Impera

XƏBƏR LENTİ
12:32Qadjetlər uşaqları "məhv" edir-Araşdırma12:19Ziya Məmmədovun gətirdiyi avtobuslar hərraca çıxarıldı12:16Direktor arvadını 5-ci mərtəbədən atdı-BP20:59Meydən "Breksit"lə bağlı yeni xəbər18:02Bakının bu ərazilərində 2 gün su olmayacaq17:56Azersun Holding MMC-nin sahibi səhmlərini məmurlara satacaq - Gözəl: "...bəddua edəcəklər"16:07Yer Tehranı ildə 25 sm "udur"--SOS16:00Maralla Kamal mahalları bölüşə bilmədi--Türkiyə14:38Sabiq nazir ölümdən döndü14:30Ermənistanda qərbyönümlü qüvvələr hakimiyyətə gəldi.14:04Qubada itkin düşən bu tələbə oğlan axtarılır - DİN12:33Fransız “Sarı jiletlilər”i 25 bəndlik tələbdən ibarət manifestini yayımlayıb12:21Ermənistan parlamentini bu cür formalaşdıracaq12:13Yapon iqtisadiyyatı tənəzzüldə12:06Masallıda evin qarajında qaz sızması: ölən var - Rəsmi19:5213 nəfər diri-diri yandı--CAR19:48Gənclər gələcəklərini kiçik şəhərlərdə qursalar, daha xoşbəxt yaşayarlar- Türk tarixçi İlbər Ortaylı19:41Talibandan növbəti hücum: 8 hərbçi öldü...17:39Məmurları daşıyan helikopter qəzaya uğradı: 7 ölü17:15Fransızlardan Trampa sərt xəbərdarlıq: Burnunu soxma!..17:07Qırğız əsilli idmançı postsovet ölkələri arasında ilk dəfə UFC çempionu olub - VİDEO16:53Putinlə bizim görüşümüz keçiriləcək – Netanyahu açıqladı16:49Makron “Sarı jiletlilər”dən üzr istəməklə qalib gəldi12:17İran hər an vurula bilər-Avropa kəşfiyyatı zəmin hazırlayır11:42Tereza Mey “Brexit” sazişi üzrə səsverməni təxirə sala bilər11:37Tacikistanda dördəm uşaqlar doğulub11:33Nə Rusiya, nə ABŞ, nə də Çin..- Ukrayna da nüvə təhdidinə başladı11:27Bakıda ağır avtoqəzada qadın sərnişin öldü09:45İran və Türkiyə illərdir terrorizm problemi ilə qarşı-qarşıyadır--Ruhani09:40Dövlət Komissiyası ziddiyyətli məlumat yayıb – Son məlumat09:08Amerika Avropanı diri-diri udmağa hazırlaşır-«Fransızlar məni istəyir» - Tramp08:58Azərbaycanlı iş adamı Rusiyada həbs edildi08:40Heydər Əliyev atasının Putinlə birgə şəklini paylaşıb -FOTO18:34Brüsseldə də "sarı jiletlər" ayağa qalxdı-Yüzlərlə həbs olunanlar var18:27OPEK+ Rusiyaya zərər verəcək - Kudrin17:56Böyük vəsaitlərə salınan yollar tez bir zamanda sıradan çıxır-Ə.Amaşov17:46MKİ məxfi əməliyyatlarına rəhbərlik Rusiya qrupunun rəhbərinə tapşırıldı17:31Rusiyaya qarşı Almaniya ABŞ-la birlik yaradır: Avropanı qorumaq üçün...13:04Avropa Ermənistan vasitəsilə Rusiyanı da maliyyələşdirir – Sərdar Cəlaloğlu12:28Mavi ekranlardan dilimizi korlayan aparıcıların adları açıqlandı - Siyahı12:17Gəncədə ərə qarşı qadın zorakılığı qeydə alınıb- bıçaqlanma12:13Tramp Tillersonun simasında daha bir rəqib qazanır: Kütbeyin, tənbəl...12:08Putinin ətrafındakı 6 oliqarxa Britaniyadan qadağa başladıldı18:59Ordu paytaxta yeridildi18:55Hamilə keçini zorlayan 22 yaşlı gənc 15 illiyinə azadlıqdan məhrum edildi18:35Vəkillər Kollegiyası sədrini yenidən təsdiq etdi – Nəticə18:26Eks prezident həbs olunur -Video18:17Kürdəmirdə ağır yol qəzasında bir nəfər öldü...17:46DTX-dən vətəndaşlara xəbərdarlıq etdi - Bilə-bilə...20:50Keçi sahibinin 20 min avrosunu yeyib, özünü də ömürlük bir nöqtəyə baxmağa məhkum edib20:38DİQQƏT!--Bu marşrut xətləri birləşdirildi20:30Lukaşenko "xoruz"lanmaq istədi, Putin "xoruz"unu qoltuğuna verdi--Aİİ sammitdə20:21Ruslar Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin hərbi sənaye müəssisələrində nəzarəti həyata keçirib-Nədən?18:50Dünya yeni bir qütbləşmə və silahlanma yarışının astanasındadır--Qorbaçov18:33İlham Əliyev Putin və Paşinyanla yan-yana şəkil çəkdirdi- Düşmənlərin acığına17:37Rusiya Ukraynada məğlub olacaq - Xerbst17:31Trafik canavarı daha bir can aldı17:25Putindən siyasi suverenliklərindən məhrum etdiyi müttəfiqlərinə çağırış: İqtisadi suverenliyinizi artırın16:5125 ildən sonra münaqişənin adı dəyişdi: "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi" --İrəliləyiş16:43AZAL 2 gün "Atatürk"ə uçmayacaq - Səbəb15:55Qırmızı vərəqə alan futbolçu geri çağırıldı və oyuna davam etdi15:46Rusiya ABŞ-ın provokasiyalarını cavabsız qoymayacaq--Admiral Vladimir Komoyedov15:33Avtovağzalda “Şəbəkə” xidmət mərkəzi istifadəyə verildi - Foto15:26Rusiya bu savaşda 100 milyard dollar itirib--Medvedyev15:21ATƏT Qarabağın ermənilərdə qalmasında israrlıdır10:05Onlar deyirlər ki, biz bunu etməməliyik--Paşinyanın gizli danışığı yayıldı09:58Bakıda daha bir təmizlik işçisi maşınla vuruldu09:55Rusiyadan “Bal-E” raket sistemlərinin alınması kimi niyyətimiz də olmayıb - MN09:32Vəliəhd ABŞ-ı savaşa sövq edə bilər - Senatordan xəbərdarlıq09:29Rusiyadan erməniləri müdafiə etməsi ilə bağlı daha bir etiraf-- Biz gedə bilərik...14:56Mən güc yolunun tərəfdarı deyiləm - Dodon14:52İrəvan iş görüb, Bakı Rusiya XİN-ə İrəvanla bağlı etiraz edib...14:42Qubalı qadın internetdə tanış olduğu sabirabadlı "sevgili"sini Qusarda güllələtdi14:30Prezident iqamətgahını arvadına verdi--Olay13:17Sabah intensiv yağış, qar olacaq... - Xəbərdarlıq20:38Heydər Oğuzdan Mirşahinə tərs şapalaq-- Sayqı görmək istəyirsinizsə...20:15Putin, Ərdoğan, Makron və Merkel--- Görüş yeri...20:09NATO-dan Rusiya və İrana çağırış...17:25Sürücülərin nəzərinə: bu yolda hərəkət məhdudlaşdırılır16:22Koza Nostra mafiyasının 80 yaşlı lideri ələ keçirildi16:18Milanda XİN başçılarının görüşü artıq vəsait itkisidir, nəticə sıfra bərabərdir--Y.Mixaylov16:08DTX-nin saxta hesabındakı üzvlərin sayı rəsmi hesabındakından artıqdır13:31Rus dilini ikinci dil kimi qəbul edin, heç bir problem olmayacaq -- Putindən Paşinyana təklif13:19Azərbaycan diasporasının bərqərar olmamasının səbəbi məlum oldu09:59Müasirləşmənin yeni qurbanları -- Sumqayıtda 15 qazi işindən olub09:44Sabah bizim olduqca vacib görüşümüz olacaq--Prezident Rusiyaya getdi20:29Ankarada partlayış: yaralılar var17:33Ankaranın əlində kompromat var-- Politoloq17:15Növbəti kütləvi zəhərlənmə - AQTA-dan xəbərdarlıq17:02Biz bu adminstrasiya ilə ortaq heç nə istəmirik--Mahmud Abbas16:55Ukraynalılar kütləvi surətdə ölkəni tərk edir--Timoşenko09:30Polşa da rus qazından asılılıqdan qurtuldu--N-TV09:25İngilis əsgərləri Ukraynada miqyaslı hərbi fəaliyyətə başladı--Rusiyadan reaksiya09:16Kələm yeyin, faydasını görün...09:10Bu, sizin üçün pis fondur--İrəvana xəbərdarlıq09:05ABŞ Rusiyaya sanksiyaların ikinci hissəsini tətbiq edərsə...19:04Rusiya və Yaponiya razılaşdı - Moskva nəzarətində olan 4 adadan 2-ni Yaponiyaya qaytaracaq18:55Bu, çox təhlükəli bir oyundur - Rusiya ABŞ-a xəbərdarlıq etdi18:21Elə komandalar var ki..- Qurban Qurbanov18:16Erməni saxtakarlığı İsraili qarışdırdı: Həbslər var
BÜTÜN XƏBƏRLƏR

«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Seriallarda gördükləri sevgini axtaran, evdən qaçan azərbaycanlı qadınlar

30 iy 2017, 08:23   
Seriallarda gördükləri sevgini axtaran, evdən qaçan azərbaycanlı qadınlar

...Bakının Xəzər rayonunda ana 3 yaşlı oğlu ilə birgə itkin düşüb. Qaradağ rayonunda isə 15 yaşlı qız evdən çıxaraq geri qayıtmayıb...

İnformasiya lentlərində quru xəbər formasında verilən, əslində isə hər birinin arxasında ailə münaqişəsi, ailə faciəsi dayanan bu kimi məlumatlara son vaxtlar tez-tez rast gəlirik. Bəzən itkin kimi axtarışa verilənlərin fiziki, mənəvi zorakılıqdan bezdiyi, münaqişələrdən baş götürüb qaçdığı bəlli olur. Əksər hallarda isə onların sorağı sonradan xarici ölkələrdən eşidilir.

Bəs ananın körpə uşaqlarını ataraq evdən getməsini, yaxud azyaşlının evdən qaçmasını bir ailənin məsələsi hesab edərək, üstündən keçmək olarmi? Sosial münasibətlərin kəskinləşdiyi bir dövrdə azyaşlı qızları, qadınları insan alverçilərinin, dini qrupların təsirindən necə qorumaq olar?

Altun.az virtualaz.org-a istinadən bildirir ki, qadınların evdən getməsinin səbəblərini araşdırmaqla diqqəti bu problemə yönəltməyə çalışdıq. Çünki belə hadisələrdən biri də bu günlərdə Sumqayıtda qeydə alınıb - ana 3 azyaşlı övladını ataraq evdən gedib, maddi imkanı olmasa da, az sonra sorağı Türkiyədən gəlib.

Təkcə ötən həftə itkin kimi 5 qadın axtarışa verilib. Bu hələ mətbuata məlum olan faktlardır. Abşeron rayon sakini olan 2000-ci il təvəllüdlü Məcnunova Həqiqət Elton qızı və onun 15 yaşlı bacısı Aytəkin bü günlərdə səhər saatlarında paytaxt ərazisində itkin düşüblər.

Binəqədi rayonu, 8 Mart küçəsində yaşayan 1997-ci il təvəllüdlü Zeynizadə Nuray Cəlal qızının və Qaradağ rayonu Ümid qəsəbəsində yaşayan Əliyeva Məlahət Şahin qızının valideynləri onların övladlarının itkin düşməsi ilə bağlı polisə müraciət edib.

3 yaşlı övladı ilə itkin düşən qadının isə həyat yoldaşı ilə problemlərinin olduğu deyilir.

Mətbuatın yalnız son bir ildə itkinlərlə bağlı elan və xəbərlərini bir yerə cəmləyəndə ortaya çıxan statistika vəziyyətin təhlükəli həddə çatdığını söyləməyə əsas verir. Onların bir neçəsinə nəzər salaq:

Salyan rayonu, Alçalı kənd sakini, 1967-ci il təvəllüdlü Məhbubə Məhəmməd qızı Quliyeva evdən çıxıaraq geri qayıtmayıb. Qadının intihar etdiyi ehtimal edilib.

Xətai rayonu, 37-ci Polis Bölməsinə müraciət edən 39 yaşlı Ürfan Maqsudov həyat yoldaşı və iki azyaşlı övladının itkin düşdüyünü bildirib. Onun sözlərinə görə, yoldaşı gecə saatlarında evdən gedib.

Şirvanda 17 yaşlı Aytac Zahidova və qardaşının nişanlısı, 18 yaşlı Əfsanə Quliyeva mayın 26-da evdən çıxaraq geri qayıtmayıblar. Aytacın anası Flora Şirinovanın sözlərinə görə, gəlini bir müddət əvvəl valideynlərindən bezdiyini deyib. Gəlin və baldız sonradan tapılıb.

Bərdədə 16 yaşlı qız, Bakıda 34 yaşlı qadın itkin düşüb. Mayda mətbuat baldız və gəlinin birgə evdən qaçdığını yazmışdı.

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova deyir ki, sığınacağa yerləşdirilən qadınların əksəriyyəti həyat yoldaşı və ya yaxınlarına xəbər vermədən gəlir. Onların 80-90 faizi mütəmadi zorakılıqla üzləşənlərdir.

"Ər arvadını axtarırı, arvad isə Türkiyədədir"

Hüquq müdafiəçisinin sözlərinə görə, sığınacağa müraciət edənlərlə bağlı hüquq-mühafizə orqanları məlumatlandırılır. Bəzilərinin həyatına təhlükə olduğundan sığınacaqda olduğuna dair yaxınlarına məlumat verilmir.

Amma bəzən itkin kimi axtarışda olanların ölkəni tərk etdiyi də məlum olur. Məsələn, Sumqayıtda ana 3 azyaşlı övladını ataraq evdən qaçıb. Onun Türkiyədə olduğu ehtimal edilir. "Həyat yoldaşı deyir ki, qadının sosial şəbəkədə Türkiyə vətəndaşı ilə yazışmalarını oxuyub. Türkiyə vətəndaşı ona yardım edəcəyini vəd edib. Uşaqları xəstə olduğundan, qadın yardım vədinə inanaraq evdən gedib, görünür, uşaqların xəstə olmasından istifadə ediblər".

Qadının pulu olmadığı halda Türkiyəyə səfər etməsi onun insan alverçilərinin toruna düşmə ehtimalını artırır.

M.Zeynalova deyir ki, ailə zorakılığına məruz qalan və ya digər problemləri olan qadınlar insan alverçiləri və ya dini qruplaşmaların təsirinə tez düşürlər.

Seriallardakı "sevgi"ni axtaranlar

Bəzən isə qadın seriallarda gördüyü, həsəd apardığı romantik sevgi münasibətlərini reallıqda yaşamaq istəyir. Məsələn, Türkiyənin "Qaçaq gəlinlər" serialı yayımlanandan sonra bir neçə yeniyetmə evdən qaçmışdı, onlardan üçünün yaxın zamanlarda toyu olacaqdı.

M.Zeynalova deyir ki, sosial şəbəkələrin təsiri də böyükdür. "Bəzi qadınlar məcburi, və ya erkən nikahın qurbanı olduqdan sonra hansısa serialın, filmin təsirindən eşq macərası axtarır. Müşahidələr göstərir ki, sosial şəbəkələr də ciddi təsirə malikdir. Sosial şəbəkələrdə qadının hansısa statusunu oxuyub onu tələyə salanlar var. Təəssüf ki, çox zaman əksər qadınlar işləyərək ayaq üstə daayanmağı deyil, kişiyə sığınaraq onun hesabına yaşamağı üstün tuturlar", - Zeynalova deyir.

Təkliflər...

Mehriban Zeynalovanın fikrincə, mənəvi və psixoloji təzyiqlər də cinayətlərin siyahısına əlavə edilməlidir. Çünki mental və milli dəyərlərin dirçəldilməsi üçün bu vacibdir.

Psixoloq Solmaz Məmmədovanın fikrincə isə, macəra axtaranlar, evdən kənarda həyatın gözəl olduğunu düşünərək evdən qaçanlar, sosial şəbəkələrdə aldadılanlar zorakılıqla üzləşənlərdir. "Müraciət edənlərdən biri iki dəfə evdən qaçmağa cəhd etmişdi, amma hər dəfə geri qaytarmışdılar. Qadın 17 yaşında ərə verilib, həyat yoldaşı Rusiyada yaşayır, ildə bir neçə dəfə Bakıya gəlir. Daim qaynatası, qaynı, qaynanasının zorakılığı ilə üzləşib, "Facebook"da tanış olduğu birini sevib. Həmin şəxsin evil olduğunu, bununla əyləncə üçün vaxt keçirdiyini biləndən sonra sirkə turşusu içərək özünü öldürməyə cəhd etmişdi. Ailənin yardımı ilə psixoloji yardım aldı".



Psixoloq deyir ki, yalnız fiziki zorakılıq deyil, iqtisadi asılılıq, mənəvi və psixoloji zorakılıq da qadınların evi tərk etməsinə səbəb olur. Qadınlar çıxış yolunu evdən qaçmaqda görür. Amma bəzən də əksinə olur. "Təəssüf ki, serialın, virtual aləmin təsiri ailələrə çox təsir edir. Ərindən ayrılmaq istəyən qadınla söhbət zamanı türk aktyoruna aşiq olduğunu dedi. Həyat yoldaşından onun kimi davranmasını tələb edirdi. Ailənin dağılmaması üçün hər ikisi ilə söhbət etdik, amma yenə də qadın ərini və uşağını ataraq başqasına qoşulub qaçdı".

S.Məmmədovanı fikrincə, məişət zorakılığı ilə bağlı zəif də olsa təbliğat gedir. Virtual aləmdən gələn təhlükələr isə getdikcə artır, amma təəssüf ki, bu barədə təbliğat, maarifləndirmə yoxdur. "Hamı problemi görür, lakin heç kim tədbirlər haqqında düşünmür. Bizə müraciət edənlər arasında 11-18 yaşlı qızlar var ki, onlar ailəsindən kənarda, sərbəst yaşamaq istəyirlər. Bu problem yalnız bir ailənin məsələsi deyil, valideynlərə çıxış yolunu göstərmək lazımdır".

Psixoloq təcrübəsində qarşılaşdığı daha bir hadisəni danışır və valideynlərin məsuliyyətli olmasını tövsiyə edir. "16 yaşlı qız evdən qaçıb, anası ilə problemləri var. Ana gecə saat 12-dək qızının evdə olmadığını hiss etməyib. Ata müraciət edərək qızı ilə həyat yoldaşı arasında problemin həllinə kömək istəyir. Ana deyir ki, o birinci mərtəbədəki otağında dincəlib, qızının dördüncü mərtəbədəki otağında əyləndiyini güman edib. Evdəki çalışanlar da qızın evdə olmadığını söyləməyiblər. Yalnız ata evə qayıdıb qızın otağına baxdığında onun evdə olmadığını öyrənib. Qız valideynlərinin soyuq münasibətindən onlarla birgə yaşamaq istəmir. Ailənin maddi imkanı yaxşıdır, amma valideynlərin uşaqlarına vaxt ayırmaması qızın kənarda maraqlı həyat axtarışına çıxmasına səbəb olub. Nəticədə, azyaşlı spirtli içki qəbul etməyə başlayıb".

Təəssüf ki, belə hadisələr çoxdur. Səbəbdən asılı olmayaraq problem ailədən başlayır, amma bir ailənin problemi olaraq qalmır, cəmiyyətin bəlasına çevrilir.
OXŞAR MÖVZULAR