Impera

XƏBƏR LENTİ
16:00Nəsib Həsənov Azərbaycanın milyardlarını niyə xaricdə gizlədir?16:11Qarabağ Azərbaycandır! Siz anlamalısınız ki... - Saakaşvili15:59Hücumlar dayanmasa...- M.Çavuşoğlu15:47Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:42Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:25Rusiya və Türkiyə qarşı-qarşıya gəldi-Suriya üzərində insident23:18Gücləri birləşdirmədən... - Putin Makronu dəstəklədi23:0723 yaşlı gənc çayda boğuldu - 11 gün idi ki, ailə qurmuşdu...12:05Bakıda ağır qəza: 8 yaşlı uşaq öldü11:44Əgər Tramp yenidən seçilsə... - Vedrin14:05Hər iki ölkə münasibətlərə mənfi təsir edəcək addımlar atacaq - Çavuşoğlu13:57Sabiq prezident Atambayevin arvadına da cinayət işi açıldı-etmə, edərlər...13:49Zakir Həsənov Moskvaya - tamaşaya gedəcək15:23Baş verənlər islam dünyasını radikallaşdıracaq - Müsəlmanlara qarşı növbəti soyqırım...15:15"TÜRK QOŞUNLARI AZƏRBAYCANA GƏLMƏLİDİR" - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU00:33Dili ağzına ağırlıq edən Vidadi, Qabil və s. kimilərə... - Müəllim nəvəsindən CAVAB - VİDEO18:47Paşinyanın çıxışı ilə bağlı etiraz bəyanatı yayıldı - Foto17:46Nə edək, Cənablar?...15:48Atambayevin evinə hücum zamanı əsir götürülən xüsusi təyinatlıların ilk görüntüsü - VİDEO15:38Rusiyada hərbi hissələr partladılır: bu dəfə 2 ölü, 15 yaralı15:31800 milyonluq helikopter...11:28Nabranda batan uşağın meyiti Rusiyada tapıldı10:27Prezident Təhlükəsizlik Şurasını toplayır10:17Xüsusi təyinatlı vuruldu10:11Lerik rayonunda zəlzələ olub.10:03Sumqayıt yolunda iki avtobus toqquşdu: yaralananlar var - FOTO23:48İŞİD əmri Türkiyədə yaxalandı - Foto01:18"Ermənilərin hamısına düşmən kimi baxmayaq..." - Deputat15:24Ərindən boşanan iki uşaq anası özünü səkkizinci mərtəbədən atdı10:50Salyanda yol qəzası - 4 nəfər yaralandı09:43Ərəb koalisiyasının ABŞ-a 299 milyon borcu var - Rebariç16:47Aprelin 26-na MANATIN MƏZƏNNƏSİ12:33Putin Ukraynadakı seçkilərdən danışdı09:59Salyanda ağır yol qəzasında sürücü həyatını itirdi09:52ABŞ mayın ikisindən verdiyi imtiyazları tamamilə ləğv edəcək09:45Ukraynanın yeni prezidentindən yeni müharibə anonsu09:39Bakıda bu yollar bağlandı - Siyahı09:32Bu, Poroşenko üçün ağır və biabırçıdı məğlubiyyətdir - Kosaçev11:55Rus S-300-ləri öldü: İsrail bu raketlərə Rusiyanı aldada biləcək vasitə kimi yanaşır - Retçer11:14Rayonlara qar yağır, leysan olacaq - YENİLƏNİB + FOTO11:04Makron PYD/YPG-çi terrorçularla görüşdü10:55Qatar relsdən çıxdı: yaralılar var10:48Son dəqiqə: Sərnişin avtobusu aşdı: 11 ölü, 29 yaralı20:08Makrondan qalmaqallı qərar — 24 apreli erməni soyqırımı günü elan etdi19:59Rəsmi Bakıdan Yaqlanda CAVAB19:57Dünya şöhrətli professor ürəyin bir nömrəli DÜŞMƏNİNİ AÇIQLADI: Ailə...19:54Poroşenko: Zelenski virtual namizəddir19:52Azərbaycanlı Cənubi Koreyada dövlət məmuru oldu09:52Bakıda ev yandı - Yaralananlar var09:45Sudan da prezidentini devirdi...10:53Netanyahu seçkidə cüzi səslə irəlidədir – Rəsmi nəticələr14:15Netanyahu bütün dünyanı xaosa sürükləyir - Ömər Çelik14:08Zaqatala və Qax silkələnir21:32Şirvanda ev yanıb09:21Bizim Rusiyanın alyansı təhdid etdiyi istiqamətində düşüncəmiz var - NATO toplanır09:11İstambulda səsələr yenidən sayılacaq - Qərar16:50Hindistan Pakistan arasında müharibə gedir - Ölənlər var16:44Sərnişin avtobusu mağazaya girdi – Foto11:53Sərkisyan Tərtərin Çardaqlı kəndinə gəldi - Meydan oxudu11:05Biz sizin axmaq olacağınız anı gözləyirik - Ukraynanın məhv planı10:54Hərdən elə olurdu ki, anamın üzünü görmürdüm - 9 universitetin arzuladığı azərbaycanlı10:45"Cavad xan"-ın rejissoru Rövşən Almuradlı dayanacaqda keçindi10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video09:22Əxlaqsız videoların yayılması təsadüfi deyil: evimizin altında 12 əxlaqsızlıq yuvası var – Politoloq09:04Hər gün şəhid qanı bunlara görəmi axıdırıq?.. Kimin qeyrəti varsa...- Flora Kərimova21:12Bəzi qüvvələr müstəqilliyi demokratiyaya qurban verməyə hazırdır - Sərdar Cəlaloğlu18:55İspaniyada azərbaycanlılar ermənilərə etiraz etdi - Təxribat18:37Azərbaycanda terrorbaşı Öcalan gündəmə gətirilir? - 30 il sonra17:56Rusiya HDD Xəzərdə genişmiqyaslı əməliyyata başlayır17:47Əxlaqsızlığı təbliğ edən videonu yayanlar 2 il müddətinə həbs edilə bilər12:27Bu gündən sosial müavinətlər artırılır - ƏƏSMN12:18Ukraynada seçki ikinci tura keçə bilər - MSK11:57Yunanıstan Xİ naziri Kolumbiya Universitetində mühazirə oxuyacaq11:44CHP-li Əkrəm İmamoğlu İstanbulda AKP-li Binəli Yıldırımı yendi - YSQ11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:24Rus milyarder Almaniyada təyyarə qəzasında həlak oldu - Video20:54İcra başçısının maşını da "başçıdır": Qırmızıda keçməkdə - Video20:45Paytaxtın bu hissəsində su olmayacaq - Azərsu ASC20:40Türkiyə Silahlı Qüvvələri Suriya ilə sərhəddi bərkidir20:36Türkiyədə ilkin nəticələr açıqlanır15:17“Diqlas”dakı sahibkarlara 8.5 milyon manatlıq güzəştli kredit təklif edildi15:07Seçki məntəqəsində dava olub - Ukraynada...12:51Taliban Əfqanıstan ordusunun silah-sursatını ələ keçirdi12:46Venesuela da Azərbaycan kimi növbəti dəfə...– Rəsmi açıqlama18:38Bakıda əcnəbini qarət edən qrup ələ keçirildi18:28Allahşükür Paşazadə Ramzan Kadırovla görüşüb - FOTO18:03ABŞ Britaniyanı da çökdürməkdə qərarlıdır: Breksiti gözləyirik... - Con Bolton17:52ABŞ Tiflisin Rusiya ilə sərhəddə yeni kazino tikməsindən narahatlığını bildirdi - Bu...17:41Azərbaycanlıların qanlı 31 mart soyqırımı ilə bağlı...- Bəyanat15:47Məxfi əlaqə sistemlərini türk həmkarlarımız quraşdırıb - Poroşenko14:04Əliyev-Paşinyan görüşünün nəticələri... - PA rəsmisi açıqladı13:55Narkotik ticarətçisi saxlanıldı - 11,1 kq-lıq malla...13:50Rusiya Orta Asiya respublikalarına xəbərdarlıq etdi: İŞİD gəlir - Rusiya DİN
BÜTÜN XƏBƏRLƏR

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Oddan kül, küldən od: Biri Vətən üçün canını, digəri isə atasını bitirdi... - Raquf Orucov salnaməsi

14 iy 2017, 09:17   
Oddan kül, küldən od: Biri Vətən üçün canını, digəri isə atasını bitirdi... - Raquf Orucov salnaməsi


Əslində bu gün biz hamılıqla bir R.Orucov haqqında danışmalı və yazmalıydıq. Bu adam hamımızın yaxşı tanıdığı və xüsusən də 2016-cı il aprel döyüşləri zamanı şəhid olan dəyərli qardaşımız polkovnik-leytenant Raquf İbrahim oğlu Orucov olmalıydı. Lakin, bu gün səhərdən az qala bütün yazılı və elektron mətbuatımız bir başqa R.Orucov haqqında yazır və danışır. Bu adam general oğlu, az yaşının olmasına baxmayaraq artıq kifayət qədər "işlərə" imza atmış Rüstəm Orucovdur. Çox təəssüf ki, o öz hərəkətləri ilə general adını daşıyan atasının və ümumiyyətlə zabit adını daşıyan insanların nüfuzuna çox pis zərbə vurdu.
Mən 12 iyul 1972-ci ildə Ağdam rayonunda anadan olan və öz şərəfli zabit adı ilə Şəhidlik zirvəsinə ucalan və hər bir Azərbaycanlı üçün etalon olan Raquf Orucovla gerçəkdən fəxr edirəm. O, gerçəkdən fəxr ediləsi oğullardan biri idi. Amma, bir başqa R.Orucov isə... Həqiqətən də cinayət(lər) törədərək özünü də, ailəsini də, general atasını da pis vəziyyətinə salan balaca R.Orucov nədənsə Vətəni, xalqı üçün çox böyük işlər görmüş böyük R.Orucova nə bənzəyə bilmədi, nə də ona oxşamağa çalışmadı.
Şəxsən mənim üçün hər iki məqam çox ağrılı və acılı bir mənzərədir. Silahlı Qüvvələrin iki demək olar ki, eyni yolu seçmiş nümayəndəsinin tam əks qütblərdə dayanan həyat və fəaliyyətləri. Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbində təhsil alan, ayrı-ayrı hərbi hissə və birləşmələrdə briqada komandiri kimi yüksək vəzifəyə yüksələn, yalnız polkovnik-leytenant rütbəsini qazanan Raqub Orucov. Və bir başqa Ali Hərbi Məktəbdə tankçı ixtisası üzrə təhsil alan, ancaq tabor komandirindən yuxarı vəzifəyə yüksələ bilməyən,sonradan general-mayor rütbəsini alan Novruzəli Orucov adlı general.
Qeyri-ixtiyarı gözlərimin önündə Sumqayıtdakı Şəhidlər Xiyabanındakı müqəddəs məkanda Raqub Orucovun məzarı başında ürək dağlayan bir sayğı duruşunda duran gül balalar və bu gün mətbuatda general oğlunun son dərəcə qəzəb doğuran, razılıq əlaməti kimi insanlara acıq vermək üçün müxtəlif rakurslarda, məkanlarda bahalı avtomobillər, istirahət yerlərində lentə alınmış fotogörüntüləri. Necə deyərlər, yiyəsinə qismət, əgər ortalıqda halallıq varsa. Amma, şəxsən mənim üçün bu gün ən ağrılı olan o oldu ki, istər sosial şəbəkələrdə, istərsə də saysız-hesabsız elektron nəşrlərin yazılarının altında ən hiddətdoğurucu sözlər və münasibətlər oldu... Bu işləri kimsə kənardan idarə edə bilməz və bilmir. Bunu normal insanların harınlaşmış, qudurğan bəzi şəxslərin özlərinin və yaxınlarının ölkənin qayda-qanunlarına sayğısızlıq göstərənlərə üsyanı kimi də qəbul etmək olar. Qərarı özünüz verin. Ortalıqda tam əks qütblərdə olan iki R.Orucov taleyi var. Biri öz halal və kişiyanə həyat tərzi ilə milyonların alqışını, rəğbətini qazanıb Şəhid kimi haqq dünyasına qovuşan qardaşımız. Bir başqa R.Orucov isə, milyonlarla həmvətəninin nifrətini və qarğışını qazanaraq həbsə gedən bir cavan oğlan. Allah bütün azadlığı əlindən alınan insanların qapılarını açsın. Amma, inanmıram ki, belə gedişlə iki R.Orucovlardan biri özünə bəraət qazandıra bilsin.Torpaqları uğrunda canını fəda edən qəhrəman zabitimiz Raqub Orucovumuz illər böyu öz adı, əməli ilə qəlbimizdə olacaq. Və daim xatırlanacaq. Bəs görəsən, bu günə kimi o qədər də xidmətləri və zəhməti, əziyyəti olmayan bir başqa R.Orucov necə və hansı adla xatırlanacaq?
Şəxsən çox üzüldüm tanıdığım general-mayor N.Orucovun düşdüyü acınacaqlı duruma və yaşadığı acılara görə. Ən azından o gərək yaranmış vəziyyətə görə hər kəsdən, ən başlıcası isə qarşı tərəfdən üzr istəyərək susaydı. Danışdıqları ilə isə o özünü də, övladını da daha da ağır bir duruma salmış oldu.
Bu illər ərzində Raqub Orucov "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli, "Hərbi xidmətlərə görə" ,"Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı, 2003-cü ildə "Qüsursuz xidmətə görə" III dərəcəli medalı, 2008 –ci ildə "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı, yenə 2008-ci ildə "Qüsursuz xidmətə görə" II dərəcəli medalı, 2013-cü ildə "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, 2013-cü ildə "Qüsursuz xidmətə görə" I dərəcəli medallları ilə təltif olunmuşdu. 2016-cı ilin aprel ayının əvvəlindən polkovnik-leytenant Raquf Orucov sonuncu döyüşünə qatıldı. Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, I Qarabağ müharibəsinin iştirakçısı, 2016-cı ildə Aprel döyüşləri zamanı qəhrəmancasına Şəhid oldu.
Bakıda isə general oğlu olan R.Orucov tamam başqa "döyüşlərdə" iştirak edirdi. Və sonda da 2017-ci ilin iyul ayında küçə "döyüşlərini" başa vurmağa məcbur oldu. Özü də, çox pis və rüsvayçı bir şəkildə.
Bu gün biz sizinlə iki ayrı-ayrı R.Orucovlar haqqında danışdıq. Əslində hər birimiz Qəhrəman zabitimiz Raqub Orucov haqqında danışmalı və yazmalıydıq. Təəssüflər olsun ki, bu gün hamı bir başqa R.Orucov haqqında danışır və "ürəyini böşalıdır"
Bu da Tanrının yaratdığı biz insanlara bir ibratəmiz dərsidir ki, Azərbaycan adlı məmləkətdə xalq və cəmiyyət öz həqiqi qəhrəmanı olan Şəhid Raqub Orucov haqqında danışmaq əvəzinə, tam başqa bir "qəhrəman" haqqında durmadan yazır və danışır.
Allah Şəhidlərimizə rəhmət eləsin!
Allah yolunu azmış, harınlamağa meyilli insanları isə hidayət etsin!
P.S. Çox məsələlərə toxunmaq istəyirdim, amma düşündüm ki, hər iki R.Orucovların özlərinin, doğma və əzizlərinin yarasını təzələmiş olaram...
Oddan kül, küldən od: Biri Vətən üçün canını, digəri isə atasını bitirdi... - Raquf Orucov salnaməsi

Üzeyir Cəfərov,
tanınmış hərbi ekspert
OXŞAR MÖVZULAR