Impera

XƏBƏR LENTİ
16:11Qarabağ Azərbaycandır! Siz anlamalısınız ki... - Saakaşvili15:59Hücumlar dayanmasa...- M.Çavuşoğlu15:47Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:42Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:25Rusiya və Türkiyə qarşı-qarşıya gəldi-Suriya üzərində insident23:18Gücləri birləşdirmədən... - Putin Makronu dəstəklədi23:0723 yaşlı gənc çayda boğuldu - 11 gün idi ki, ailə qurmuşdu...12:05Bakıda ağır qəza: 8 yaşlı uşaq öldü11:44Əgər Tramp yenidən seçilsə... - Vedrin14:05Hər iki ölkə münasibətlərə mənfi təsir edəcək addımlar atacaq - Çavuşoğlu13:57Sabiq prezident Atambayevin arvadına da cinayət işi açıldı-etmə, edərlər...13:49Zakir Həsənov Moskvaya - tamaşaya gedəcək15:23Baş verənlər islam dünyasını radikallaşdıracaq - Müsəlmanlara qarşı növbəti soyqırım...15:15"TÜRK QOŞUNLARI AZƏRBAYCANA GƏLMƏLİDİR" - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU00:33Dili ağzına ağırlıq edən Vidadi, Qabil və s. kimilərə... - Müəllim nəvəsindən CAVAB - VİDEO18:47Paşinyanın çıxışı ilə bağlı etiraz bəyanatı yayıldı - Foto17:46Nə edək, Cənablar?...15:48Atambayevin evinə hücum zamanı əsir götürülən xüsusi təyinatlıların ilk görüntüsü - VİDEO15:38Rusiyada hərbi hissələr partladılır: bu dəfə 2 ölü, 15 yaralı15:31800 milyonluq helikopter...11:28Nabranda batan uşağın meyiti Rusiyada tapıldı10:27Prezident Təhlükəsizlik Şurasını toplayır10:17Xüsusi təyinatlı vuruldu10:11Lerik rayonunda zəlzələ olub.10:03Sumqayıt yolunda iki avtobus toqquşdu: yaralananlar var - FOTO23:48İŞİD əmri Türkiyədə yaxalandı - Foto01:18"Ermənilərin hamısına düşmən kimi baxmayaq..." - Deputat15:24Ərindən boşanan iki uşaq anası özünü səkkizinci mərtəbədən atdı10:50Salyanda yol qəzası - 4 nəfər yaralandı09:43Ərəb koalisiyasının ABŞ-a 299 milyon borcu var - Rebariç16:47Aprelin 26-na MANATIN MƏZƏNNƏSİ12:33Putin Ukraynadakı seçkilərdən danışdı09:59Salyanda ağır yol qəzasında sürücü həyatını itirdi09:52ABŞ mayın ikisindən verdiyi imtiyazları tamamilə ləğv edəcək09:45Ukraynanın yeni prezidentindən yeni müharibə anonsu09:39Bakıda bu yollar bağlandı - Siyahı09:32Bu, Poroşenko üçün ağır və biabırçıdı məğlubiyyətdir - Kosaçev11:55Rus S-300-ləri öldü: İsrail bu raketlərə Rusiyanı aldada biləcək vasitə kimi yanaşır - Retçer11:14Rayonlara qar yağır, leysan olacaq - YENİLƏNİB + FOTO11:04Makron PYD/YPG-çi terrorçularla görüşdü10:55Qatar relsdən çıxdı: yaralılar var10:48Son dəqiqə: Sərnişin avtobusu aşdı: 11 ölü, 29 yaralı20:08Makrondan qalmaqallı qərar — 24 apreli erməni soyqırımı günü elan etdi19:59Rəsmi Bakıdan Yaqlanda CAVAB19:57Dünya şöhrətli professor ürəyin bir nömrəli DÜŞMƏNİNİ AÇIQLADI: Ailə...19:54Poroşenko: Zelenski virtual namizəddir19:52Azərbaycanlı Cənubi Koreyada dövlət məmuru oldu09:52Bakıda ev yandı - Yaralananlar var09:45Sudan da prezidentini devirdi...10:53Netanyahu seçkidə cüzi səslə irəlidədir – Rəsmi nəticələr14:15Netanyahu bütün dünyanı xaosa sürükləyir - Ömər Çelik14:08Zaqatala və Qax silkələnir21:32Şirvanda ev yanıb09:21Bizim Rusiyanın alyansı təhdid etdiyi istiqamətində düşüncəmiz var - NATO toplanır09:11İstambulda səsələr yenidən sayılacaq - Qərar16:50Hindistan Pakistan arasında müharibə gedir - Ölənlər var16:44Sərnişin avtobusu mağazaya girdi – Foto11:53Sərkisyan Tərtərin Çardaqlı kəndinə gəldi - Meydan oxudu11:05Biz sizin axmaq olacağınız anı gözləyirik - Ukraynanın məhv planı10:54Hərdən elə olurdu ki, anamın üzünü görmürdüm - 9 universitetin arzuladığı azərbaycanlı10:45"Cavad xan"-ın rejissoru Rövşən Almuradlı dayanacaqda keçindi10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video09:22Əxlaqsız videoların yayılması təsadüfi deyil: evimizin altında 12 əxlaqsızlıq yuvası var – Politoloq09:04Hər gün şəhid qanı bunlara görəmi axıdırıq?.. Kimin qeyrəti varsa...- Flora Kərimova21:12Bəzi qüvvələr müstəqilliyi demokratiyaya qurban verməyə hazırdır - Sərdar Cəlaloğlu18:55İspaniyada azərbaycanlılar ermənilərə etiraz etdi - Təxribat18:37Azərbaycanda terrorbaşı Öcalan gündəmə gətirilir? - 30 il sonra17:56Rusiya HDD Xəzərdə genişmiqyaslı əməliyyata başlayır17:47Əxlaqsızlığı təbliğ edən videonu yayanlar 2 il müddətinə həbs edilə bilər12:27Bu gündən sosial müavinətlər artırılır - ƏƏSMN12:18Ukraynada seçki ikinci tura keçə bilər - MSK11:57Yunanıstan Xİ naziri Kolumbiya Universitetində mühazirə oxuyacaq11:44CHP-li Əkrəm İmamoğlu İstanbulda AKP-li Binəli Yıldırımı yendi - YSQ11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:24Rus milyarder Almaniyada təyyarə qəzasında həlak oldu - Video20:54İcra başçısının maşını da "başçıdır": Qırmızıda keçməkdə - Video20:45Paytaxtın bu hissəsində su olmayacaq - Azərsu ASC20:40Türkiyə Silahlı Qüvvələri Suriya ilə sərhəddi bərkidir20:36Türkiyədə ilkin nəticələr açıqlanır15:17“Diqlas”dakı sahibkarlara 8.5 milyon manatlıq güzəştli kredit təklif edildi15:07Seçki məntəqəsində dava olub - Ukraynada...12:51Taliban Əfqanıstan ordusunun silah-sursatını ələ keçirdi12:46Venesuela da Azərbaycan kimi növbəti dəfə...– Rəsmi açıqlama18:38Bakıda əcnəbini qarət edən qrup ələ keçirildi18:28Allahşükür Paşazadə Ramzan Kadırovla görüşüb - FOTO18:03ABŞ Britaniyanı da çökdürməkdə qərarlıdır: Breksiti gözləyirik... - Con Bolton17:52ABŞ Tiflisin Rusiya ilə sərhəddə yeni kazino tikməsindən narahatlığını bildirdi - Bu...17:41Azərbaycanlıların qanlı 31 mart soyqırımı ilə bağlı...- Bəyanat15:47Məxfi əlaqə sistemlərini türk həmkarlarımız quraşdırıb - Poroşenko14:04Əliyev-Paşinyan görüşünün nəticələri... - PA rəsmisi açıqladı13:55Narkotik ticarətçisi saxlanıldı - 11,1 kq-lıq malla...13:50Rusiya Orta Asiya respublikalarına xəbərdarlıq etdi: İŞİD gəlir - Rusiya DİN13:43Elçin Quliyev "Qazax" sərhəd xidmətçiləriylə görüşdü - Foto
BÜTÜN XƏBƏRLƏR

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Bakıda yeni doğmuş anaya səhv qan köçürdülər

25 in 2017, 19:23   
Bakıda yeni doğmuş anaya səhv qan köçürdülər

Bakıdakı Respublika Perinatal Mərkəzində müalicə olunan hamilə qadına səhv qan köçürülüb.

Altun.az lent.az-a istinadən xəbər verir ki, bu barədə xəstəxananın Doğum şöbəsinə yerləşdirilən xəstə Sevinc Məmmədlinin atası Məhəbbət Məmmədov modern.az-a məlumat verib. O bildirib ki, qızı iyunun 4-də Respublika Perinatal Mərkəzində qeysəriyyə əməliyyatı olunub.

Atanın dediyinə görə, həkimlər qızına +II yox, səhvən -II qan köçürüb və onun vəziyyəti ağırlaşıb:

"Biz o xəstəxanaya 1000 manat pul ödədik. Əməliyyat olan gün axşamtərəfi getdim, qızıma baş çəkəm, amma onu meyit vəziyyətində gördüm. Onda daxili qanaxma baş verib, həkim də orada olmayıb. Tibb bacısı həkimlə əlaqə saxlayıb və qanaxma haqda ona məlumat verib. Soruşub ki, xəstəyə qan vursun, ya yox? Həkim də deyib ki, qan vursun. Qızımın qan qrupu +II RH ola-ola, ona -II RH rezuslu qan vurublar. Həmin qan da qızımın daxili orqanlarını zədələyib. Daxildəki bütün kapilyar damarları partlayıb. Mən 8 gün həmin xəstəxananın qarşısında zülm çəkdim. Daha sonra həmin xəstəxananın baş həkimi vasitəsilə qızımı Baku Medical Plaza klinikasına köçürdük".

M.Məmmədov deyir ki, qızının müalicəsinin davamı üçün artıq imkanları çatmır:

"İyunun 9-dan qızım Baku Medical Plazada müalicə olunur. Respublika Perinatal Mərkəzi Baku Medical Plazaya 13500 manat pul ödədi. Sonra isə dedilər ki, onların vəsaiti yoxdur, ödəmirlər. Daha sonra isə qızımın sağlamlığını düşünərək, pulu özüm ödəməyə başladım. Hər gün xəstəxanaya 240 manat pul ödəyirəm. Artıq borc etmədiyim yer qalmayıb. Respublika Perinatal Mərkəzi mənə həm maddi, həm də mənəvi ziyan vurub. Mən çıxılmaz vəziyyətdə qalmışam. Bilmirəm ki, dərdimi hara və kimə deyim. İmkanlı şəxslərdən xahiş edirəm ki, qızımı ayaq üstə qaldırmağıma mənə maddi kömək etsinlər".

Respublika Perinatal Mərkəzin direktoru, baş mama-ginekoloq Sevinc Məmmədova bildirib ki, mərkəzdə olan qan -II yox, +II qan qrupuna aid olub:

"Həmin qan "Qan Bankı"ndan alınıb. Bizdə ağır xəstələr olduğu üçün həmişə Qan Bankından qan alıb ehtiyat üçün saxlayırıq. Ehtiyat qanları mütəmadi olaraq yoxlayıb, yeniləyirik. Həmin xəstəyə də +II RH qan köçürülüb. Bizim Qan Bankından alıb soyuducuda saxladığımız qan +II RH olub. Yəni əlimizdə olan qan paketinin üzərinə Qan Bankında vurulan pasport, ştampa görə, içərisindəki qan +II RH-dır. Həmin qan paketinin içində müsbət yox, mənfi qan olmasını isə tibbi ekspertiza müəyyən edə bilər".

Direktor bildirib ki, xəstəyə vurulan qanı saxlayıblar, pasportu, sertifikatı da üzərindədir:

"Gəlsinlər, aparıb ekspertiza etsinlər ki, içindəki qan müsbətdir, ya mənfi. Əgər üzərində Qan Bankının +II RH möhürü vurulan qan paketinin içərisindən -II RH qan çıxırsa, bu zaman məsuliyyət Qan Bankının üzərinə düşür".

S.Məmmədova bildirib ki, qan köçürmə prosesi qaydalara uyğun icra edilib və birinci bioloji sınaq qoyulduğu zaman heç bir fəsadlaşma qeydə alınmayıb:

"Qan köçürən həkim işi qaydalara uyğun icra edib. Yəni qan "Qan Bankı"ndan alınıb, qanın sertifikatı var, qanın toplanması, qanın saxlanması pasportu həmin qan paketinin üstündə var, o qan heç bir insandan birbaşa götürülüb vurulmayıb. Qan sertifikasiya olunub və istifadədən əvvəl bioloji sınaq qoyulub. Bioloji sınağın nəticələri fiksasiya olub. Qanın köçürülmə texnikasının bütün bəndlərinə uyğun olaraq qan köçürülüb. Bu qan köçürülüb və xəstənin qanı eyni qruplu qana normal reaksiya verib. Eyni zamanda qadında kəskin qan azlığı olduğu üçün qan köçürməklə bağlı göstəriş olub".

Mərkəz direktorunun sözlərinə görə, əgər xəstənin qanı -II RH olsaydı və biz ona +II RH qan köçürsəydilər, o zaman çox təhlükəli ola bilərdi:

"Xəstənin qanında artıq antigenlər var idi. -II qan isə təmiz qandır və tərkibində antigen yoxdur. Ona görə təmiz antigensiz qanı hətta +II-ə köçürmüş olsaq da, təhlükəli reaksiya verməzdi. Xəstədə digər səbəbdən qan hemolizə uğrayıb, yəni qan damarlarda parçalanmağa başlayıb. Bu, qanköçürmə zamanı baş verə biləcək bir fəsaddır və bu hal ölümlə nəticələnmir".

Mərkəzin direktoru qeyd edib ki, ilk 5 gündə xəstəyə Perinatal Mərkəzdə yardım edilib və sonra Baku Medical Plazaya köçürülüb:

"İlk günlərdə lazım olan bütün tibbi yardımı göstərdik. Aparatlara qoşduq, qan, qan plazma ilə xəstəni ağır durumdan çıxartdıq. Sonra xəstəyə geniş profilli aparat və nəzarət lazım olduğundan valideynlərin razılığı ilə Baku Medical Plazaya köçürtdük. Həmin xəstəxanaya da 17 min pul köçürtmüşük. Ailə imkanının olmadığını dedi və biz də 19 yaşlı bir ananın ölməsinə razı ola bilməzdik. Bu pul Mərkəzin hesabına yığıldı. Baku Medical Plazada üç gün sonra xəstənin durumu yaxşı olduğundan indi ikinci mərhələdə reabilitasiya müalicəsi alır. Hər gün durumu ilə maraqlanırıq. Əslində, biz danışmışdıq ki, xəstənin vəziyyəti yaxşı olandan sonra bizə qaytarılsın və yerdə qalan müalicəsini biz dövlət hesabına təmin edək. Ancaq atası razı olmadı və onlar özəl xəstəxanada daha yaxşı tibbi xidmət göstəriləcəyini düşündülər".

S.Məmmədova onu da qeyd edib ki, xanımda hamiləliyin özünün fəsadlaşması olub və hamiləlik zamanı müayinələrə çox getməyib:

"Sonuncu müayinədə qadında anemiya olduğu müəyyən edildi. Həm də dar çanaq, anemiya və bətndaxili hipoksiya olduğundan qeysəriyyə etməli olduq. Oğlan övladı dünyaya gəlib. Uşağa 15 gün biz baxdıq. Pampers, yeməklə təmin etdik və durumu yaxşıdır. Heç bir xəstəliyi yoxdur".
OXŞAR MÖVZULAR