Bugün:
Altun.az


Meyiti tapılan neftçinin SON SÖZÜ: "Kəlmeyi-şəhadəti deyib oturmuşuq"

16 dek 2016, 11:30, altun
    [declination=4 404]Oxunub: | [/declination]4 404
Meyiti tapılan neftçinin SON SÖZÜ: "Kəlmeyi-şəhadəti deyib oturmuşuq"

Dünən Xəzərdə baş verən faciədə həlak olan neftçi İlham Qafarovun meyiti yaxın dəqiqələrdə dənizdən sahilə çıxarılacaq.

Altun.az xəbər verir ki, mərhum neftçinin ailəsi onun cənazəsini qarşılamaq üçün Sahil qəsəbəsinə - limana gedib.

Dənizə düşən 10 nəfərdən meyiti tapılan yeganə neftçi olan İ.Qafarovun ailəsi ilə son söhbətinin də məğzi məlum olub. Qəza baş verməzdən əvvəl həyat yoldaşı ilə danışan İ.Qafarov ona belə deyib: "Külək aləmi dağıdır. Kəlmeyi-şəhadəti deyib, oturmuşuq. Gözləyirik".

O da məlum olub ki, İ.Qafarovun qardaşı da dənizçidir və onlar birgə işləyirlər. Xoşbəxtlikdən Davud Qafarov faciə zamanı xilas ola bilib. Hazırda o, qardaşının nəşi ilə birlikdə sahilə yanaşır.