Impera

XƏBƏR LENTİ
16:11Qarabağ Azərbaycandır! Siz anlamalısınız ki... - Saakaşvili15:59Hücumlar dayanmasa...- M.Çavuşoğlu15:47Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:42Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:25Rusiya və Türkiyə qarşı-qarşıya gəldi-Suriya üzərində insident23:18Gücləri birləşdirmədən... - Putin Makronu dəstəklədi23:0723 yaşlı gənc çayda boğuldu - 11 gün idi ki, ailə qurmuşdu...12:05Bakıda ağır qəza: 8 yaşlı uşaq öldü11:44Əgər Tramp yenidən seçilsə... - Vedrin14:05Hər iki ölkə münasibətlərə mənfi təsir edəcək addımlar atacaq - Çavuşoğlu13:57Sabiq prezident Atambayevin arvadına da cinayət işi açıldı-etmə, edərlər...13:49Zakir Həsənov Moskvaya - tamaşaya gedəcək15:23Baş verənlər islam dünyasını radikallaşdıracaq - Müsəlmanlara qarşı növbəti soyqırım...15:15"TÜRK QOŞUNLARI AZƏRBAYCANA GƏLMƏLİDİR" - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU00:33Dili ağzına ağırlıq edən Vidadi, Qabil və s. kimilərə... - Müəllim nəvəsindən CAVAB - VİDEO18:47Paşinyanın çıxışı ilə bağlı etiraz bəyanatı yayıldı - Foto17:46Nə edək, Cənablar?...15:48Atambayevin evinə hücum zamanı əsir götürülən xüsusi təyinatlıların ilk görüntüsü - VİDEO15:38Rusiyada hərbi hissələr partladılır: bu dəfə 2 ölü, 15 yaralı15:31800 milyonluq helikopter...11:28Nabranda batan uşağın meyiti Rusiyada tapıldı10:27Prezident Təhlükəsizlik Şurasını toplayır10:17Xüsusi təyinatlı vuruldu10:11Lerik rayonunda zəlzələ olub.10:03Sumqayıt yolunda iki avtobus toqquşdu: yaralananlar var - FOTO23:48İŞİD əmri Türkiyədə yaxalandı - Foto01:18"Ermənilərin hamısına düşmən kimi baxmayaq..." - Deputat15:24Ərindən boşanan iki uşaq anası özünü səkkizinci mərtəbədən atdı10:50Salyanda yol qəzası - 4 nəfər yaralandı09:43Ərəb koalisiyasının ABŞ-a 299 milyon borcu var - Rebariç16:47Aprelin 26-na MANATIN MƏZƏNNƏSİ12:33Putin Ukraynadakı seçkilərdən danışdı09:59Salyanda ağır yol qəzasında sürücü həyatını itirdi09:52ABŞ mayın ikisindən verdiyi imtiyazları tamamilə ləğv edəcək09:45Ukraynanın yeni prezidentindən yeni müharibə anonsu09:39Bakıda bu yollar bağlandı - Siyahı09:32Bu, Poroşenko üçün ağır və biabırçıdı məğlubiyyətdir - Kosaçev11:55Rus S-300-ləri öldü: İsrail bu raketlərə Rusiyanı aldada biləcək vasitə kimi yanaşır - Retçer11:14Rayonlara qar yağır, leysan olacaq - YENİLƏNİB + FOTO11:04Makron PYD/YPG-çi terrorçularla görüşdü10:55Qatar relsdən çıxdı: yaralılar var10:48Son dəqiqə: Sərnişin avtobusu aşdı: 11 ölü, 29 yaralı20:08Makrondan qalmaqallı qərar — 24 apreli erməni soyqırımı günü elan etdi19:59Rəsmi Bakıdan Yaqlanda CAVAB19:57Dünya şöhrətli professor ürəyin bir nömrəli DÜŞMƏNİNİ AÇIQLADI: Ailə...19:54Poroşenko: Zelenski virtual namizəddir19:52Azərbaycanlı Cənubi Koreyada dövlət məmuru oldu09:52Bakıda ev yandı - Yaralananlar var09:45Sudan da prezidentini devirdi...10:53Netanyahu seçkidə cüzi səslə irəlidədir – Rəsmi nəticələr14:15Netanyahu bütün dünyanı xaosa sürükləyir - Ömər Çelik14:08Zaqatala və Qax silkələnir21:32Şirvanda ev yanıb09:21Bizim Rusiyanın alyansı təhdid etdiyi istiqamətində düşüncəmiz var - NATO toplanır09:11İstambulda səsələr yenidən sayılacaq - Qərar16:50Hindistan Pakistan arasında müharibə gedir - Ölənlər var16:44Sərnişin avtobusu mağazaya girdi – Foto11:53Sərkisyan Tərtərin Çardaqlı kəndinə gəldi - Meydan oxudu11:05Biz sizin axmaq olacağınız anı gözləyirik - Ukraynanın məhv planı10:54Hərdən elə olurdu ki, anamın üzünü görmürdüm - 9 universitetin arzuladığı azərbaycanlı10:45"Cavad xan"-ın rejissoru Rövşən Almuradlı dayanacaqda keçindi10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video09:22Əxlaqsız videoların yayılması təsadüfi deyil: evimizin altında 12 əxlaqsızlıq yuvası var – Politoloq09:04Hər gün şəhid qanı bunlara görəmi axıdırıq?.. Kimin qeyrəti varsa...- Flora Kərimova21:12Bəzi qüvvələr müstəqilliyi demokratiyaya qurban verməyə hazırdır - Sərdar Cəlaloğlu18:55İspaniyada azərbaycanlılar ermənilərə etiraz etdi - Təxribat18:37Azərbaycanda terrorbaşı Öcalan gündəmə gətirilir? - 30 il sonra17:56Rusiya HDD Xəzərdə genişmiqyaslı əməliyyata başlayır17:47Əxlaqsızlığı təbliğ edən videonu yayanlar 2 il müddətinə həbs edilə bilər12:27Bu gündən sosial müavinətlər artırılır - ƏƏSMN12:18Ukraynada seçki ikinci tura keçə bilər - MSK11:57Yunanıstan Xİ naziri Kolumbiya Universitetində mühazirə oxuyacaq11:44CHP-li Əkrəm İmamoğlu İstanbulda AKP-li Binəli Yıldırımı yendi - YSQ11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:24Rus milyarder Almaniyada təyyarə qəzasında həlak oldu - Video20:54İcra başçısının maşını da "başçıdır": Qırmızıda keçməkdə - Video20:45Paytaxtın bu hissəsində su olmayacaq - Azərsu ASC20:40Türkiyə Silahlı Qüvvələri Suriya ilə sərhəddi bərkidir20:36Türkiyədə ilkin nəticələr açıqlanır15:17“Diqlas”dakı sahibkarlara 8.5 milyon manatlıq güzəştli kredit təklif edildi15:07Seçki məntəqəsində dava olub - Ukraynada...12:51Taliban Əfqanıstan ordusunun silah-sursatını ələ keçirdi12:46Venesuela da Azərbaycan kimi növbəti dəfə...– Rəsmi açıqlama18:38Bakıda əcnəbini qarət edən qrup ələ keçirildi18:28Allahşükür Paşazadə Ramzan Kadırovla görüşüb - FOTO18:03ABŞ Britaniyanı da çökdürməkdə qərarlıdır: Breksiti gözləyirik... - Con Bolton17:52ABŞ Tiflisin Rusiya ilə sərhəddə yeni kazino tikməsindən narahatlığını bildirdi - Bu...17:41Azərbaycanlıların qanlı 31 mart soyqırımı ilə bağlı...- Bəyanat15:47Məxfi əlaqə sistemlərini türk həmkarlarımız quraşdırıb - Poroşenko14:04Əliyev-Paşinyan görüşünün nəticələri... - PA rəsmisi açıqladı13:55Narkotik ticarətçisi saxlanıldı - 11,1 kq-lıq malla...13:50Rusiya Orta Asiya respublikalarına xəbərdarlıq etdi: İŞİD gəlir - Rusiya DİN13:43Elçin Quliyev "Qazax" sərhəd xidmətçiləriylə görüşdü - Foto
BÜTÜN XƏBƏRLƏR

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

15-ci tabutun sirri: Ana ölmüş körpəsinin meyitini niyə tapa bilmir? – ARAŞDIRMA (FOTO)

21 iy 2017, 19:12   
15-ci tabutun sirri: Ana ölmüş körpəsinin meyitini niyə tapa bilmir? – ARAŞDIRMA (FOTO)


Altun.az xəbər verir ki, Artıq bir ilə yaxındır ki, mediada Günay Axundova adlı gənc ananın övladının doğuşdan sonra xəstəxanada ölməsi, valideynlərindən xəbərsiz kimsəsizlər qəbirstanlığında dəfn olunması ilə bağlı xəbərlər yer alır. Yaxın günlərdə ananın şikayəti üzrə yenidən məhkəmə prosesi baş tutacaq. Buna görə də azvision.az müəmmalı məsələni araşdırmaq qərarına gəlib.

Günay Axundovanın 37 yaşı var. 2016-cı il aprelin 6-da Respublika Klinik Xəstəxanasında qeysəriyyə yolu ilə bir qız uşağı dünyaya gətirib. Əməliyyatı həmin xəstəxanada çalışan mama-ginekoloq Vüsalə Ağalarova edib. Əməliyyatdan bir gün sonra uşaq tələf olub.

Amma ana övladının meyitini götürmək istəyəndə anlaşılmaz bir oyunun içinə düşüb.

- Bizə morqda dedilər ki, həmin gün Hövsandakı kimsəsizlər qəbiristanlığına dəfn olunması üçün 15-ci tabutda 7 uşaq meyiti göndəriblər,- deyə Günay Axundova AzVision.az-a bildirib,- Amma biz qəbrin ekshumasiyası zamanı orada 8 uşaq meyiti aşkar etdik. Mənim uşağım həmin meyitlərin içində deyildi. Daha sonra oradan qanqrenaya görə kəsilmiş bir insan ayağı da tapdıq.
15-ci tabutdan çıxan uşaq meyitləri adi sellofan paketlərin içində idi. Hər paketdə cəmi iki-üç sümük olardı. Üzərinə “birka”lar da vurulmuşdu. Müstəntiqə bildirdim ki, bizə təqdim olunan sənəddə tabutda 7 uşaq meyitinin olduğu yazılıb. Amma mənim uşağımın meyiti bu qəbirdə yoxdur. Daha sonra bir uşaq meyiti də tapdıq. Üzərində birkası yox idi. Müstəntiq mənə dedi ki, bu, yəqin, sənin uşağının meyitidir. Mən də dedim ki, axtaraq, ola bilər, birka yaxınlıqda torpağa düşüb.

Müstəntiq tabutun baş tərəfindəki kəsilmiş ayağını yuxarı qaldıranda qara rəngli paket gördük. Digər paketlərin hamısı çürümüş, dağılmış vəziyyətdə olsa da, bu, təzə idi. İçərisində sadəcə bir pampersin arasında iki dənə sümük vardı. Sümüklər də təzə idi. Müstəntiqə dedim ki, bizə deyiblər, burada 7 uşaq meyiti var. Amma biz 9 uşaq meyiti tapdıq axı...

Mən həmişə deyirdim ki, uşağımın üzərində pampers vardı. Çünki həkimlər 4 gün pampers istəmişdilər, yoldaşım da alıb, həkimlərə vermişdi. Məni yalandan inandırmaq üçün həmin o təzə sümükləri pamersin içinə büküb, yeni paketə qoyaraq, qəbri açıblar, tabutun baş tərəfinə yerləşdiriblər ki, ekshumasya zamanı guya uşağımın orada dəfn olunduğunu görüm.

Biz həmin sümükləri də götürüb, yoldaşımla birlikdə DNA testinə getdik. Bir ay sonra qohumumuz müstəntiqə zəng vurub soruşdu ki, DNA testinin nəticəsi necə oldu? Cavab verib ki, müəyyən etmək olmur. Təsəvvür edin ki, bizə həmin analizin nəticəsi olan kağızı da vermədilər.

Mənim əlimdə sənəd var. Orada qeyd olunub ki, uşağım 29 həftə, 2 günlük olub. Amma morqda mənim uşağım kimi təqdim olunan körpənin meyiti 33 həftəlik imiş. 33 həftə ilə 29 həftənin arasında bir ay vaxt var!..

- Yəni sizə başqa bir uşağın meytini veriblər?
- Mənə meyit verilməyib. Mənə sadəcə olaraq, iki sümük verilib. O sümüklərin də bizim uşağa məxsusu olub-olmadığını müəyyən edə bilmirik. Bəlkə onlar heç insan sümüyü də deyillər. Açığı, toyuğun bud sümüyünə oxşayır. Məhkəmə zamanı hakim bildirdi ki, dünyada uzun illərdən qalmış, çürümüş sümüklər də DNA testi edilə bilir. Necə yəni, bu sümükləri test etmək olmayıb?

Hövsan qəbiristanlığının müdiriyyəti mənə dedi ki, ora 7 uşaq meyti göndərilibmiş. Soruşdum ki, həmin meyitlər ayın neçəsində qəbiristanlığa gətirilib? Dedilər, 11-də. Necə ola bilər ki, ayın 9-da mən morqda oluram, orada mənə deyirlər ki, guya soyuducu işləmədiyinə görə, ayın 7-8 də meyitləri basdırmaq üçün qəbiritsanlığa göndəriblər. Qəbiristanlığın müdiriyyəti isə mənə deyir ki, meyitlər ayın 11-də ora gətirilib. Bu, məndə şübhə doğurdu. Onlar görüblər ki, mən uşağımın arxasınca morqa qədər getmişəm, meyitini istəyirəm. Buna görə də mənim uşağımın adı ilə səhərisi gün Hövsan qəbiristanlığına bir paket göndəriblər ki, onu görüb, sakitləşim.

Bir il ərzində mən iki müstəntiq dəyişmişəm. Məhkəmə qərar verib ki, gedin, ekshumasiya edin. Bu müddət ərzində isə bir-iki sümük tapıb, gətirib həmin qəbrin baş tərəfinə qoyublar. Əgər uşaqlar eyni vaxtda ölüb və dəfn olunublarsa, niyə üzərində mənim adım qeyd olunan sümüklər də o birilər kimi çürüməyib?

Biz qəbristanlıqdan xəstəxanaya qayıtdıq. Baş həkim Telman bəyin qəbuluna düşdüm. Mənə dedi ki, “qızım, Günay, gəl, səni pulsuz müalicə edim, lazım gələrsə, Türkiyəyə də göndərərəm. 9 aydan sonra qucağına bir uşağı da verim, get evinə”. Mən də ona bildirdim ki, öz uşağımı istəyirəm. “Burada analiz üçün iki manat tapa bilməyən analar var, belə xeyirxah insansınızsa, gedin, onları pulsuz analiz edin”,- dedim.

Müstəntiqin əlində çoxlu sübutlar var. Amma o, qarşı tərəfə güc gələ bilmir. Müstəntiq də mənimlə morqa getdi. Təsəvvür edin ki, morqda işləyən kişi məni heç vaxt görməyib, tanımır. Mən içəri girən kimi soruşdu: “Sən Axundova Günaysan?” Dedim, “Alnıma yazılıb ki, mən Axundova Günayam? Haradan bilirsən?”

Morqdakı kişi mənə qayıtdı ki, “Ay qızım, camaatın heç meytinin yiyəsi tapılmır, sənin uşağını aparıb basdırmışıq, daha nə istəyirsən?” Dedim, xahiş edirəm, jurnalı aç, görüm ki, mənim uşağımı yoldaşıma dediyiniz kimi, ayın 7-8-də basdırmısınızmı?

Jurnalı açdı. Orada tarix yox idi. Sadəcə, guya mənim uşağımla birlikdə dəfn olunan digər uşaqların valideynlərinin adları qeyd olunmuşdu. Bütün valideynlərin adları göy qələmlə yazılmışdı. Bir dənə mənim adım isə qırmızı qələmlə işarələnib. Bunu müstəntiq cinayət işinə də daxil edib. Sual verdim ki, niyə mənim adımı qırımızı qələmlə yazmısınız? Cavab verə bilmədi.

- Bütün bunlarda məqsəd nə ola bilər ki?

- Mənim uşağım ölməyib. Buna tam əminəm. Sadəcə olaraq, bunu araşdırb üzə çıxaran yoxdur. Mən istəyirəm ki, səsim eşidilsin. Mənim uşağım ölə bilməzdi! Əlimdə sənəd də var ki, uşaq əməliyyatdan bir gün qabaq tam sağlam vəziyyətdə olub. Onların qoyduqları diaqnozun mənim uşağıma aidiyyatı belə yoxdur. Tabutdan çıxan sümüklər isə toyuğun bud sümüyü idi...

Hövsan qəbirstanlığı 1991-ci ildə salınıb. İlk vaxtlar orada ruslar dəfn olunurmuşlar. Sonradan müsəlmanlar da basdırılıb. Çox böyük bir ərazini əhatə edən qəbiristanlıqda kimsəsizlərin dəfn olunduğu məzarlığı tapmaq yarım saatdan çox vaxtımızı aldı. Dağılmış torpaq məzarın üzərində təxminən 500-ə yaxın “birka” vardı. Məzarların əksəriyyətinin üzərində olan torpaq eşilmiş, dağılmış vəziyyətdə idi. Yaxınlıqdakı 7 dərin çuxur isə növbəti kimsəsizləri gözləyirdi. Bunu təmtəraqlı məzarları qoruyan, güllərə-çiçəklərə su tökən, addımbaşı “Yasin” oxuyaraq pul qazanan mollalar da təsdiqlədilər.

Qəbiristanlığın özünü təqdim etmək istəməyən gənc müdiri məzarlıqda türmədən, xəstəxanadan gəlmiş kimsəsiz meyitləri dəfn etdiklərini bildirdi:

“Bu dəfnlər dövlətin hesabına olur. Çünki həmin şəxslərin heç kimi yoxdur. Bizə ölüm kağızı göndərilir. Orada bütün qeydlər olur. Biz də tabutu açmadan sadəcə olaraq, torpağa dəfn edirik. Bizim tabutu açmağa ixtiyarımız yoxdur. Buna rəsmi dövlət orqanlarının icazəsi olmalıdır. Günay xanımın dediklərinə cavab olaraq bildirirəm ki, biz həmin tabutu açmamışıq. Bizə tabutu morqdan göndəriblər. Üzərində də ölüm kağızı olub. Biz də onu dəfn etmişik. Tarixlə bağlı dəqiq heç nə deyə bilmərəm. Çünki üzərindən artıq bir ildən çox vaxt keçib”.

Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının müdir müavini Etibar Əlləzov Günay Axundovanın ittihamlarına cavab olaraq bildirdi ki, hazırda şikayət üzrə yenidən araşdırma aparılır: “Vətəndaşın müraciəti nəzərə alınb. Əgər yeni bir fakt üzə çıxarsa, biz bunu sizə də təqdim edəcəyik”.

Bütün bunlar nə deməkdir? Körpəsini itirən dərdli bir ananın çırpıntıları, yoxsa doğrudan da hansısa çirkin bir oyun var? Biz ümid edirik ki, yaxın vaxtlarda baş tutacaq məhkəmə bu suala aydınlıq gətirəcək.
15-ci tabutun sirri: Ana ölmüş körpəsinin meyitini niyə tapa bilmir? – ARAŞDIRMA (FOTO)
15-ci tabutun sirri: Ana ölmüş körpəsinin meyitini niyə tapa bilmir? – ARAŞDIRMA (FOTO)
15-ci tabutun sirri: Ana ölmüş körpəsinin meyitini niyə tapa bilmir? – ARAŞDIRMA (FOTO)
15-ci tabutun sirri: Ana ölmüş körpəsinin meyitini niyə tapa bilmir? – ARAŞDIRMA (FOTO)
15-ci tabutun sirri: Ana ölmüş körpəsinin meyitini niyə tapa bilmir? – ARAŞDIRMA (FOTO)
15-ci tabutun sirri: Ana ölmüş körpəsinin meyitini niyə tapa bilmir? – ARAŞDIRMA (FOTO)
15-ci tabutun sirri: Ana ölmüş körpəsinin meyitini niyə tapa bilmir? – ARAŞDIRMA (FOTO)
15-ci tabutun sirri: Ana ölmüş körpəsinin meyitini niyə tapa bilmir? – ARAŞDIRMA (FOTO)
OXŞAR MÖVZULAR