Impera

XƏBƏR LENTİ
16:11Qarabağ Azərbaycandır! Siz anlamalısınız ki... - Saakaşvili15:59Hücumlar dayanmasa...- M.Çavuşoğlu15:47Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:42Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:25Rusiya və Türkiyə qarşı-qarşıya gəldi-Suriya üzərində insident23:18Gücləri birləşdirmədən... - Putin Makronu dəstəklədi23:0723 yaşlı gənc çayda boğuldu - 11 gün idi ki, ailə qurmuşdu...12:05Bakıda ağır qəza: 8 yaşlı uşaq öldü11:44Əgər Tramp yenidən seçilsə... - Vedrin14:05Hər iki ölkə münasibətlərə mənfi təsir edəcək addımlar atacaq - Çavuşoğlu13:57Sabiq prezident Atambayevin arvadına da cinayət işi açıldı-etmə, edərlər...13:49Zakir Həsənov Moskvaya - tamaşaya gedəcək15:23Baş verənlər islam dünyasını radikallaşdıracaq - Müsəlmanlara qarşı növbəti soyqırım...15:15"TÜRK QOŞUNLARI AZƏRBAYCANA GƏLMƏLİDİR" - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU00:33Dili ağzına ağırlıq edən Vidadi, Qabil və s. kimilərə... - Müəllim nəvəsindən CAVAB - VİDEO18:47Paşinyanın çıxışı ilə bağlı etiraz bəyanatı yayıldı - Foto17:46Nə edək, Cənablar?...15:48Atambayevin evinə hücum zamanı əsir götürülən xüsusi təyinatlıların ilk görüntüsü - VİDEO15:38Rusiyada hərbi hissələr partladılır: bu dəfə 2 ölü, 15 yaralı15:31800 milyonluq helikopter...11:28Nabranda batan uşağın meyiti Rusiyada tapıldı10:27Prezident Təhlükəsizlik Şurasını toplayır10:17Xüsusi təyinatlı vuruldu10:11Lerik rayonunda zəlzələ olub.10:03Sumqayıt yolunda iki avtobus toqquşdu: yaralananlar var - FOTO23:48İŞİD əmri Türkiyədə yaxalandı - Foto01:18"Ermənilərin hamısına düşmən kimi baxmayaq..." - Deputat15:24Ərindən boşanan iki uşaq anası özünü səkkizinci mərtəbədən atdı10:50Salyanda yol qəzası - 4 nəfər yaralandı09:43Ərəb koalisiyasının ABŞ-a 299 milyon borcu var - Rebariç16:47Aprelin 26-na MANATIN MƏZƏNNƏSİ12:33Putin Ukraynadakı seçkilərdən danışdı09:59Salyanda ağır yol qəzasında sürücü həyatını itirdi09:52ABŞ mayın ikisindən verdiyi imtiyazları tamamilə ləğv edəcək09:45Ukraynanın yeni prezidentindən yeni müharibə anonsu09:39Bakıda bu yollar bağlandı - Siyahı09:32Bu, Poroşenko üçün ağır və biabırçıdı məğlubiyyətdir - Kosaçev11:55Rus S-300-ləri öldü: İsrail bu raketlərə Rusiyanı aldada biləcək vasitə kimi yanaşır - Retçer11:14Rayonlara qar yağır, leysan olacaq - YENİLƏNİB + FOTO11:04Makron PYD/YPG-çi terrorçularla görüşdü10:55Qatar relsdən çıxdı: yaralılar var10:48Son dəqiqə: Sərnişin avtobusu aşdı: 11 ölü, 29 yaralı20:08Makrondan qalmaqallı qərar — 24 apreli erməni soyqırımı günü elan etdi19:59Rəsmi Bakıdan Yaqlanda CAVAB19:57Dünya şöhrətli professor ürəyin bir nömrəli DÜŞMƏNİNİ AÇIQLADI: Ailə...19:54Poroşenko: Zelenski virtual namizəddir19:52Azərbaycanlı Cənubi Koreyada dövlət məmuru oldu09:52Bakıda ev yandı - Yaralananlar var09:45Sudan da prezidentini devirdi...10:53Netanyahu seçkidə cüzi səslə irəlidədir – Rəsmi nəticələr14:15Netanyahu bütün dünyanı xaosa sürükləyir - Ömər Çelik14:08Zaqatala və Qax silkələnir21:32Şirvanda ev yanıb09:21Bizim Rusiyanın alyansı təhdid etdiyi istiqamətində düşüncəmiz var - NATO toplanır09:11İstambulda səsələr yenidən sayılacaq - Qərar16:50Hindistan Pakistan arasında müharibə gedir - Ölənlər var16:44Sərnişin avtobusu mağazaya girdi – Foto11:53Sərkisyan Tərtərin Çardaqlı kəndinə gəldi - Meydan oxudu11:05Biz sizin axmaq olacağınız anı gözləyirik - Ukraynanın məhv planı10:54Hərdən elə olurdu ki, anamın üzünü görmürdüm - 9 universitetin arzuladığı azərbaycanlı10:45"Cavad xan"-ın rejissoru Rövşən Almuradlı dayanacaqda keçindi10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video09:22Əxlaqsız videoların yayılması təsadüfi deyil: evimizin altında 12 əxlaqsızlıq yuvası var – Politoloq09:04Hər gün şəhid qanı bunlara görəmi axıdırıq?.. Kimin qeyrəti varsa...- Flora Kərimova21:12Bəzi qüvvələr müstəqilliyi demokratiyaya qurban verməyə hazırdır - Sərdar Cəlaloğlu18:55İspaniyada azərbaycanlılar ermənilərə etiraz etdi - Təxribat18:37Azərbaycanda terrorbaşı Öcalan gündəmə gətirilir? - 30 il sonra17:56Rusiya HDD Xəzərdə genişmiqyaslı əməliyyata başlayır17:47Əxlaqsızlığı təbliğ edən videonu yayanlar 2 il müddətinə həbs edilə bilər12:27Bu gündən sosial müavinətlər artırılır - ƏƏSMN12:18Ukraynada seçki ikinci tura keçə bilər - MSK11:57Yunanıstan Xİ naziri Kolumbiya Universitetində mühazirə oxuyacaq11:44CHP-li Əkrəm İmamoğlu İstanbulda AKP-li Binəli Yıldırımı yendi - YSQ11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:24Rus milyarder Almaniyada təyyarə qəzasında həlak oldu - Video20:54İcra başçısının maşını da "başçıdır": Qırmızıda keçməkdə - Video20:45Paytaxtın bu hissəsində su olmayacaq - Azərsu ASC20:40Türkiyə Silahlı Qüvvələri Suriya ilə sərhəddi bərkidir20:36Türkiyədə ilkin nəticələr açıqlanır15:17“Diqlas”dakı sahibkarlara 8.5 milyon manatlıq güzəştli kredit təklif edildi15:07Seçki məntəqəsində dava olub - Ukraynada...12:51Taliban Əfqanıstan ordusunun silah-sursatını ələ keçirdi12:46Venesuela da Azərbaycan kimi növbəti dəfə...– Rəsmi açıqlama18:38Bakıda əcnəbini qarət edən qrup ələ keçirildi18:28Allahşükür Paşazadə Ramzan Kadırovla görüşüb - FOTO18:03ABŞ Britaniyanı da çökdürməkdə qərarlıdır: Breksiti gözləyirik... - Con Bolton17:52ABŞ Tiflisin Rusiya ilə sərhəddə yeni kazino tikməsindən narahatlığını bildirdi - Bu...17:41Azərbaycanlıların qanlı 31 mart soyqırımı ilə bağlı...- Bəyanat15:47Məxfi əlaqə sistemlərini türk həmkarlarımız quraşdırıb - Poroşenko14:04Əliyev-Paşinyan görüşünün nəticələri... - PA rəsmisi açıqladı13:55Narkotik ticarətçisi saxlanıldı - 11,1 kq-lıq malla...13:50Rusiya Orta Asiya respublikalarına xəbərdarlıq etdi: İŞİD gəlir - Rusiya DİN13:43Elçin Quliyev "Qazax" sərhəd xidmətçiləriylə görüşdü - Foto
BÜTÜN XƏBƏRLƏR

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

“2018-ci ilə kimi həbslərin sayı daha da artacaq” – ZÜMRÜD YAĞMUR

23 iy 2017, 12:05   
“2018-ci ilə kimi həbslərin sayı daha da artacaq” – ZÜMRÜD YAĞMUR

"Azərbaycan xalqı bu gün xoş olmayacaq laqeydliyi özünün bir parçasına çevirib"

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı artıq iki ildir ki, azadlıqdan məhrum edilib.

Altun.az sozcu.az-a istinadən xəbər verir ki, 2015-ci ildə Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar) və 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə təqsirləndirilərək 10 il müddətinə həbs olunub.

Fuad Qəhrəmanlı ittihamları qəbul etmir və həbsini siyasi sifariş hesab edir.

Beynəlxalq təşkilatlar onu "vicdan məhbusu” kimi tanıyır.

Fuad Qəhrəmanlının həyat yoldaşı yazar Zümrüd Yağmur Sozcu.az sayıtına müsahibə verib. Zümrüd Yağmur həm də siyasi məhbus ailələrinin koordinasiyası, onların hüquqlarının müdafiəsi istiqamətində də fəal iş aparır.

Müsahibəni sizə təqdim edirik.

–Fuad bəyi son dəfə nə vaxt görmüsüz? Vəziyyəti necədi?

Fuad bəyi sonuncu dəfə iyulun 7-də, Apeliyasiya Məhkəməsində görmüşəm. Durumu belədi ki, orda saxlama şəraiti tam normal deyil. Ərzaqların saxlanması baxımından soyuducu problemi var. Bir də ki, səhhətində müəyyən problemlər var. Bilirsiz ki, Fuad bəy şəkər xəstəsidir. 7 aydı ki oturaq həyat tərzi onda müəyyən problemlər yaradıb. Təbii ki, məhbus həyatıdır. Gözləmək olmaz ki, orda hər şey normal və konfortlu olsun.

– Sizcə hakimiyyət siyasi fəalları həbs etməklə nəyə nail olmaq istəyir?

Nardaran hadisələri zamanı hakimiyyətin bu qədər aqressiv davranmasına səbəb onda idi ki, Taleh Bağırzadə yeni bir qüvvə kimi üzə çıxıbdır və ətrafına da çox böyük tərəfdarlar toplamışdır. Bunun nəticəsində də hakimiyyətin çox sərt aqressiyası ilə üz-üzə qaldı. Hakimiyyət bu fürsətdən istifadə edib eyni zamanda Taleh bəyə ağlasığmaz işgənclərə verərək, ondan Əli və Cəmil bəyin əleyhinə ifadələr almaq istəmişdir. Hakimiyyətin xüsusilə aqressivləşməsinin səbəbi, təkcə Nardaran hadisəsi və Fuad Qəhrəmanlının həbs olunması ilə bağlı deyil. Son dövrlər aqressiv münasibətin daha da artması, Gözəl Bayramlının, Əfqan Muxtarlının bu şəkildə həbsi bunu deməyə əsas verir ki, hakimiyyət görünür 2018-ci ilə dırnaqarası olaraq çox ciddi hazırlaşır. İndiyənə qədər azdan-çoxdan seçki dönəmində rast gəldiyi bütün tikanları təmizləyir ki, rahat seçki keçirsin. Hesab edirəm ki, 2018-ci ilə kimi bu həbslərin sayı daha da artacaq. Ölkədə müxalif düşüncəni, azad sözü bu şəkildə həbs etməklə, özləri üçün konfortlu seçki şəraiti yaratmağa çalışırlar.

– Bir siyasi məhbus ailəsi kimi bu gün hansı problemlərlə qarşı-qarşıyasız? Siyasi məhbus ailəsi olmağın hansı çətinlikləri var?

Bu gün Azərbaycanda yaşamağın özü çox çətindir. Bunu sözün həqiqi mənasında demək çətin olsa da, bu belədir. Son dönəmlər ümumiyyətlə ölkədə durum həm mənəvi, həm psixoloji, həm də maddi baxımdan o qədər artıb ki, bunu ayırmaq olmaz ki, siyasi məhbus ailəsinin problemidir yaxud digərlərinin. Hər kəs necə ağırlıqlar, çətinliklər çəkirsə eyni zamanda da bir məhbus ailəsidə bu çətinlikləri yaşayır. Təbii ki, problemlərin dərinləşməsi var, başqa bir tərəfdə ailənin bir üzvü var. Onu maddi-mənəvi, psixoloji cəhətdən diqqətdə saxlamaq var. Bunların hamısı problemlərdir. Mən hesab edirəm ki, məhbus ailələrinin problemi qeyri-adi bir şey kimi görünməməlidir. Ölkədə bütün ailələrin yaşadıqları maddi problemləri məhbus ailələridə olduğu kimi yaşayır. Təbii ki, burda öz yaxını, doğması üçün darixmaq var, onun həyatı üçün narahat olmaq var. Çünki bilirsiz ki, biz elə bir hakimiyyətlə üz-üzəyik ki, insanları çox asanlıqla şərliyib tuta bilərlər. Yəni bu üzdən çətinliklər var, çoxdur. Amma yenə deyirəm bu faciə deyil. Ümumiyyətlə məhbus ailələri məsələlərini bu qədər qabartmağın mən tərəfdarı deyiləm. Çünki cəmiyyətdə müəyyən mənada bu xofun yaranmasına səbəb olur ki, məhbus ailəsi çox dəhşətli bir şeydir. Hesab edirəm ki, bütövlükdə bu dəhşətli bir şey deyil. İllərdir bütün bunlara dözən, laqeyd qalan xalq bir şeyi anlamalıdır ki, Taleh Bağırzadənin də dediyi kimi: “Bütövlükdə Azərbaycan özü böyük bir zindandır”. Hər kəs müəyyən mənada öz evində bir məhbusdur. Bu üzdən bütövlükdə kiçik zindanlarda olan insanların həyatında olan hadisəni faciələşdirmək yox, ümumilikdə bir qədər qlobal düşünmək və cəmiyyət olaraq içimizdə bir təpər tapmalıyıq. Bizim hər birimizin qapısını döyəcək, kiçik zindanlara apara biləcək yolu qapatmaq haqqında düşünməliyik.

– Bir çox siyasi məhbus vaxtından əvvəl əfv olunaraq azadlıqlarına qovuşurlar. Nə zamansa Fuad bəyin də əfv olunaraq vaxtından əvvəl azadlığına qovuşacağına inanırsızmı?

Fuad Qəhrəmanlı ilə bağlı hakimiyyət çox aqressiv bir mövqe nümayiş etdirib. Onun ən yüksək maddəsi 8 ilə qədər idi, amma ona 10 il verildi. İki maddəsi toplanıldı, bu da çox qeyri-adi bir şeydir. Xeyir mən 2018-ci ilə qədər Fuad Qəhrəmanlının əfv olunacağını gözləmirəm. Ümumiyyətlə, təkcə Fuad Qəhrəmanlı ilə bağlı deyil, digər yuxarı statusu olan siyasi məhbuslarında 2018-ci ilə qədər hansısa bir formada əfv və ya amnistiyaya düşəcəyini gözləmirəm. 2018-ci ildən sonraya gəlincə isə, 2018-in nə gətirəcəyini proqnozlaşdırmaq bir qədər çətindir, ondan sonrasını isə o zaman düşünərik. İndiki halda bu haqda düşünmürəm və heç bir ümid də bəsləmirəm.

– Feysbuk səhifənizdə hədələndiyiniz və izlənildiyiniz haqda narahatlıq doğuran məlumat paylaşmışdız. Sizin bu statusunuzdan sonra hansısa bir dəyişiklik oldu? Bu gün, bu hallar yenə davam edir?

İlk olaraq onu deyim ki, mən siyasətlə məşğul olmuram. Bir vətəndaş kimi, bir yazar kimi öz mövqeyimi bildirirəm. Bu şəkildə davranmalar, son dövrlər xüsusilə də, Nardaran məhkəmələrində intensivləşmişdi. Sonra bir qədər səngidi. Son insidentdə, əslində bu ikinci dəfədir ki baş verir. Sadəcə olaraq mən çalışıram ki, belə şeylərlə gündəmdə olmayım. Bütün bunların hamısına o qədər də ciddi yanaşmamaq, bir qədər də kinayə ilə yanaşmağa üstünlük verirəm. Çünki elə bir cəmiyyətdə yaşayırıq ki, bütün bunların olması labütdür. Yəni, çox yumuşaq şəkildə mövcud iqtidarı tənqid edəndə, bu cür şeylərlə qarşılaşmaq mümkündür. O üzdən bütün bunların hamısına ola biləcəklər kimi yanaşmışam. Çünki mən bütün etdiklərimi şüurlu şəkildə eləmişəm. Ümumiyyətlə, mənim bu mövqeyim Fuad Qəhrəmanlı ilə evləndikdən sonra yaranmış bir mövqe deyil. Mənim əvvəldə mövqeyim bu olub. O üzdən bütün bu ola biləcəkləri və yaxud bundan sonra bu hallar davam edərsə heç də təəccüblənmərəm. Mütəmadi olur feysbuk vasitəsilə, inboksuma təhqirlər, hədələr çox yazırlar. Məndə çalışıram ki, bütün bunlara soyuqqanlı yanaşım. Amma hakimiyyət də yaxşı olar ki, bir qədər öz atdığı addımlara ağılla yanaşsın. Görünən odur ki 2018-ci ilin xofu onu basıb. Azərbaycan iqtidarı son dövrdə göstərdiyi aqressiyanı, heç bir dönəmdə göstərməyib. Mən hesab edirəm ki, hakimiyyət xüsusilə Əfqan Muxtarlı işində özünü batırdığı bataqlıqdan çıxmaq haqqında düşünməlidir. Nəyin ki, insanları hədələmək və yaxud da qorxudmağa çalışmaq.

– Siz həm də Siyasi Məhbus Ailələrinin Koordinasiyası Mərkəzinin rəhbərisiz. Bu mərkəz hansı işləri görür və mərkəzin hansı çətinlikləri var?

Bizim məqsədimiz siyasi məhbus ailələrini bir arada tutmaq və onların problemlərinə dəstək olmaqdı. İndi siyasi məhbus o qədər çoxdur ki, biz ailələrin hamısı ilə əlaqə qura bilməmişik. Ölkədə 170-ə yaxın siyasi məhbus var. Amma yaxşı hal ondan ibarətdir ki, əlaqə qurduqlarımız, telefonlarını, koordinatlarını tapdığımız ailələrdə hər hansı bir problem olduqda, onlar bizə bunu deməkdən çəkinmirlər. Buda bizim bir arada fəaliyyət göstərməmizə kömək edir. İndi havaların isti olması ilə əlaqədar olaraq toplantılarımıza hələlik ara vermişik. Sentyabrdan yenə biz bu mərkəzin fəaliyyətini aktivləşdirəcəyik. Amma buna baxmayaraq ailələr bir yerdədir, mütəmadi olaraq biz bir-birimizlə əlaqə saxlayırıq. Bir problem olduqda, problemi bir-birimizlə paylaşırıq. Məhkəmələrdə iştirak etməklə bu şəkildə bir-birimizə mənəvi dəstək oluruq. Mərkəzin çətinliklərinə gəlincə, bizim birinci əsas çətinliyimiz odur ki, məhbus ailəsi çoxdur. Biz bütün məhbus ailələrinin hamısına çata bilmirik. Onların koordinatlarını əldə edə bilmirik. İkinci əsas çətinlik odur ki, bizim heç bir maddi dəstəyimiz yoxdur. Hər hansı bir siyasi məhbus ailəsində, uşağında, yaxınında hər hansı bir xəstələnmə halı olduqda, bir maddi problemləri ortaya çıxanda, biz onlara yardım edə bilmirik. Çünki dediyim kimi bizim heç bir yerdən maddi yardımımız yoxdur. Əsas çətinlik budur. Üstəlikdə bu mərkəz yarananda bəzi layihələr həyara keçirməyə çalışdıq. Belə bir təşəbbüs irəli sürəkdük ki, hər bir siyasi məhbusla bağlı on dəqiqəlik video çarx hazırlansın və onların ad günləri ərəfəsində bu video çarxlar paylaşılsın. Amma bilirsiz ki, bunların hamısı maliyyə tələb edir. O üzdən biz bunu gerçəkləşdirə bilmədik. Çox təəssüf ki, bu gündə gerçəkləşdirə bilməmişik. Bunlar bizim problemlərdir. Problemlərin əsas yaxşı cəhət odur ki, məhbus ailələri bir yerdə olmağı bacarırlar. Hər hansı bir məhbəsdə olan bizim yaxınlarımızın problemi olanda, biz dərhal onu bir-birimizlə paylaşırıq. Məhkəmələri demək olar ki, hamımız izliyirik və virtual olaraq bir-birimizlə həmin o məhkəmələrdə baş verən hadisələri davamlı paylaşırıq. Hər hansı bir ailədə mənəvi sıxıntı olanda, biz çalışırıq ki, onlara dayaq olaq. Ailələrinə getməklə, telefonla və s. bu kimi işləri görməyə çalışırıq. Mən hesab edirəm ki, bizim bu mərkəzin ən böyük missiyasi bu olmalıdır ki, əgər maddi problemləri həll edə bilmiriksə, ən azında mənəvi çətinlikləri bir arada yaşayaq. Çünki, hər hansı bir problemlə, insan yanında o problemi paylaşacaq adam gördükdə, o problemi bilirsiz ki nisbətən asan yaşaya bilir. Bizdə istəyirik ki, bir-birimizin yanında o problemləri asan yaşayaq.

– Bir siyasi məhbus ailəsi kimi cəmiyyətdən gözləntiniz nədir?

Azərbaycan xalqı bu gün xoş olmayacaq laqeydliyi özünün bir parçasına çevirib. Siyasi məhbus ailəsi kimi deyil, bütövlükdə Azərbaycan Respublikasının vətəndaşı kimi cəmiyyətdən gözləntim odur ki, o parçasını kəsib atsın artıq. Öz haqlarına sahib çıxsın. Məsələ təkcə bilirsizmi hər hansı bir siyasi məhbusun azadlığa çıxması deyil. Biz bunun dəfələrlə şahidi olmuşuq. Bir siyasi məhbus azadlığa çıxacaq, onun yerinə iki-üçü təkrar həbs olunacaq. Yəni ölkədə siyasi məhbus məsələsinin bir dəfəlik həll olunması, bütövlükdə Azərbaycan cəmiyyətinin mənəvi, psixoloji, maddi problemlərinin həll olunması və daha sağlam dayaqlar üzərində yürüməsi üçün, Azərbaycan cəmiyyəti öz üzərinə düşən vəzifəni yerinə yetirməlidir. İqtidara ictimai nəzarəti əlinə almalıdır. Bu olmayınca hakimiyyətə gələcək ən mütərəqqi adam, bir qədər sonra dünyanın ən mürtəce adamına çevriləcək. Bu qaçılmazdır. Azərbaycan cəmiyyəti, bütövlükdə Azərbaycan xalqı bu nəzarət paketini əlinə almayınca, öz haqlarını belə asanlıqla istənilən qüvvəyə təslim etdikdə, bizim nə siyasi məhbus problemlərimiz həll olunacaq, nə də ölkənin durumu dəyişəcək. O üzdən Azərbaycan cəmiyyəti öz haqlarına sahib çıxmalıdır. Bütün bunlar olmayınca, bu məyusluqlar davam edəcək. Kimsə düşünməsin ki, əgər o siyasətlə məşğul deyilsə, onun ailəsində kimsə həbs olunmayıbsa, sabah bu baş verməyə bilər. Dediyim kimi bu şər hər kəsin qapısından bir şəkildə içəri girib artıq. Maddi, mənəvi, əxlaqi dəyərlərin pozulması ilə girib. O üzdən siyasi məhbus ailəsi olaraq deyil, bütövlükdə Azərbaycan cəmiyyətinin problemlərini az-çox bilən biri kimi istərdim ki, Azərbaycan cəmiyyəti bu xəstəlik halına gəlmiş laqeyidlikdən, öz taleyinə biganəlikdən nəhayət ki qurtulsun. Tək gözləntim, istəyim budur.

– Sizcə müxalifət bu gün hansı problemlərlə qarşı-qarşıyadır?

Müxalifətin bu gün ən böyük problemi Azərbaycan cəmiyyətinin ona donorluq etməməsidir. Faktiki olaraq doğurdan da cəmiyyət siyasi və ictimai proseslərə o qədər laqeyiddir ki, müxalifət hər hansı mitinq çağırır, biz orda çox az sayda adam görürük. Demək olar ki, eyni insanları hər dəfə görürük. Bu bizə onu deməyə əsas verir ki, cəmiyyət bütövlükdə bu proseslərə donorluq etməyə həvəsli deyil. İkinci mən hesab edirəm ki, Azərbaycanda bəzi hallarda mübarizənin özündən çox, mübarizənin imitasiyası ilə məşğul olma meyilləri daha çoxdur. Üçüncüsü isə ardıcıl və prinsipial iş həyata keçirilməlidir. Düzdü cəmiyyətin biganəliyi hər kəsin əlini-qolunu bir şəkildə soyudur. Bunu etiraf etmək lazımdır. Mən siyasətçi olmadığıma görə daha çox diplomatik dillə deyil, səmimi açıq şəkildə deyə bilirəm ki, cəmiyyətin bu şəkildə davranışı, hər kəsin bir şəkildə ümidlərinə su səpir. Amma bütün bunlara baxmayaraq, Azərbaycan müxalifəti də öz içindəki problemləri, öz yanaşmasındakı problemləri həll etməlidir. Bir çox hallarda yanaşmaların özü doğru deyil. Mən uzaqdan, öz müşahidələrimi deyirəm. Ardıcıl işin görülməsində, təşkilatlanma işlərində müəyyən zəifliklər var və oturub bir şəkildə gözləmək lazım deyil ki, Azərbaycan cəmiyyəti nə zamansa iqtisadi problemlərdən yorulacaq və ölkədə ayaqlanma olacaq. Düşünmürəm ki, Azərbaycanda iqtisadi problemlərlə bağlı belə tez ayaqlanma olsun. O üzdən müxalifət ardıcıl və prinsipial iş aparmalıdır. Təbii bunun özü çox çətindir. Bunu da etiraf etmək lazımdır. Çünki Azərbaycanda elə bir rejim mövcuddur ki, o həddən artıq amansız və hiyləgərdir. Bu rejim əxlaqsız mübarizə metodları ilə mübarizə aparır. Bu üzdən hesab etmirəm ki, Azərbaycanda bir lider və ya bir təşkilat bütün bu problemləri öz üstünə götürməlidir və həll etməlidir. Belə bir şey mümkün deyil. Azərbaycanda elə bir sistem yoxdur ki, tutaq ki, güclü bir müxalifət, güclü bir lider ortaya çıxsın normal seçki yolu ilə hakimiyyətə gəlsin. Azərbaycandakı durum bu deyil. Bu kimi avtoritar, amansız rejimlərlə xalqlar baş edir. Bu cür cəmiyyətlərdə müxalifət deyil, xalq bütünlüklə mübarizəyə qoşulmalıdır. Çünki belə bir amansız rejimin qarşısında ən güclü təşkilat belə duruş gətirə bilməz ki, hələ Azərbaycan müxalifəti duruş gətirir. Bunun özü böyük bir bacarıq kimi dəyərləndirilməlidir.

– Sizdə bu gün meydanda Fuad bəylə birgə mübarizə aparırsız. Fuad bəyin həbsi və uzun illərdi birgə apardığınız mübarizənin bir nəticəsinin olmaması sizdə mübarizədən soyuma hissi yaratmır ki? Sizcə bu mübarizənin bir nəticəsi olacaq?

Bilirsizmi hər bir insan öz prinsiplərinə görə davranır və seçim edir. Mən də öz prinsiplərimə, ideallarıma görə indi olduğum yeri seçmişəm və heç bir peşmançılıq hissi yaşamıram. Niyə uzun illərdir ki, uğursuzluqlar var? Niyə rejim bu qədər ayaqda qala bildi? Bu kimi suallar məni qətiyyən məyus etmir. Bilirsiz belə rejimlərlə mübarizə hətta bundan da artıq çəkə bilər. Tarixə nəzər saldıqda görürük ki, çox böyük tiranlar var ki, onlar yarım əsir belə böyük tiranlıqlar qururlar. Davamlı uğursuzluqlar ola bilir, amma cəmiyyət ardıcıl mübarizə apardıqda həmin tiranlar, diktator rejimlər həmişə məhvə məhkum olurlar. Zirvədə heç vaxt qalmaq mümükün deyil. Bu qanunauyğunluqdur. Şərində zirvə nöqtəsi olur. Ondan sonra onun enişi başlayır. Mən hesab edirəm ki, Azərbaycandakı bu şər rejiminində bir gün o enişi başlayacaq. Hesab edirəm ki, o artıq özünün müəyyən mənada zirvəsinə çatmış durumdadır. Mən bunu nə ilə deyə bilərəm? Biz bir neçə il öncə hər hansı bir fikir yazanda, söyləyəndə bizdə az çox arxayınlıq var idi ki, qadınlara toxunmazlar, həbs etməzlər. Amma bu gün görürsüz ki, artıq Azərbaycanda qadın siyasi məhbuslar var. Mən mübarizədə kişi-qadın, cinsi ayrı seçkiliyinin salınmasına qətiyyən tərəfdar deyiləm. Mübarizədə qadın-kişi məsələsi yoxdu, şəxsiyyət məsələsi var. Hər halda onu demək istəyirəm ki, bizdə belə bir düşüncə var idi. Görürsüz bu gün artıq onu da dağıdıblar. Biz artıq hər hansı bir şey yazanda, ona güvənimiz qalmayıb ki, bizi həbs etməzlər. Biz bu gün Avropaya baxırıq deyirik ki, onlar çox gözəl yaşayırlar. Amma onların mübarizə tarixini oxuyanda bəlli olur ki, onlar bizdən daha sərt şərtlər altında, çətinliklə ardıcıl mübarizə aparmaqla belə bir rahat həyatı qurmağa nail olublar. Bu gün rahat yaşayan Avropa insanının ata- babaları mübarizə aparanda, bizim ata-babalarımız mübarizə aparmayıb. Nə yazıq indi də ata-babalarımız yenə də, ata-babalarının yolunu davam edirlər. Azərbaycanda bu gün övladını düşünən ata bir şeyi başa düşməlidir. Onun övladına buraxacağı ən yaxşı miras, qanunların işlədiyi dövlətdir. Çünki o övladına ev, maşın, vəzifə buraxa bilər. Amma sabah onlar qanunların işləmədiyi bir dövlətdə çox asanlıqla övladının əlindən çıxa bilər. O üzdən Azərbaycan insanı bir şeyi anlamalıdır, əgər o gerçəkdən övladını sevirsə, dəyər verirsə, ona bir miras buraxmaq istəyirsə, bu miras doğurdan da qanunların işlədiyi, demokratik, hər kəsin rahat yaşaya biləcəyi ölkədir. Biz bunu anladıqdan sonra, hər hansı bir dəyişikliyin olması qaçılmazdı. Əgər bunu anlamayacağıqsa, hələ görünür ki, biz yüz illərdi bizim təfəkkürümüzdə oturmuş bu laqeyidliklə mübarizə aparmaq məcburiyyətində qalacağıq.