Bugün:

Tələbə adı qazananlar bu xəbəri mütləq oxusun

13 avq 2017, 21:57, altun
    Oxunub: 317
Tələbə adı qazananlar bu xəbəri mütləq oxusun


Dövlət imtahan Mərkəzi (DİM) yenicə başa çatmış qəbul imtahanları nəticəsində ali məktəb tələbəsi adı qazanmış abituriyentlərə müraciət edərək, onları daxil olduqları təhsil müəssisəsində qeydiyyatdan keçməyə çağırıb.

Altun.az verir ki, tələbə adı qazanmış şəxslər 2017-ci il avqustun 15-dən 25-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

“Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək”, - deyə DİM bəyan edib.

Ali təhsil müəssisələrinin müsabiqəsində 42804 abituriyent iştirak edib. Onlardan 36381 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. 11728 nəfər dövlət sifarişi əsasında, 24653 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. Bəs ali məktəblərə qəbul olunan abituriyentlər universitetlərdə qeydiyyatdan keçmək üçün hansı sənədləri təqdim etməlidirlər? Həmin sənədlərin siyahısını təqdim edirik:

- Attestatın əsli;

- Şəxsiyyət vəsiqəsinin əsli və surəti;

- Hərbi bilet vəya çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqənin surəti (oğlanlar üçün);

- Yaşayış yerindən arayış;

- Sağlamlıq haqqında arayış;

- 6 ədəd 3x4 ölçüdə fotoşəkil;

- Abituriyentin DİM-in bazasındakı şəxsi kabinetinin itifadəçi adı və şifrəsi;

- Ödənişli ixtisaslar üçün 1-ci ilin tam ödənişi.
loading...