Bugün:

Baş həkim İlham Əliyev cənab prezident İlham Əliyevə meydan oxudu: "Heçkimi tanımıram..."

22 iy 2017, 00:52, altun
    [declination=11 062]Oxunub: | [/declination]11 062
Baş həkim İlham Əliyev cənab prezident İlham Əliyevə meydan oxudu: "Heçkimi tanımıram..."

"Mən son dəfə 26.05.2017-ci ildə qəbulda oldum. Məni əlillərin sosiyal şöbəsinin müdiri Saday müəllim qəbul etdi. Bildirdi ki, bu məsələ nəzarətindədi kömək olunacaq. Amma bu günə kimi mənim şikayətimə baxan yoxdu."

Cəlilabad rayon sakini, əlil Faba Ovezoviç Nuriyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon şöbəsindən və rayon xəstəxanasının baş həkimindən narazıdır. O bildirir ki, əlillik dərəcəsi ikinci qrupa aiddir. Halbuki, əslində, birinci qrup olmalıdır.

Altun.az-a danışan Nuriyev deyir ki, onu 2013-cü ildə avtomobil vurub və elə həmin vaxtdan etibarən yataq xəstəsidir:

“Maşın vuran gündən sağlamlığımı tamamilə itirmişəm. Bundan sonra mənə ömürlük ikinci qrup əlillik dərəcəsi verildi. Səhhətim günü-gündən ağırlaşdığına görə birinci qrup əlillik dərəcəsi almaq üçün bu il aprelin 17-də müraciət etdim. Mayın 12-də isə mənə cavab gəldi. Məlum oldu ki, məni nəinki birinci dərəcəli əlil sayıblar, hətta ikinci dərəcədən götürüb, üçüncü dərəcəli əlillik statusu veriblər. İş qüvvətim olmaya-olmaya mənə niyə üçüncü qrup əlillik dərəcəsi veriblər, anlaya bilmədim”.

Nuriyev deyir ki, məsələ ilə bağlı dəfələrlə prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib, məktublar göndərib:

“Həmçinin Nazirlər Kabinetinə, Ombudsmana, Milli Məclisin deputatı Hadı Rəcəbliyə də şikayət ərizələri ilə müraciət etmişəm. Amma şikayətlərimə baxan yoxdur. Yenidən sənədlərimin yoxlanması üçün, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının baş həkiminə müraciət etdim. Axı mənim iş qabiliyyətim yoxdur, işləyə bilmirəm, niyə ikinci qrup əlilliyimi əlimdən alıb, üçüncü qrup yazıblar?! Həkim də yalandan vədlər verərək, “bu gün baxacam, sabah baxacam deyib” işi uzatdı. Sonuncu dəfə yanına gedəndə isə məni otağından qovaraq, “"Get kimə istəyirsən şikayət et, mən heç kimdən qorxmuram."dedi. onu prezidentə şikayət edəcəyimi dedikdə isə aldığım cavab: "Mən heç kimi tanımıram. Əlin çatan yerə get” dedi”.

Şikayətçi bildirir ki, rayonun baş həkimi insanları bu cür təhqir etməklə məşğuldur:

“İndi biz dərdimizi kimə deyək, nə edək? Mən də bu ölkənin vətəndaşıyam, əlil insanam. Əliləm, işləmirəm deyə ölməliyəm? Mən yenə də mətbuat vasitəsi ilə, prezidentə, Birinci vitse-prezidentə üzümü tutub tələb edirəm ki, haqqım olan verilsin. Cəlilabadda məmur özbaşnalığına son qoyulsun. Bir baş həkim xəstəyə, əlilə, “rədd ol otağımdan” deyib qovur. Bu özbaşınalıq nə qədər davam edəcək. Xahiş edirəm mənə kömək edin...”.
Qeyd: Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq

loading...