxtımı ayırıb, vətəndaşlara xidmət göstərə bilmirəm? Mən təhsil xidmətlərinin göstərilməsi ilə bağlı Vergilər Nazirliyində qeydiyyatdan keçmişəm və vergi ödəyicisiyəm.

DİM-dən fərqli olaraq mən repetitor kimi, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan insanların, Qarabağ müharibəsi əlillərinin, imkansız şəxslərin övladlarını pulsuz şəkildə hazırlaşdırıram. Bundan əlavə, hətta ən vacib işlərimi kənara qoyub, tələbələrimə pulsuz köməklik göstərir, məsləhətlərimi verirəm. Amma DİM bütün xidmətləri ödənişli və yüksək qiymətlərlə təklif edir. Mənə ay ərzində yüzlərlə valideyn müraciət edir. Elektron ərizələrdə səhvlər var. DİM-in göstərdiyi elektron xidmətlərdə də səhvlər çoxdur. Qurum abituriyentlərə "elektron ərizələrinizi ləğv edirik, yenidən yazın” - deyir. Lakin bununla bağlı da mənim əlimdə foto faktlar var.

Təəssüf edirəm ki, DİM rəhbərliyi təhsil araşdırmaçılarını, obyektiv mövqedə duran şəxsləri öz fəaliyyətinin inkişafı üçün əməkdaşlığa cəlb etmək əvəzinə, dövlət qulluqçusuna yaraşmayan, cinayət məcəlləsinə daşına biləcək ifadələrdən istifadə edir. Şərəf və ləyaqətin alçaldılması, işgüzar fəaliyyətə zərər vurulması, böhtan tipli maddələrlə onları ittiham etmək olar.

Dünyanın ən tanınmış qurumları, iri korporasiyaları öz fəaliyyətlərində hər hansı nöqsanı tapan şəxslərə böyük məbləğdə pul mükafatları verirlər. Amma bizim qurumlara kim düzünü deyirsə, onlar narahatlıq keçirir. Hörmətli DİM, siz nədən narahatsınız? Sizin tərtib etdiyiniz testlər, dövlətin pulunu xərcləyib, çölə atdığınız vəsaitlərlə üst-üstə düşmür. Bu, sübut da olundu. Nə qədər pul xərclənib, tarix fənnindən vəsaitlər dərc edilib, ancaq bu il tərtib olunan testlər həmin kitablarla ziddiyyət təşkil edirdi. DİM mütəxəssislərinin 5 günə qarşısında kitabla tərtib etdiyi testlərin, 17-18 yaşlı, abituriyent heç bir vəsaitə baxmadan səhvliyini sübut edir. Budurmu Mərkəzin fəaliyyəti ? ”.

Bütün bunları dostyana məqsədlə ifadə etdiyini deyən ekspert hesab edirəm ki, DİM sədrinin səsləndirdiyi ifadə heç bir etik normalara uymur:

"Belə ifadələri bir neçə il əvvəl cinayət məcəlləsinin bəzi maddələri ilə axtarışda olan TQDK işçisi Elnur Nağıyev də demişdi.

Yenə xatırladıram, mən təhsil araşdırmaçısıyam. DİM-in bütün ekspertləri gəlsin, faktı ortaya qoyum. Bir abituriyentə cavab gəlib ki, universitetə qəbul olmusan, DİM isə deyir, bunu fotoşopla düzəltmisiniz. Etika xətrinə həmin məlumatı paylaşmadım. Onlar vətəndaşlara və təhsil işçilərinə verdikləri kobud cavablara baxsınlar.

Sözügedən ifadələrdən sonra DİM sədri və əməkdaşları ekspertlərdən üzr istəməlidir. Çünki biz onların fəaliyyətinin daha da təkmilləşməsi üçün çatışmazlıqları göstəririk”.
loading...