Impera

XƏBƏR LENTİ
16:11Qarabağ Azərbaycandır! Siz anlamalısınız ki... - Saakaşvili15:59Hücumlar dayanmasa...- M.Çavuşoğlu15:47Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:42Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:25Rusiya və Türkiyə qarşı-qarşıya gəldi-Suriya üzərində insident23:18Gücləri birləşdirmədən... - Putin Makronu dəstəklədi23:0723 yaşlı gənc çayda boğuldu - 11 gün idi ki, ailə qurmuşdu...12:05Bakıda ağır qəza: 8 yaşlı uşaq öldü11:44Əgər Tramp yenidən seçilsə... - Vedrin14:05Hər iki ölkə münasibətlərə mənfi təsir edəcək addımlar atacaq - Çavuşoğlu13:57Sabiq prezident Atambayevin arvadına da cinayət işi açıldı-etmə, edərlər...13:49Zakir Həsənov Moskvaya - tamaşaya gedəcək15:23Baş verənlər islam dünyasını radikallaşdıracaq - Müsəlmanlara qarşı növbəti soyqırım...15:15"TÜRK QOŞUNLARI AZƏRBAYCANA GƏLMƏLİDİR" - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU00:33Dili ağzına ağırlıq edən Vidadi, Qabil və s. kimilərə... - Müəllim nəvəsindən CAVAB - VİDEO18:47Paşinyanın çıxışı ilə bağlı etiraz bəyanatı yayıldı - Foto17:46Nə edək, Cənablar?...15:48Atambayevin evinə hücum zamanı əsir götürülən xüsusi təyinatlıların ilk görüntüsü - VİDEO15:38Rusiyada hərbi hissələr partladılır: bu dəfə 2 ölü, 15 yaralı15:31800 milyonluq helikopter...11:28Nabranda batan uşağın meyiti Rusiyada tapıldı10:27Prezident Təhlükəsizlik Şurasını toplayır10:17Xüsusi təyinatlı vuruldu10:11Lerik rayonunda zəlzələ olub.10:03Sumqayıt yolunda iki avtobus toqquşdu: yaralananlar var - FOTO23:48İŞİD əmri Türkiyədə yaxalandı - Foto01:18"Ermənilərin hamısına düşmən kimi baxmayaq..." - Deputat15:24Ərindən boşanan iki uşaq anası özünü səkkizinci mərtəbədən atdı10:50Salyanda yol qəzası - 4 nəfər yaralandı09:43Ərəb koalisiyasının ABŞ-a 299 milyon borcu var - Rebariç16:47Aprelin 26-na MANATIN MƏZƏNNƏSİ12:33Putin Ukraynadakı seçkilərdən danışdı09:59Salyanda ağır yol qəzasında sürücü həyatını itirdi09:52ABŞ mayın ikisindən verdiyi imtiyazları tamamilə ləğv edəcək09:45Ukraynanın yeni prezidentindən yeni müharibə anonsu09:39Bakıda bu yollar bağlandı - Siyahı09:32Bu, Poroşenko üçün ağır və biabırçıdı məğlubiyyətdir - Kosaçev11:55Rus S-300-ləri öldü: İsrail bu raketlərə Rusiyanı aldada biləcək vasitə kimi yanaşır - Retçer11:14Rayonlara qar yağır, leysan olacaq - YENİLƏNİB + FOTO11:04Makron PYD/YPG-çi terrorçularla görüşdü10:55Qatar relsdən çıxdı: yaralılar var10:48Son dəqiqə: Sərnişin avtobusu aşdı: 11 ölü, 29 yaralı20:08Makrondan qalmaqallı qərar — 24 apreli erməni soyqırımı günü elan etdi19:59Rəsmi Bakıdan Yaqlanda CAVAB19:57Dünya şöhrətli professor ürəyin bir nömrəli DÜŞMƏNİNİ AÇIQLADI: Ailə...19:54Poroşenko: Zelenski virtual namizəddir19:52Azərbaycanlı Cənubi Koreyada dövlət məmuru oldu09:52Bakıda ev yandı - Yaralananlar var09:45Sudan da prezidentini devirdi...10:53Netanyahu seçkidə cüzi səslə irəlidədir – Rəsmi nəticələr14:15Netanyahu bütün dünyanı xaosa sürükləyir - Ömər Çelik14:08Zaqatala və Qax silkələnir21:32Şirvanda ev yanıb09:21Bizim Rusiyanın alyansı təhdid etdiyi istiqamətində düşüncəmiz var - NATO toplanır09:11İstambulda səsələr yenidən sayılacaq - Qərar16:50Hindistan Pakistan arasında müharibə gedir - Ölənlər var16:44Sərnişin avtobusu mağazaya girdi – Foto11:53Sərkisyan Tərtərin Çardaqlı kəndinə gəldi - Meydan oxudu11:05Biz sizin axmaq olacağınız anı gözləyirik - Ukraynanın məhv planı10:54Hərdən elə olurdu ki, anamın üzünü görmürdüm - 9 universitetin arzuladığı azərbaycanlı10:45"Cavad xan"-ın rejissoru Rövşən Almuradlı dayanacaqda keçindi10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video09:22Əxlaqsız videoların yayılması təsadüfi deyil: evimizin altında 12 əxlaqsızlıq yuvası var – Politoloq09:04Hər gün şəhid qanı bunlara görəmi axıdırıq?.. Kimin qeyrəti varsa...- Flora Kərimova21:12Bəzi qüvvələr müstəqilliyi demokratiyaya qurban verməyə hazırdır - Sərdar Cəlaloğlu18:55İspaniyada azərbaycanlılar ermənilərə etiraz etdi - Təxribat18:37Azərbaycanda terrorbaşı Öcalan gündəmə gətirilir? - 30 il sonra17:56Rusiya HDD Xəzərdə genişmiqyaslı əməliyyata başlayır17:47Əxlaqsızlığı təbliğ edən videonu yayanlar 2 il müddətinə həbs edilə bilər12:27Bu gündən sosial müavinətlər artırılır - ƏƏSMN12:18Ukraynada seçki ikinci tura keçə bilər - MSK11:57Yunanıstan Xİ naziri Kolumbiya Universitetində mühazirə oxuyacaq11:44CHP-li Əkrəm İmamoğlu İstanbulda AKP-li Binəli Yıldırımı yendi - YSQ11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:24Rus milyarder Almaniyada təyyarə qəzasında həlak oldu - Video20:54İcra başçısının maşını da "başçıdır": Qırmızıda keçməkdə - Video20:45Paytaxtın bu hissəsində su olmayacaq - Azərsu ASC20:40Türkiyə Silahlı Qüvvələri Suriya ilə sərhəddi bərkidir20:36Türkiyədə ilkin nəticələr açıqlanır15:17“Diqlas”dakı sahibkarlara 8.5 milyon manatlıq güzəştli kredit təklif edildi15:07Seçki məntəqəsində dava olub - Ukraynada...12:51Taliban Əfqanıstan ordusunun silah-sursatını ələ keçirdi12:46Venesuela da Azərbaycan kimi növbəti dəfə...– Rəsmi açıqlama18:38Bakıda əcnəbini qarət edən qrup ələ keçirildi18:28Allahşükür Paşazadə Ramzan Kadırovla görüşüb - FOTO18:03ABŞ Britaniyanı da çökdürməkdə qərarlıdır: Breksiti gözləyirik... - Con Bolton17:52ABŞ Tiflisin Rusiya ilə sərhəddə yeni kazino tikməsindən narahatlığını bildirdi - Bu...17:41Azərbaycanlıların qanlı 31 mart soyqırımı ilə bağlı...- Bəyanat15:47Məxfi əlaqə sistemlərini türk həmkarlarımız quraşdırıb - Poroşenko14:04Əliyev-Paşinyan görüşünün nəticələri... - PA rəsmisi açıqladı13:55Narkotik ticarətçisi saxlanıldı - 11,1 kq-lıq malla...13:50Rusiya Orta Asiya respublikalarına xəbərdarlıq etdi: İŞİD gəlir - Rusiya DİN13:43Elçin Quliyev "Qazax" sərhəd xidmətçiləriylə görüşdü - Foto
BÜTÜN XƏBƏRLƏR

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Kolbasaya qatılanlar sizi şok edə bilər: peyin, milçək sürfəsi...

09 dek 2016, 23:33   
Kolbasaya qatılanlar sizi şok edə bilər: peyin, milçək sürfəsi...

Ən son açıqlanmış gömrük statistikasına əsaslanıb, bu il Azərbaycana kolbasaya qatmaq üçün min tonlarla quş peyinindən əldə edilən "süni ət"in gətirildiyini ehtimal etmək mümkündür.

Altun.az istipress.com-a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin (DGK) bu yaxınlarda açıqladığı statistikada bildirilir ki, 2016-cı ilin yanvar-oktyabr aylarında Azərbaycana 29 min tona yaxın ət və ət məhsulu idxal edilib. Bu, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,8 dəfə çoxdur. Üstəlik idxal edilən ətin orta qiyməti də ucuzlaşıb - kiloqramı 1,1 dollara düşüb, 2015-ci ilin dövründə 1,5 dollar imiş.

Bu göstəricilər ölkəyə hansı ətin gətirilməsi ilə bağlı suallar doğurur - dünya bazarında Azərbaycan istehlakçısı üçün yararlı olan ətlərin ən ucuzu broylerdir ki, onun da kiloqramının topdansatış qiyməti 2,5 dollardan başlayır, mal ətinin kiloqramı isə topdansatış bazarda 3,5-5,5 dollar arasında dəyişir. Bu göstərir ki, ölkəyə yetərincə bahalı olan normal ət məhsulları ilə yanaşı, kolbasa-sosiska məmulatlarına, bəzi hallarda isə çəkilmiş ətə qatılan heyvani mənşəli zülal əlavəsi də gətirilib.

Rəsmi olaraq Azərbaycanın kolbasa şirkətləri öz məhsullarına heyvani mənşəli zülal əlavəsi qatdıqlarını etiraf etmirlər, öz məhsularının üzərinə ət və ədviyyatlarla yanaşı, yalnız soya zülallarının qatıldığını qeyd edirlər. Lakin Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov bu versiyaya o qədər də inanmadığını bildirir:

"Soya zülalı bahalı məhsuldur, onu gətirib belə ucuz kolbasaya qatmazlar. Böyük ehtimalla, burada heyvani mənşəli zülal əlavəsindən istifadə edirlər. Bu məhsul bakteriyasızlaşdırılmış peyin, pivə sənayesinin tullantısı olan jmıx və ağac ovuntusu qarışığının bioloji üsulla işlənməsindən alınır. Son məhsul ağ toz şəklində olur. Bu məhsulun kolbasa, sosiska və çəkilmiş ətə qatılması praktikası SSRİ respublikalarında hələ sovet illərindən var. 1989-cu ildə SSRİ-də kolbasa və sosiska məhsullarına qatmaq üçün 1 milyon ton zülal əlavəsi istehsal edilib".

Tahir Əmiraslanovun sözlərinə görə, heyvani mənşəli zülal əlavəsi halal kolbasalara da qatıla bilər: "İş adamlarına bununla bağlı irad bildirilsə, soruşa bilərlər ki, hansı dini kitab peyində yetişdirilmiş məhsulları haram sayır? Deyə bilərlər ki, onda göbələk yeməyin, o da peyində yetişdirilir. Yəni deməyim odur ki, bu zülal qatışıqları üzərində "halal" sözü yazılmış kolbasalara da qatıla bilər".

Milli Kulinariya Mərkəzinin rəhbəri bu texnologiyanın onilliklər boyunca tətbiq edildiyini desə də, daha dəqiq araşdırmalar zülal əlavəsinin Azərbaycan mətbəxinə tamamilə yad bir texnologiya ilə istehsal edildiyini ortaya çıxarır. Bu texnologiya həşərat sürfələrinin yetişdirilərək qida kimi istifadəsi ilə bağlıdır ki, Çində və digər Uzaq Şərq ölkələrində bu praktika geniş yayılıb.

SSRİ dövründə alınmış patentləri araşdırdıqda məlum olur ki, qida məqsədi ilə zülal əlavəsi almaq üçün "Musca domestica" həşəratının, yəni ev milçəyinin sürfələrindən istifadə edilir. Bu zaman peyin, jmıx və ağac ovuntusu qatışığının üzərinə milçək yumurtaları tökülür. Milçəklər otaq temperaturunda 20 gün ərzində 2 minə qədər yumurta qoyurlar. Sürfələr yuxarıda bəhs edilən bioloji kütlədən qidalanaraq asta-asta peyin qatışığının içərisinə nüfuz edirlər və həmin müddət ərzində 10 dəfədən çox böyüyürlər. Uzunluğu 1,2 millimetr olan yumurtalar biokütləni tam yeyərək sürfə halında 13 millimetrə qədər uzanırlar. Daha sonra onları qurudaraq sterilizə edirlər. Ən sonda isə həmin kütləni un kimi üyüdürlər.

Ev milçəyinin sürfəsindən əldə edilən zülal keyfiyyətinə görə balıq ununa yaxın sayılır, amma qiymətdə daha aşağıdır. Hər halda, istehsalçılar bazara çıxardıqları məhsulun daha ucuz olduğunu vurğulayırlar. Dünya bazarında balıq ununun kiloqramı 1,5 dollar ətrafında dəyişir, yəni 1 dollar ətrafında dəyişən qiymət daha ucuz zülal məhsulu üçün müvafiqdir.

Bu məhsul çox profilli işlənsə də, qida sənayesində də istifadə edilir və kolbasa-sosiska məhsullarına da qatılır. Satıcılar bu məhsulu reklam edəndə onun idmançılar üçün çox faydalı olduğunu iddia edirlər. Hətta Rusiya istehsalçılarından biri öz saytında ölkənin hərbi hokkey komandasının üzvlərinin bu məhsulla qidalandığını iddia edir.

Rusiyada bu məhsulun kolbasaların tərkibinə vurulduğunu gizlətmirlər və hətta Azərbaycana idxal edilən kolbasaların üzərinə soya zülalları ilə yanaşı ayrıca heyvani mənşəli zülal əlavəsi qatıldığı da göstərilir. Azərbaycan şirkətləri də bir neçə il öncəyə qədər, hətta "halal" markası ilə buraxdıqları kolbasaların tərkibinə zülal əlavəsi əlavə edildiyini qeyd edirdilər, indi isə dayandırıblar və etmirlər. Amma sektora yaxın mənbələr bildirir ki, soya zülalları ilə müqayisədə xeyli ucuz olan bu cür proteinlərdən də geniş istifadə edilir. Bu proteinlərin heyvani mənşəli olması da kolbasaların ətdən düzəldilməsi qənaətini gücləndirir.

Bununla belə, Azərbaycanda istehsal edilən kolbasaların hamısının tərkibinə bu məhsulun vurulduğunu iddia etmək çətindir. Tahir Əmiraslanov ölkə daxilində istehsal bazası olan və məhsullarının keyfiyyəti kimi qiyməti də yüksək olan bəzi şirkətlərin doğrudan kolbasanı keyfiyyətli ətdən istehsal etdiyini bildirir. Bu kolbasaların kiloqramının qiyməti 15 manatdan başlayır. Ətin qiymətinin 10 manat ətrafında dəyişdiyi bir zamanda bu, yetərincə məntiqli qiymətdir.

"Real kolbasa istehsalının çoxunu heyvani mənşəli proteinlərin istifadəsi ilə düzəldilmiş kustar məhsullar tutur".
Amma metro çıxışlarında kiloqramı 4 manata qeyri-rəsmi satılan kolbasaların nəinki keyfiyyətli ətdən, heç keyfiyyətsiz ətdən belə hazırlandığını güman etmək mümkün deyil. Çünki bu, ən aşağı qiymətə satılan at-eşşək ətindən belə ucuzdur. Deməli, ağla ən ucuz protein gəlir.

Belə məhsulların iri ticarət şəbəkələrinə sızdırılması da istisna edilmir. Bunu Dövlət Statistika Komitəsinin məlumatlarını araşdırdıqda da ehtimal etmək mümkündür. Statistikaya görə, 2016-cı ilin yanvar-oktyabr aylarında ölkədə 3,1 min ton kolbasa istehsal edilib. 238,9 min tona bərabər ət istehsalı ilə müqayisədə bu, yetərincə aşağı göstəricidir. Qeyri-rəsmi araşdırmalar ölkədə kolbasa istehlakının ət istehlakının ən azı 20 faizi qədərində olduğunu göstərir. Yəni real kolbasa istehsalı 40-45 min ton ətrafındadır və bunun xeyli hisssəsini heyvani mənşəli proteinlərin istifadəsi ilə düzəldilmiş kustar məhsullar tutur.

Peyindən düzəldilmiş proteinlərin sağlamlıq üçün ziyanlı olub-olmadığı ayrı bir araşdırma mövzusudur və bu barədə həkimlər rəy bildirməlidirlər. Bu məsələdə əsas problem həmin kolbasa məhsullarını halal və təmiz sayan geniş alıcı kütləsinin aldadılmasındadır. Bu işdə ikinci problem bu proteinlərdən düzəldilmiş kolbasaların vergi nəzarətindən kənarda qalmasındadır. Yəni bu yolla yüz milyonlarla manat büdcə nəzarətindən kənarda qalır və bu problem həll edilməlidir.