Bugün:

DİQQƏT! - Çimərliklərdəki ölümlərin bir nömrəli SƏBƏBİ - FOTO

31 iy 2017, 22:25, altun
    Oxunub: 76
DİQQƏT! - Çimərliklərdəki ölümlərin bir nömrəli SƏBƏBİ - FOTO


"Evə ikigünlük gəlmişdim. Qardaşım israrla dedi ki, gedək dənizə. Etiraz etdim ki, bu küləkdə nə dəniz, başqa vaxt gedərik. Əl çəkmədi, məcbur qalıb, getdim. Elə suya təzəcə baş vurmuşdu ki, gördüm hündür bir dalğa onu görünməz etdi. Gördüm tərpənmədən dalğanın ortasında qalıb. Qorxudan ürəyi partlayıbmış. Çünki meyiti yuyanlar dedilər ki, kürəyi qapqara idi. Mən onu dalğaların arasından güclə çıxartdım. Sahildə yarım saat təcili yardım maşını gözlədik. Ona süni nəfəs verdim, ağzından suyu qaytardı, amma ayılmadı. Heç xəstəxanaya çatdıra bilmədim. Evdən qardaşımı salamat apardım, meyiti ilə qayıtdım. Kaş onun yerinə mən öləydim” – bu sözlər dünən qardaşı Kürdəxanı çimərliyində boğulan teleaparıcı Hüseyn Azərə aiddir. Yaxud dünən baş verən 6 çimərlik faciəsindən yalnız birinin özətidir.
Hər il Fövqəladə Hallar Nazirliyi tərəfindən dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, dənizdə boğulma hallarının qarşısını tamamilə almaq mümkün olmur. FHN çimmək üçün nəzərdə tutulmamış ərazilərdə çimmək, çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək, küləkli havada dənizə girmək, sərxoş halda çimərliyə gəlmək və içkili halda dənizə girməyi qadağan edir.
Ötən gün Bakı çimərliklərində qeydə alınan ölüm statistikası isə qorxuducu oldu: 1 gündə 6 nəfər. Şübhəsiz ki, havanın küləkli olması da ölüm sayına təsir edən amillərdəndir.
Aşağıdakı şəkilə diqqətlə baxın. Çünki bu məlumatın bilinməsi və yayılması vacibdir.
Şəkildə oxlarla işarələnən yerə diqqət yetirin. Göründüyü kimi iki tərəfdə də dalğa olmasına baxmayaraq, orta boşdur. Buna tərs axın deyirlər və bu axına düşmək həyatı təhlükə daşıyır, ölümlə nəticələnə bilər. Ölənlər də adətən, dənizə girib bu axına düşür, ya da damar tutulması nəticəsində hərəkətsiz qaldığı üçün batırlar.
Belə bir mənzərə ilə qarşılaşsanız, həmin yerdən kənar üzün, yox səhvən tərs axına düşsəniz, sahilə paralel üzərək oradan çıxın.
loading...