Bugün:

"Yeni Bakı" sakinləri: "Həyatımız təhlükə qarşısındadır" - MÜRACİƏT

31 may 2017, 00:10, altun
    Oxunub: 323
"Yeni Bakı" sakinləri: "Həyatımız təhlükə qarşısındadır" - MÜRACİƏT



"Yeni Bakı" yaşayış kompleksinin sakinləri yenidən Prezident İlham Əliyevə, baş prokuror Zakir Qaralova, Daxili işlər naziri Ramil Usubova məktubla müraciət ediblər. Altun.az yeniavaz.com-a istinadən xəbər verir ki, bu barədə "Yeniavaz.com" saytına sözügedən yaşayış kompleksinin sakinləri məlumat veriblər.
"Cənab Prezident, biz - Abşeron rayonu, Masazır qəsəbəsi, "Yeni Bakı" yaşayış kompleksinin bu sənədə imza atan sakinləri həyatımıza və əmlakımıza artıq yaranmış təhlükə ilə bağlı Sizə müraciət edirik. Belə ki, biz "İlin Dörd Fəsli" (İDF) MMC-nin inşa etdirdiyi bu kompleksdə mənzil aldığımız və yaşamağa başladığımız gündən etibarən burada bir sıra qanunsuzluqların və özbaşınalıqların şahidi olmuşuq. Sistemli şəkildə həyata keçirilən bu qanunsuzluqlar kompleksdə mənzil alan sakinlərdən qeyri-qanuni ödənişlərin tələb edilməsindən tutmuş, onların dinc yaşamaq hüquqlarının kobud şəkildə pozulmasına qədər bir sıra məsələləri əhatə edir. Kompleks tikilib başa çatsa da, burada hələ də elektrik enerjisi və su-kanalizasiya xidmətləri dövlətin aidiyyəti qurumlarına təhvil verilməyib (halbuki sayğaclara görə sakinlərin hər birindən 700-800 manat pul da yığılıb ki, bu da qanunsuzdur). Bunun əvəzinə kompleksdə qeyri-qanuni fəaliyyət göstərən komendantlıq sakinlərin evlərinə heç bir qanuni əsası olmayan kağız parçaları (burada heç bir sayğac göstəricisi öz əksini tapmır, sadəcə "bu qədər borcunuz var" ifadəsi yer alır, üstəlik, sənədin hansı qurum tərəfindən göndərildiyi və borclunun kim olduğu qeyd olunmur) göndərməklə, onların borclarının olduğunu bildirir. Hər gün mənzillərimizin qapıları komendant Ehtiram Yusifovun göndərdiyi tanımadığmız naməlum şəxslər tərəfindən döyülərək bizlərdən qeyri-qanuni pul tələb edirlər. Demək olar ki, hər gün məzillərimizin işıqları komendantlıq tərəfindən kəsilir, bu hədələrə baş əyməyənləri isə mühafizəçi kimi işə götürdüyü şəxslərin hücumuna məruz qoyur. Hətta bu "mühafizəçi"lərdən bəziləri sərxoş vəziyyətdə sakinlərə hücum edir, onları bıçaqla hədələməkdən də çəkinmirlər. İki həftə əvvəl isə bu "mühafizəçilər" sakinlərin üzərinə "kuvald" ilə hücum çəkib, bir neçə sakini yaralayıblar. Bu fakt ilə bağlı artıq Abşeron Rayon Polis İdarəsinə müraciət etmişik. Möhtərəm Prezident, biz bir qrup sakin olaraq, İDF MMC-nin rəhbəri Elnur Hüseynovu və onun şəhərciyə qeyri-qanuni şəkildə komendant təyin etdiyi Ehtiram Yusifovu dəfələrlə qanuni fəaliyyətə dəvət etməyimizə, fundamental hüquqlardan biri olan dinc yaşamaq hüququmuza hörmətlə yanaşmağa, mənzil satarkən üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməyə dəvət etsək də, bizim bu çağırışlarımız nəinki nəticəsiz qalıb, üstəlik, onların hədə və böhtanları ilə yanaşı, həyatımız belə təhlükə qarşısındadır. "İlin Dörd Fəsli" MMC Yeni Bakı yaşayış kompleksinin sakinlərini fiziki və mənəvi təzyiqlərə məruz qoyur. Şəhərcikdə yaşayan gənc ailələrə törətdikləri bütün qanunsuzluqların arxasında yüksək vəzifəli məmurların dayandıqlarını arqument gətirərək, onları şantaj edirlər. Öz həyatların qorxusuna düşən bəzi sakinlər artıq bu təzyiqlərin qurbanlarına çevriliblər. İnsanların məlumatsızlığı isə bu zülmlərin nəticələrinin daha da ağır olmasına şərait yaradır. Hörmətli Prezident, Bizlər aldığımız mənzillərimizdə rahat gecələri yata bilmirik, günümüz demək olar ki, səksəkə və həyəcan içində keçir. Həm özümüzün, həm də ailə üzvlərimizin həyatına, həmçinin əmlakımıza ciddi təhlükə var və getdikcə daha azğın şəkil almaqdadır. Bütün bunların sifarişçisi İDF MMC-nin rəhbəri Elnur Hüseynov, icraçısı isə "Yeni Bakı" yaşayış kompleksinin komendantı Ehtiram Yusifovdur. Sizdən xahiş edirik ki, real təhlükəni nəzərə alaraq, vəziyyəti nəzarətinizə götürəsiniz və aidiyyəti qurumlara tədbir almaları üçün göstəriş verəsiniz. Hər şeyə görə əvvəlcədən Sizə təşəkkürümüzü bildiririk",-deyə məktubda qeyd olunur.
"Yeni Bakı" sakinləri: "Həyatımız təhlükə qarşısındadır" - MÜRACİƏT
loading...