Bugün:

Havada tozun miqdarı artıb - TƏHLÜKƏSİ VARMI?

10 avq 2017, 14:29, altun
    Oxunub: 77
Havada tozun miqdarı artıb - TƏHLÜKƏSİ VARMI?

Kəskin isti hava şəraitinin bir an da aşağı enməsi və güclü şimal küləkləri ilə əvəz olunması havada anomal vəziyyət yaradıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentindən verilən məlumata görə, 2017-ci il avqust ayının 10-da səhər saatlarından başlayan güclü şimal küləyi nəticəsində paytaxtın bəzi yerlərində havada tozun miqdarının sanitar normanı bir neçə dəfə keçdiyi müşahidə edilib. Buna səbəb yer səthindən tozun havaya qalxması olub.
Havadan götürülmüş toz nümunələrində fiziki-kimyəvi analizlər aparılıb. Analizlərin nəticələri tozun tərkibində hər hansı kimyəvi maddənin olmadığını göstərib. Monitorinq nəticələrinə əsasən tozun miqdarının artması lokal xarakter daşıyır.
loading...