Impera

XƏBƏR LENTİ
19:50Dövlət Qeydiyyat İmtahan idarəsi, yoxsa Məlixanın kolxoz bazarı..? - Cavabsız qalan VİDEO görüntülər00:20Tramp İranı qarışdırmaq istəyir - Parlament sədri00:17Türk ordusundan müdhiş həmlə: 18 terrorçu məhv edildi00:16Paris Sülh Forumu öz işinə başladı00:15Azərbaycanlı qız həbsə məhkum edildi00:13Tramp Turqut Özalla dostluq edirmiş – Foto00:12Trampla Putini yanaşı oturmağa qoymadılar00:11Əfqanıstan yenə qan gölünə çevrildi: 25 ölü...00:10Qaşıqçının ölümündən sonra ilk: xüsusi nümayəndə...00:09"Barselona" gözlənilmədən məğlub oldu: Messi...00:08Türkiyədə həyəcan: təyyarə qəzası xəbəri ölkəni qarışdırdı00:06Şad xəbər: xərclədiyiniz pulun 15%-i geri qaytarılacaq00:04Neft yenə ucuzlaşdı: OPEK+ hasilatı azaldır00:02Parisdə anım mərasiminə bu iki lider gecikdi20:34Məscidə zərbə endirməkdən razı qaldıq - ABŞ generalı20:27Əhaliyə Şad XƏBƏR: Qiymətlər endirilir20:02Putin bu ölkəyə sanksiya tətbiqi barədə fərman imzaladı19:52AFFA klublara xəbərdarlıq etdi20:10Cüdoçumuz Avropada qızıla sahib oldu12:44DİQQƏT!!! "Votsap"artıq etibarlı olmayacaq -Mesajlarınız oxunacaq. Necə?23:03Yunanıstanda növbəti meşə yanğını: əhali təxliyyə edilir22:52Sui-qəsd: ABŞ bunu istəsə, razılaşaram - Maduro22:27Tramp özünü təriflədi: rekord səviyyədə...21:51İranla ABŞ-ı bu ölkə yaxınlaşdıracaq? - Zərif açıqladı21:12​Əhaliyə BƏD XƏBƏR: Ərzaqlara yeni qiymət artımı gəlir – Deputatdan AÇIQLAMA21:02Rusiyadan Türkiyə ilə bağlı açıqlama: Hazırıq20:51Lavrov Xəzər razılaşmasından danışdı: Ümid edirəm ki...20:40Abadi İrana səfərini ləğv etdi20:29Türkiyə sərhədində partlayış: 32 ölü, 45 yaralı20:16Ronaldo xəstəxanaya yerləşdirildi20:05Xəzərlə bağlı mühüm gün: Səfər başa çatdı19:53"Bakı Bus"dan unikal qəza: yeni "təkər" - Foto19:24Nabranla bağlı video yayıldı: nazirlik həll etdi21:53Türkiyə ABŞ-ı məhkəməyə verir21:41Sanksiyalar Türkiyədə buna təsir etməyəcək - Kaşirski21:213 yaşlı Ofelya Eynşteyndən daha ağıllıdır - Dünya ondan danışır - FOTOLAR21:04"Ermənistanın maraqları naminə danışıqlar gedə bilər..." - Paşinyan20:46SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır19:45Paşinyandan Rusiyaya GÖZ DAĞI: Yeni vəziyyətimizə öyrəşməlisiniz19:39NATO: “Rusiya əsas təhdiddir”19:29Ruhanidən Ərdoğana: Trampı peşman edəcəyik19:01Hazırda iyrənc sistemin dağılması gedir - Manuçaryan18:37İrana daha bir ağır zərbə: Fransa İran neftindən imtina etdi18:18Yol polisi xəbərdarlıq etdi: Sürücülər 50 manat cərimə olunacaq18:09AÇIQLAMA: Avropa bunu etsə, Rusiya savaş başladacaq - Video12:47Sərkisyanın iki yolu: Ya savaş, ya da həbs - Politoloq18:33Yaxamızı rüşvətdən necə xilas edək? – Novruzəliyeva Ülkər KÖŞƏ19:32Bu silahın gücü Xirosimaya atılan 160 atom bombasına bərabərdir19:26Biz Allahın quluyuq, Sorosun deyil - Ərdoğandan dollardan imtina çağırışı19:18Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb18:35CNN Qarabağla bağlı təxribatçı süjet hazırladı16:09Xanımım məni Fədayəyə qısqanırdı - Tacir16:01ABŞ-dakı Azərbaycan diaspor təşkilatları bəyanat yaydı15:55Bakıda güclü partlayış: ölənlər var15:53"Ana dilinin tədrisi universitetdən deyil, ibtidai məktəblərdən başlamalıdır” - Təbrizli tələbələr15:47Bu yollarda məhdudiyyət olacaq – Təmir15:42Naxçıvan-Ermənistan sərhədində Şəhid olan əsgərimiz dəfn edilib - FOTO23:01Fələstinin ABŞ-dakı səfiri geri çağırıldı22:54Ərdoğan BMT-ni, 128 dövləti İsrailin işğalçı dövlət terroruna son qoymağa çağırdı22:41İngiltərə də İsrailə bu "zorakılığı dayandır!"-dedi22:36İsrail də Türkiyənin baş konsulunu ölkəsini tərk etməyə çağırıb22:10İsrailin bu səviyyədə olan hücumlarına haqq qazandırıla bilməz - Fransadan böyük müharibə xəbərdarlığı22:02Netanyahu müdafiəsiz insanlara hücum edən aparteid dövlətin rəhbəridir - Ərdoğan21:24ABŞ-ın səfirliyini Qüdsə köçürməsi qərarı 52 fələstinlinin ölümünə, 2400-nün isə yaralanmasına səbəb oldu - Video21:04Rusiya ABŞ-ın Qüdsdə səfirlik açmaq qərarının əleyhinədir - Lavrov19:45Zərdabda şantajçı "jurnalist" tutuldu19:38İran ABŞ-sız nüvə müqaviləsi üçün AB-dən zəmanət istəyir - 60 gün...19:27İlham Əliyev 2 sərəncam, 1 fərman imzaladı21:18Füzuliyə güclü dolu düşdü - Video20:54Xaçmazda avtoqəzada 4 nəfər xəsarət aldı19:54İranda “Qanun” qəzetinin Güney Azərbaycan türklərinin kimliyini inkar etməsi...- Məsumə Ağapur Əlişahi19:42Sevinirəm ki, Bakıda mükafatçılar sırasında yer ala bildim - Alkanoğlu23:05Prezidentliyə namizəd HDP-nin bağlanacağını vəd verdi22:57İmtahan verəcək abituriyentlər üçün vacib xəbər - Video22:49Tbilisidə narkotacirlər xalqı hakimiyyətin üzərinə qaldırdı - Video19:41Teatr direktorunun tamahı üzündən kollektiv 10 saat sərhəddə saxlanılıb19:25Rafael Ağayev 11-ci dəfə Avropa çempionu olub – YENİLƏNİB15:17"Qoca"nın qaçırılmasında təqsirli bilinən rəis və müavinlərinin həbs müddəti daha 3 ay artırıldı00:08Rusiya Suriyanı da yarıyolda buraxdı... - İsrail məmnun23:58Gecələri məzarlıqda ağlayan naməlum qız tapıldı22:01ABŞ-ın İran ilə əldə edilən nüvə müqaviləsindən geri çəkilməsi...- Rusiyadan Trampın qərarı ilə bağlı növbəti açıqlama21:38Türkiyə şahinləri bu dəfə “F-35”-lə fəzanı fəth etdilər – VİDEO20:53Bu preparatlar-qida əlavələri həyatınıza təhlükədir – Siyahı20:39Mixail Leontyev erməniləri təhqir etməsini "kompliment" adlandırdı: "Sərt və eyni zamanda incidici olsa da, həqiqətdir"20:21ABŞ-da məktəbə silahlı hücum edilib- Yaralılar var20:07Səhiyyə Nazirliyi bir sıra hüquqlarından məhrum oldu - Fərman...21:08Nə qədər ki, İran regiondakı mövcud status-kvonu pozur....- Bəhreynin XİN rəhbəri Xalid bin Əhməd İsraili dəstəklədi21:01Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş mərasim keçirilib20:48İlham Əliyev 3 fərman imzaladı20:41Üç ay davam edən əməliyyat sonunda İŞİD-in ən çox axtarılan beş başçısı yaxalanıb20:33Kiyev Ukrayna konstitusiyasının Donbasda bərpasına nail olacaq - Arsen Avakov20:18Çexiya da ABŞ-ın İranla nüvə sazişindən çıxmasına etiraz etdi20:12ABŞ prezidenti Koreya lideri ilə görüşəcək,... - Sözündən qaçmasa20:06Bu gündən İran-Azərbaycan sərhəd boyu gömrük məntəqələri 24 saat işləyəcək19:59Arda Turan 16 rəsmi matçda oynamaqdan məhrum edildi00:01ABŞ-ın İranla olan nüvə razılaşmasından çəkilmək qərarından sonra...- Putin narahatdır23:41Bu “bespredel”lər daha nə etməlidir ki, məsuliyyətə cəlb olunsunlar?!..22:57Ermənistan işğal olunmuş Azərbaycan ərazilərini qeyd-şərtsiz azad etməlidir. Əgər "soyqırım" olsaydı... - Ankara Paşinyanın cavabını verdi20:44Cəlilabadda trafik canavarı can aldı – FOTO20:34ABŞ beynəlxalq təhlükəsizliyi riskə atır - İran
BÜTÜN XƏBƏRLƏR

«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

“Ərimin məndən başqa 5-6 arvadı vardı”

26 noy 2016, 16:50   
“Ərimin məndən başqa 5-6 arvadı vardı”

"Yoldaşımla onun mağazasında tanış olmuşdum. 19 yaşım var idi. O vaxtlar evlənmək ağlıma belə gəlmirdi. İlk görəndən məndən xoşu gəlmişdi. Şirin dillə məni ələ aldı, evləndik. Hər şey çox yaxşı idi, maddi baxımdan problem yaşamırdıq. Düzdür, məni evdən çölə qoymurdu, televizorda ancaq dini verilişlərə baxmağa icazə verirdi. Amma bunlar mənim üçün ciddi problem deyildi. 3-cü oğlum doğulandan sonra hər şey dəyişməyə başladı".

Altun.az xəbər verir ki, həmin vaxtdan həyat yoldaşının işləri pisləşir. Samirənin evindən qaçıran səbəb maddi sıxıntılar deyil. Bu ərəfədə o ərinin başqa qadınlarla münasibətinin olduğunu öyrənir:

"Bir dəfə eşitmişdim başqasını da saxlayır. Heç nə demədim. Dinimiz uyğun görürsə, olar deyə düşündüm".

İşləri pisləşəndən sonra yoldaşı kənarda münasibətdə olduğu qadınlardan birini evə gətirir. Samirə həmin qadını və uşağını qəbul etmək məcburiyyətində qaldığını deyir:

"Saxladığı qadını gətirəndə əvvəl qarşı çıxdım, dalaşdıq. Özü etiraf etdi ki, hələ başqa birini də saxlayır, bir uşaqlı qadınla da kəbin kəsdirib, saxlayıb. İşləri pisləşəndə ondan da ayrılıb. Neçə qadınla da siğə etmişdi, sayını xatırlamıram. O din adı altında şeytanlıq edirdi. Bütün bunlara dözərdim, amma məni döyməyə başladı. Hər gün döyürdü. Hər tərəfim gömgöy idi. İnsanlıqdan çıxmışdı. Axırda balaca oğlumu götürüb evdən qaçdım".

"Ailə quranda 23 yaşım var idi. Bir gün atam məni dostunun oğluna verdiyini dedi. Atam idi, qarşılığında heç nə deyə bilmədim. Onların razılığı ilə ailə qurdum. Qaynanam, qayınlarımla bir həyətdə yaşayırdıq. Ona görə də ailəmizə həmişə müdaxilələr olurdu".

Aytənin ailəsinin dağılma səbəbi də elə yoldaşının ailəsinin müdaxiləsi olur. Elə bir müdaxilə ki, bıçaq həqiqətən də sümüyə dirənmiş olur:

"Qayınlarım narkotik istifadə edir, içkiyə düşkündürlər. Evliliyimdən bir il sonra problemlər yaratmağa başladılar. Yoldaşım rayonda işləyir. 2-3 gün evdə olmurdu. Bu günlərdə mən adətən, anamgildə qalırdım. Hadisə yoldaşım evdə olmayanda baş verdi. Anamgildə idim, qaynatam zəng edib məni evə çağırdı. Hər şey 10 dəqiqə içində oldu. Qaynatam qollarımı tutdu, qaynım bıçaqladı. Güclə həyətə qaçdım, qardaşım hələ getməmişdi, qışqırıb çağırdım. Məni Sabunçu xəstəxanasına apardı. Yoldaşımın ailəsi əxlaqsızlıq etdiyimə görə məni bıçaqladıqları şaiyəsini yayıb. İndi anamgil də məni qəbul etmir. Bura gələndə yaralarım irinləmişdi, çox pis gündə idim".

Onu 8 yerdən bıçaqlayan qaynı bağışlanmağını istəsə də, Aytən bir də o evə qayıtmayacağını deyir. Valideynləri bağışlasa da, onların da yanına qayıtmaqdan qorxur:

"Qaynanamgillə qonşuyuq, o biri qaynım da içəndir. İçib, yenə qapımıza gəlib, dava salacaq deyə qorxuram".

"Öz ata-anamın üzünü görməmişəm. Bir bacım var. İkimiz də uşaq evində böyümüşük. Bir qadın bizi himayəyə götürmüşdü, arada gəlib baş çəkirdi. Sonradan başa düşdüm ki, məqsədi bizə kömək etmək, ana qayğısı göstərmək deyil".

Mahirəni isə evindən uzaq salan səbəb analığının qurduğu oyundur. O hələ də, bu oyunun səbəbini anlaya bilmir:

"Məni uşaq evindən çıxarıb Türkiyəyə apardı. Məndən başqa, bir neçə qız da götürmüşdü övladlığa. Orada məni biri ilə evləndirdi. Uşağım olanda sənədlərimdəki uyğunsuzluq müəyyən oldu. O hələ Bakıda olarkən mənim sənədlərimi dəyişdirib saxta pasport düzəltdiribmiş. Orada mənə imzalatdığı sənədlə isə Bakıdan qeydiyyatdan çıxarıb. Bu məsələ aşkarlananda məni ölkədən deportasiya etdilər. İndi heç bir yerdə qeydiyyatda deyiləm. Uşağım isə Türkiyədə qalıb".

Övladlarına həsrət qalan, zorakılıq görən, göz yaşı tökən, qovulan, şərlənən, haqsızlıq, ümidini itirən, alçalan, gələcəkdə ancaq qaranlıq görən, bəzən gələcəkdən belə qorxan üç qadın, üç ana.

Bu gün onların günüdür. "25 noyabr qadınlara qarşı zorakılığın ləğv olunması uğrunda beynəlxalq mübarizə günü". Bəlkə də, heç bu gündən xəbərləri belə yoxdur. Amma zorakılığın nə olduğunu onlardan yaxşı bilən olmaz.

Haşiyə: Ötən il Azərbaycanda qadınlara qarşı 2248 zorakılıq halı baş verib. Onların 867-si qısqanclıq zəminində törədilib. Azərbaycanda məişət zorakılığı qadınlara qarşı törədilən cinayətlərin yarısını təşkil edir. 2006-2015-ci illər ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı 1593 şikayət daxil olub. Bu şikayətlər əsasən, təhlükəsizliyin təmin edilməsi, zorakılıq halının təkrarlanması halları, təqsirli şəxsin cəzasının ağırlaşdırılması, zorakılığı törədən şəxsin xəbərdarlığa məhəl qoymaması ilə bağlı olur.

Onlar təkcə, zorakılığı bilmir, artıq onunla mübarizə də aparırlar. Bunun üçün "Təmiz Dünya" İctimai Birliyinə sığınıblar. Qaldıqları sığınacaq onların evi, onlarla oxşar taleyi bölüşən qadınlar isə ailələri olub.

Ailələri, yaxınları, tanışları onlardan imtina etsə də, birlik onlara sahib çıxıb. Biz də bu gündə onların yanında olub, zorakılıqla necə mübarizə apardıqlarını öyrəndik.

27 qadın, 21 uşağın sığındığı bu məkanda hamı mübarizədədir. Keçmişin üstündən xətt çəkib, yeni həyata başlamaq üçün mübarizə aparırlar. İctimai Birliyin əvvəlki sığınacağından fərqli olaraq bura daha genişdir. Sığınacaq sakinləri rahatlığı üçün bütün imkanlar yaradılıb.

Sığınacaqda işlər konkret plan əsasında aparılır. Burada həyat evlərdən adi evdəki kimidir. Girişdəki divarda iş cədvəlindən burada işlərin növbəli həyata keçirildiyi görünür. Hər bir sakin tezdən duranda gündəlik nə edəcəyini bilir. Kimi yemək bişirir, kimi otaqları səliqəyə salır, kimi də alınacaq ərzağın siyahısını tutur. Amma qadınlara həm də müxtəlif mövzularda seminarlar təşkil edilir. Müxtəlif kurslar təşkil edilir. Xüsusən, təhsili olmayanlara peşə öyrədilir.

"Təmiz Dünya" İctimai Birliyin sosial işçisi Yaqut Məmmədyarova deyir ki, sığınacağa gələn hər bir qadın əvvəl karantin otağında saxlanılır, müayinə edilir:

"Bəzən sığınacağa gələnlərin müxtəlif xəstəlikləri aşkarlanır. Onları müalicə etdiririk. Amma sığınacaq əməkdaşları əvvəlcə, onların ürəklərindəki yaraları sağaltmağa çalışırlar. Həyat təhlükəsi olmayanlar işlə təmin edilir. Qadınlara psixoloji, hüquqi bütün yardımlar həyata keçirilir. Qadınlar ayaq üstə dayanıb, problemlərini həll edənə qədər burada qalırlar".

Adətən, bura gələnləri sənədləri qaydasında olmur. Sığınacaq hesabına sənədlər alınır, boşanmaq, mülk davası olanlara da hüquqi yardım göstərilir.

İşlər dildə deyildiyi kimi asan olmur. Sığınacaq əməkdaşları buranın sakinlərinin ailələri, yaxınlarının zəngləri, təhdidləri ilə də mübarizə aparırlar.

Başqa yerdə "ərindir, döz" sözlərinə aldanıb döyülməyə razı olanlar sığınacağa gələndən sonra hüquqlarını başa düşür, mübarizə apara biləcəklərini dərk edirlər.

Amma sığınacaqdan qalanlardan təkrar ailəsinə qayıdanlar da olub.

Yaqut xanım deyir ki, bəzən zorakılığa boyun əyib geri qayıdanlar da olur. Burada heç kim, heç nəyə məcbur edilmir:

"Yalnız qadınların hüquqları qorunmur, uşaqların da təhsillərinin yarımçıq qalmaması üçün işlər aparılır. Hazırda sığınacağa gələndə təhsildən yayınan 6 uşaq təhsilə cəlb edilib. İki uşaq isə hələ ki, sənədləri olmadığına görə təhsildən yayınır.

Bu sığınacaq qadınların ümid yeridir. Buradan çıxan qadın həyata qarşı hazır olur. Küçədə ağlayan, zorakılıq görən qadınları da bura gətirir. Gətirir ki, zorakılığa boyun əyməsin. Çünki onlar zorakılıqla mübarizə yolunu artıq tapıblar".
OXŞAR MÖVZULAR