Bugün:
Altun.az


Əsgərimizin meyitini niyə qaytarmırlar?

05 yan 2017, 20:24, altun
    Oxunub: 50
Əsgərimizin meyitini niyə qaytarmırlar?

Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı nümayəndəliyi qarşı tərəflə dialoqlar aparır

Cəbhədə erməni təxribatının qarşısını alan zaman neytral zonada şəhid olan hərbçilərimizin nəşinin qaytarılması istiqamətində danışıqlar çox vaxt gecikir. Hər dəfə Ermənistan beynəlxalq humanitar normaların prinsiplərinə öz hörmətsizliyini göstərir. Sonuncu dəfə dekabrın 29 - da Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupunun təxribatının qarşısını alarkən şəhid olan əsgərimiz Çingiz Qurbanovun nəşi Ermənistanın nəzarəti altında olan ərazidə qalıb.

Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynovadan, şəhidin nəşinin qaytarılması istiqamətindəki danışıqlarla bağlı xəbər aldıq. İlahə Hüseynova qarşı tərəflə dialoqların aparıldığını və hələki müsbət bir nəticənin verilmədiyini dedi. Şöbə rəhbəri bu məsələnin konfidensial olduğunu nəzərə alaraq daha ətraflı məlumat verə bilməyəcəyini əlavə etdi.

Məsələdən çıxış yolu kimi 3–cü tərəfi qoşmaq olar. Əgər vasitəçilik edən tərəf olarsa, meyidin qaytarılması prosesi tez başa çatar. İndiyə kimi bəzi proseslərdə özü də iştirak etmiş ekspert Azad İsazadə bu məsələnin həqiqətən də uzun bir mərhələ olduğunu deyir. Lakin indiki vəziyyətdə məsələni daha da çətinləşdirən Ermənistan tərəfidir.

Nəticə etibarı ilə meyitlərin qaytarılması prosesini Ermənistan tərəfi ləngidir. Lakin bu prosesin tez olduğu dövrdə olub. Məsələn, ötən ilin aprel döyüşlərində isə ermənilər meyitlərin qaytarılmasına ona görə tezliklə razı oldular ki, Azərbaycan tərəfinin nəzarətində də çoxlu düşmən meyiti qalmışdı. İndi isə Azərbaycan əsgərinin meyiti düşmən əlindədir və onu qaytarmaq istəmirlər.