Bugün:
Altun.az


Xəzərdə növbəti FACİƏ: Meydança uçdu, ölən...

05 yan 2017, 18:55, altun
    Oxunub: 110
Xəzərdə növbəti FACİƏ: Meydança uçdu, ölən...

Bu gün səhərə yaxın Azneft İB-nin N.Nərimanov adına NQÇİ-nə məxsus 41 saylı platformasındakı çənlərə gəmi vasitəsilə dizel yanacağı doldurularkən (Ələt tərəfdə) yanacaq doldurulmuş çənlərin ağırlığına dözməyən meydança uçub.

Altun.az xəbər verir ki, bu barədə QHT sədri Mirvarid Qəhrəmanlı sosial şəbəkə hesabında yazıb:

"Aldığımız məlumata görə, bu gün səhərə yaxın Azneft İB-nin N.Nərimanov adına NQÇİ-nə məxsus 41 saylı platformasındakı çənlərə gəmi vasitəsilə dizel yanacağı doldurularkən (Ələt tərəfdə) yanacaq doldurulmuş çənlərin ağırlığına dözməyən meydança uçub. Çənlər dənizə düşüb. Ölüm hadisəsi olmayıb. İşçilər başqa platformaya köçürülüblər. Dənizin çirklənməsi yəqin Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yoxlanılacaq. Hazırda Neftqaztikinti trestinin rəhbərliyi hadisə yerindədir. Onu da qeyd edim ki, baş verən qəza hadisələrində, bu trestin də məsuliyyəti az deyil. Trestin fəaliyyətinin də araşdırılması məqsədə uyğundur. Dəqiqləşdirmə aparırıq".