Impera

XƏBƏR LENTİ
16:11Qarabağ Azərbaycandır! Siz anlamalısınız ki... - Saakaşvili15:59Hücumlar dayanmasa...- M.Çavuşoğlu15:47Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:42Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:25Rusiya və Türkiyə qarşı-qarşıya gəldi-Suriya üzərində insident23:18Gücləri birləşdirmədən... - Putin Makronu dəstəklədi23:0723 yaşlı gənc çayda boğuldu - 11 gün idi ki, ailə qurmuşdu...12:05Bakıda ağır qəza: 8 yaşlı uşaq öldü11:44Əgər Tramp yenidən seçilsə... - Vedrin14:05Hər iki ölkə münasibətlərə mənfi təsir edəcək addımlar atacaq - Çavuşoğlu13:57Sabiq prezident Atambayevin arvadına da cinayət işi açıldı-etmə, edərlər...13:49Zakir Həsənov Moskvaya - tamaşaya gedəcək15:23Baş verənlər islam dünyasını radikallaşdıracaq - Müsəlmanlara qarşı növbəti soyqırım...15:15"TÜRK QOŞUNLARI AZƏRBAYCANA GƏLMƏLİDİR" - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU00:33Dili ağzına ağırlıq edən Vidadi, Qabil və s. kimilərə... - Müəllim nəvəsindən CAVAB - VİDEO18:47Paşinyanın çıxışı ilə bağlı etiraz bəyanatı yayıldı - Foto17:46Nə edək, Cənablar?...15:48Atambayevin evinə hücum zamanı əsir götürülən xüsusi təyinatlıların ilk görüntüsü - VİDEO15:38Rusiyada hərbi hissələr partladılır: bu dəfə 2 ölü, 15 yaralı15:31800 milyonluq helikopter...11:28Nabranda batan uşağın meyiti Rusiyada tapıldı10:27Prezident Təhlükəsizlik Şurasını toplayır10:17Xüsusi təyinatlı vuruldu10:11Lerik rayonunda zəlzələ olub.10:03Sumqayıt yolunda iki avtobus toqquşdu: yaralananlar var - FOTO23:48İŞİD əmri Türkiyədə yaxalandı - Foto01:18"Ermənilərin hamısına düşmən kimi baxmayaq..." - Deputat15:24Ərindən boşanan iki uşaq anası özünü səkkizinci mərtəbədən atdı10:50Salyanda yol qəzası - 4 nəfər yaralandı09:43Ərəb koalisiyasının ABŞ-a 299 milyon borcu var - Rebariç16:47Aprelin 26-na MANATIN MƏZƏNNƏSİ12:33Putin Ukraynadakı seçkilərdən danışdı09:59Salyanda ağır yol qəzasında sürücü həyatını itirdi09:52ABŞ mayın ikisindən verdiyi imtiyazları tamamilə ləğv edəcək09:45Ukraynanın yeni prezidentindən yeni müharibə anonsu09:39Bakıda bu yollar bağlandı - Siyahı09:32Bu, Poroşenko üçün ağır və biabırçıdı məğlubiyyətdir - Kosaçev11:55Rus S-300-ləri öldü: İsrail bu raketlərə Rusiyanı aldada biləcək vasitə kimi yanaşır - Retçer11:14Rayonlara qar yağır, leysan olacaq - YENİLƏNİB + FOTO11:04Makron PYD/YPG-çi terrorçularla görüşdü10:55Qatar relsdən çıxdı: yaralılar var10:48Son dəqiqə: Sərnişin avtobusu aşdı: 11 ölü, 29 yaralı20:08Makrondan qalmaqallı qərar — 24 apreli erməni soyqırımı günü elan etdi19:59Rəsmi Bakıdan Yaqlanda CAVAB19:57Dünya şöhrətli professor ürəyin bir nömrəli DÜŞMƏNİNİ AÇIQLADI: Ailə...19:54Poroşenko: Zelenski virtual namizəddir19:52Azərbaycanlı Cənubi Koreyada dövlət məmuru oldu09:52Bakıda ev yandı - Yaralananlar var09:45Sudan da prezidentini devirdi...10:53Netanyahu seçkidə cüzi səslə irəlidədir – Rəsmi nəticələr14:15Netanyahu bütün dünyanı xaosa sürükləyir - Ömər Çelik14:08Zaqatala və Qax silkələnir21:32Şirvanda ev yanıb09:21Bizim Rusiyanın alyansı təhdid etdiyi istiqamətində düşüncəmiz var - NATO toplanır09:11İstambulda səsələr yenidən sayılacaq - Qərar16:50Hindistan Pakistan arasında müharibə gedir - Ölənlər var16:44Sərnişin avtobusu mağazaya girdi – Foto11:53Sərkisyan Tərtərin Çardaqlı kəndinə gəldi - Meydan oxudu11:05Biz sizin axmaq olacağınız anı gözləyirik - Ukraynanın məhv planı10:54Hərdən elə olurdu ki, anamın üzünü görmürdüm - 9 universitetin arzuladığı azərbaycanlı10:45"Cavad xan"-ın rejissoru Rövşən Almuradlı dayanacaqda keçindi10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video09:22Əxlaqsız videoların yayılması təsadüfi deyil: evimizin altında 12 əxlaqsızlıq yuvası var – Politoloq09:04Hər gün şəhid qanı bunlara görəmi axıdırıq?.. Kimin qeyrəti varsa...- Flora Kərimova21:12Bəzi qüvvələr müstəqilliyi demokratiyaya qurban verməyə hazırdır - Sərdar Cəlaloğlu18:55İspaniyada azərbaycanlılar ermənilərə etiraz etdi - Təxribat18:37Azərbaycanda terrorbaşı Öcalan gündəmə gətirilir? - 30 il sonra17:56Rusiya HDD Xəzərdə genişmiqyaslı əməliyyata başlayır17:47Əxlaqsızlığı təbliğ edən videonu yayanlar 2 il müddətinə həbs edilə bilər12:27Bu gündən sosial müavinətlər artırılır - ƏƏSMN12:18Ukraynada seçki ikinci tura keçə bilər - MSK11:57Yunanıstan Xİ naziri Kolumbiya Universitetində mühazirə oxuyacaq11:44CHP-li Əkrəm İmamoğlu İstanbulda AKP-li Binəli Yıldırımı yendi - YSQ11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:24Rus milyarder Almaniyada təyyarə qəzasında həlak oldu - Video20:54İcra başçısının maşını da "başçıdır": Qırmızıda keçməkdə - Video20:45Paytaxtın bu hissəsində su olmayacaq - Azərsu ASC20:40Türkiyə Silahlı Qüvvələri Suriya ilə sərhəddi bərkidir20:36Türkiyədə ilkin nəticələr açıqlanır15:17“Diqlas”dakı sahibkarlara 8.5 milyon manatlıq güzəştli kredit təklif edildi15:07Seçki məntəqəsində dava olub - Ukraynada...12:51Taliban Əfqanıstan ordusunun silah-sursatını ələ keçirdi12:46Venesuela da Azərbaycan kimi növbəti dəfə...– Rəsmi açıqlama18:38Bakıda əcnəbini qarət edən qrup ələ keçirildi18:28Allahşükür Paşazadə Ramzan Kadırovla görüşüb - FOTO18:03ABŞ Britaniyanı da çökdürməkdə qərarlıdır: Breksiti gözləyirik... - Con Bolton17:52ABŞ Tiflisin Rusiya ilə sərhəddə yeni kazino tikməsindən narahatlığını bildirdi - Bu...17:41Azərbaycanlıların qanlı 31 mart soyqırımı ilə bağlı...- Bəyanat15:47Məxfi əlaqə sistemlərini türk həmkarlarımız quraşdırıb - Poroşenko14:04Əliyev-Paşinyan görüşünün nəticələri... - PA rəsmisi açıqladı13:55Narkotik ticarətçisi saxlanıldı - 11,1 kq-lıq malla...13:50Rusiya Orta Asiya respublikalarına xəbərdarlıq etdi: İŞİD gəlir - Rusiya DİN13:43Elçin Quliyev "Qazax" sərhəd xidmətçiləriylə görüşdü - Foto
BÜTÜN XƏBƏRLƏR

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Samuxda baltalanan, saçı qırxılan qadının aqibəti: "Kənddə şaiyə yayıblar ki..."

26 iy 2017, 17:35   
Samuxda baltalanan, saçı qırxılan qadının aqibəti: "Kənddə şaiyə yayıblar ki..."

Xəbər verildiyi kimi bu gün Azərbaycanda rəsmi xronikalarda deyildiyi kimi "ailə-məişət zəminində" daha bir qanlı cinayət hadisəsi baş verib. Xəbər verilirdi ki, Samux rayonunda 2 azyaşlı uşaq anası İlahə Pənahova adlı qadın əvvəlcə əri, qaynanası və qaynatası tərəfindən döyülüb, saçı qırxılıb. İşgəncələrdən xilas olmaq üçün atasının evinə qaçan gəlin orada daha dəhşətli aqibətlə üzləşib. Atası ona balta zərbəsi endirib, anası isə yayılan xəbərlərdə deyildiyi kimi, qızına "gəmiricilərin məhv edilməsi üçün nəzərdə tutulan zəhərli maddəni" zorla içirib.

İddia olunurdu ki, həmin qadını evdə başqa kişi ilə tutublar və bütün bu linç olayı da həmin xəyanət əməlinə görə baş verib.

Altun.az virtualaz.org-a istinadən bildirir ki, Samux rayon Polis Şöbəsinin rəisi ilə telefon əlaqəsi saxladıq, rəis bizi idarənin növbətçi hissəsinə yönəltdi. İdarənin növbətçi hissəsindən isə bildirdilər ki, hadisə ilə bağlı bir nəfər saxlanılıb, faktı polis yox, Samux rayon prokurorluğu araşdırır. Samux rayon prokurorluğundan isə bildirdilər ki, hadisə "ailə-məişət zəminində" baş verib, qadına xəsarət yetirməkdə şübhəli bilinən atası, 1955-ci il təvəllüdlü Famil Məhərrəmov saxlanılıb. "Hazırda istintaq gedir, şahidlər dindirilir"-prokurorluq bildirib.

Hadisənin baş verdiyi Ziyadlı kəndinin sakinləri isə bildirdilər ki, mətbuatda bu hadisə ilə bağlı yayılan xəbərlərin çoxu yalandır. "Qadının 2 azyaşlı uşağı var, kənddə şaiyə yayılıb ki, o, başqa kişi ilə münasibətdə olub. Bu şaiyələrə görə onun ailəsində söz-söhbət yaranıb, qadının əri onun atasını evə çağırıb. Atası da qızına ər evində balta ilə xəsarət yetirib. Ərinin guya onu evdə başqa kişi ilə tutması, anasının ona zəhər içirtməsi haqda deyilənlər yalandır. Habelə qadının ərinin guya arvadı ilə evdə tutduğu kişini bıçaqlaması haqda deyilənlər uydurmadır, belə şey olmayıb. Bir daha təkrar edirəm ki, hadisə şaiyələrə görə baş verib, kənddə kimlərsə söz-söhbət yayıb ki, qadın nəsə axmaq iş tutub"-kənddə məsul işdə çalışan sakin adının çəkilməməsi şərti ilə bildirib.

Yaralı qadın Gəncə şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Gəncə şəhər Təcili Tibbi Yardımın baş həkimi Azad Quliyev virtualaz.org-a bildirib ki, yaralının vəziyyəti orta-ağırdır, həyatı üçün təhlükə yoxdur. "Başında 4-12 sm ölçüdə çapıq yarası , boynunda qançır izləri var, habelə qolundan yara alıb"-baş həkim bildirib. Qadının əri və qaynanası tərəfindən döyülərkən saçının qırxıldığı haqda məlumatla bağlı isə Azad Quliyev açıqlama vermək istəmədi, bildirdi ki, bu barədə prokurorluğun icazəsi olmadan danışa bilməz.

Baş həkim qadının orqanizmində zəhərli maddə izlərinə də rast gəlinmədiyini dedi: "Deyirlər ki, sirkə turşusu içib, ancaq qan və sidik analizlərində bu maddənin izinə rast gəlinmədi".

Dəqiqləşdirdik ki, qadının döyülməsi və linç edilməsi ilə bağlı hələlik onun əri, qaynanası və qaynatası məsuliyyətə cəlb edilməyib, lakin istintaqın gedişindən asılı olaraq vəziyyət dəyişə bilər.

Qayınanası və əri tərəfindən döyülüb, saçı qırxıldığı, daha sonra atası tərəfindən döyüldüyü iddia edilən Samux rayonu Ziyadlı kənd sakini 1988-ci il təvəllüdlü P.İ. sığınacağa yerləşdirilə bilər.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə Təmiz Dünya Qadınlara yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat verib.

"Samux rayon polis rəisinin müavini ilə danışdım, qayınanagil tərəfdən gəlinin başının qırxılması məsələsini təkzib etdilər. Hazırda Gəncə Şəhər Təcili və Təxirəsalınmaz Yardım xəstəxanasının olan zərərçəkmişlə danışdım. Vəziyyəti normaldır. Xəstəxanadan sonra arzu etsə, sığınacağa daxil olacaq. Səhiyyə Naizrliyi operativ əlaqələndirdi minnətdaram", - deyə M.Zeynalova bildirib.

M.Zeynalova yalnız qadının özü ilə görüşdükdən sonra məsələ barədə dəqiq fikir bildirməyin mümkün olduğunu dedi.

Qayınanası və əri tərəfindən döyülüb, saçı qırxıldığı, daha sonra atası tərəfindən döyüldüyü iddia edilən Samux rayonu Ziyadlı kənd sakini 1988-ci il təvəllüdlü P.İ. ilə bağlı cinayət işi açılıb.

Bu barədə Samux rayon Prokurorluğundan məlumat verilib.

Prokurorluqdan bildirilib ki, hazırda şübhəli şəxs kimi onun atası saxlanılıb. Atasının ifadəsi alınacaq, daha sonra qadının həyat yoldaşı və hadisəni törətməkdə şübhəli hesab edilən digər şəxslər də dindiriləcək.

Prokurorluqdan bildirilib ki, P.İ. hazırda xəstəxanada reanimasiya şöbəsində olduğundan o, ifadə verməyib.

Samux rayonu Ziyadlı kənd sakini 1988-ci il təvəllüdlü P.İ.-nin qaynanası və yoldaşı tərəfindən döyülməsi və intihara cəhd etməsinin təfərrüatı məlum olub.

Kənd sakinlərinin verdiyi məlumata görə, hadisə ilə bağlı müxtəlif şayiələr var:

"Onun saçının qaynanası tərəfindən kəsilməsi yanlış məlumatdır. Normal ailədirlər, bu vaxta qədər heç bir münaqişə, problemlərini eşitməmişik. Gənc ailədir, sevib evləniblər, iki azyaşlı uşaqları var. Özü evdar qadındır, yoldaşı Gəncədə işləyir. Deyilənə görə, bir neçə gün əvvəl aralarında münaqişə olub. Qayınatası rəhmətə gedib, qayınanası onlarla birlikdə yaşayır. Yəqin ki, işə o da qarışıb. Sonra qadın uşaqlarını qoyub, atası evinə gedib".

Sakinlər deyir ki, elə hadisə də atası evində baş verib: "O, intihar etməyib. Deyilənə görə, ərinə xəyanət edib, buna görə də atası vurub. Ərinin, qayınanasının ifadəsini almaq üçün rayon mərkəzinə apardılar".

Hazırda qadın Gəncə Şəhər Təcili və Təxirəsalınmaz Yardım xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxananın baş həkimi Azad Quliyevqadının vəziyyətinin orta ağır olduğunu deyib: "Qadın dediyinə görə, esense içib, intihara cəhd edib. Lakin aparılmış toksikoloji müayinələr nəticəsində qanında və sidiyində zəhərlənmə əlaməti aşkar edilməyib. Onun başında, boğazında travmalar, sol əlində kəsiklər var. Dediyinə görə, özü intihara cəhd edib, qolunu kəsib. O bildirib ki, ailə münaqişəsi zəminində mübahisə olub, yaralanmaları də bu hadisə nəticəsində olub".