Bugün:

Suya həsrət qalan sakinlər - FOTO

08 avq 2017, 17:25, altun
    Oxunub: 67
Suya həsrət qalan sakinlər - FOTO


Yardımlı rayonu Tahirli kəndində sakinlər günlərdir içməyə su tapmır.
Sakinlərin verdiyi məlumata görə, kəndin təbii su ehtiyatları - bulaqlar, çaylar quruyub. Xüsusən, yay aylarında vəziyyət daha da dözülməz olur. Sakinlər su ehtiyaclarının ödənilməsi üçün kənddə artezian quyularının qazılmasının mütləq olduğunu deyirlər. Çünki hər il yay aylarında dağ çayları, bulaqların quruması sakinləri çətin vəziyyətdə qoyur. Onlar qonşu kəndlərdən su gətirmək məcburiyyətində qalır.
Problemlə bağlı suallarımızı cavablandıran Yardımlı rayon icra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Şəmsəddin Şabiyev problemdən xəbərdar olduqlarını dedi:
“Su çatışmazlığı problemi təkcə həmin kənddə deyil, hazırda rayonun əksər kəndləri, hətta rayon mərkəzində su ilə təminatda problem var. Havanın isti keçməsi ilə əlaqədar dağ çayları, bulaqlar quruyub. Ona görə də kəndlərimizin əksəriyyəti su ilə bağlı problem yaşayır. Tahirli kəndində də oxşar problem var”.
Kənddə artezian quyularının qazılmasına gəldikdə, Ş.Şabiyev bunun mümkün olmadığını dedi:
“Hələ bir neçə il əvvəl icra hakimiyyətinin iştirtakı ilə geoloqlar kəndlərimizdə artezian quyularının qazılması üçün araşdırmalar apardılar. Lakin bir neçə kənddə, həmçinin Tahirlidə də artezian qazılması üçün lazım olan su mənbələri olmadığı ortaya çıxdı. Bu kəndlərə su çəkilişi ilə bağlı dövlət proqramı var. Ancaq həmin proqramın nə zaman icra ediləcəyi məlum deyil”.
İcra hakimiyyəti rayon mərkəzindən keçən Viləşçayın da suyunda ciddi azalmalar olduğunu dedi. Kəndlərdə su probleminin həllinin isə yalnız çaylarda suyun artması ilə bağlı olduğunu vurğuladı: “Sakinlər isə müvəqqəti olaraq suya təlabatlarını başqa kəndlərdəki mənbələrdən istifadə edərək təmin edə bilərlər”
Suya həsrət qalan sakinlər - FOTO
Suya həsrət qalan sakinlər - FOTO
loading...