Bugün:

Daha bir məmur oğlu avtomobili ilə uşağı vurdu

06 avq 2017, 22:40, altun
    Oxunub: 415
Daha bir məmur oğlu avtomobili ilə uşağı vurdu


Masallıda avtomobil yolu keçmək istəyən 11 yaşlı uşağı vurub.

Altun.az apa-ya istinadən xəbər verir ki, Masallıda parklardan birinin qarşısında qeydə alınıb. Masallı sakini 2006-cı il təvəllüdlü Ziya Anar oğlu Gülverdiyev yolu keçmək istəyərkən onu “Mitsubishi” markalı avtomobil vurub.

Yaralı dərhal Masallı rayon mərkəzi xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Fakt araşdırılır.

Masallı Rayon Yol Polisi Şöbəsinin rəisi İkram Məmmədov, hadisəni törədən sürücünün Masallı Dövlət Arxiv İdarəsinin rəisi Daşqın Nəzərovun oğlu olduğunu bildirib.
loading...