Impera

XƏBƏR LENTİ
16:11Qarabağ Azərbaycandır! Siz anlamalısınız ki... - Saakaşvili15:59Hücumlar dayanmasa...- M.Çavuşoğlu15:47Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:42Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:25Rusiya və Türkiyə qarşı-qarşıya gəldi-Suriya üzərində insident23:18Gücləri birləşdirmədən... - Putin Makronu dəstəklədi23:0723 yaşlı gənc çayda boğuldu - 11 gün idi ki, ailə qurmuşdu...12:05Bakıda ağır qəza: 8 yaşlı uşaq öldü11:44Əgər Tramp yenidən seçilsə... - Vedrin14:05Hər iki ölkə münasibətlərə mənfi təsir edəcək addımlar atacaq - Çavuşoğlu13:57Sabiq prezident Atambayevin arvadına da cinayət işi açıldı-etmə, edərlər...13:49Zakir Həsənov Moskvaya - tamaşaya gedəcək15:23Baş verənlər islam dünyasını radikallaşdıracaq - Müsəlmanlara qarşı növbəti soyqırım...15:15"TÜRK QOŞUNLARI AZƏRBAYCANA GƏLMƏLİDİR" - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU00:33Dili ağzına ağırlıq edən Vidadi, Qabil və s. kimilərə... - Müəllim nəvəsindən CAVAB - VİDEO18:47Paşinyanın çıxışı ilə bağlı etiraz bəyanatı yayıldı - Foto17:46Nə edək, Cənablar?...15:48Atambayevin evinə hücum zamanı əsir götürülən xüsusi təyinatlıların ilk görüntüsü - VİDEO15:38Rusiyada hərbi hissələr partladılır: bu dəfə 2 ölü, 15 yaralı15:31800 milyonluq helikopter...11:28Nabranda batan uşağın meyiti Rusiyada tapıldı10:27Prezident Təhlükəsizlik Şurasını toplayır10:17Xüsusi təyinatlı vuruldu10:11Lerik rayonunda zəlzələ olub.10:03Sumqayıt yolunda iki avtobus toqquşdu: yaralananlar var - FOTO23:48İŞİD əmri Türkiyədə yaxalandı - Foto01:18"Ermənilərin hamısına düşmən kimi baxmayaq..." - Deputat15:24Ərindən boşanan iki uşaq anası özünü səkkizinci mərtəbədən atdı10:50Salyanda yol qəzası - 4 nəfər yaralandı09:43Ərəb koalisiyasının ABŞ-a 299 milyon borcu var - Rebariç16:47Aprelin 26-na MANATIN MƏZƏNNƏSİ12:33Putin Ukraynadakı seçkilərdən danışdı09:59Salyanda ağır yol qəzasında sürücü həyatını itirdi09:52ABŞ mayın ikisindən verdiyi imtiyazları tamamilə ləğv edəcək09:45Ukraynanın yeni prezidentindən yeni müharibə anonsu09:39Bakıda bu yollar bağlandı - Siyahı09:32Bu, Poroşenko üçün ağır və biabırçıdı məğlubiyyətdir - Kosaçev11:55Rus S-300-ləri öldü: İsrail bu raketlərə Rusiyanı aldada biləcək vasitə kimi yanaşır - Retçer11:14Rayonlara qar yağır, leysan olacaq - YENİLƏNİB + FOTO11:04Makron PYD/YPG-çi terrorçularla görüşdü10:55Qatar relsdən çıxdı: yaralılar var10:48Son dəqiqə: Sərnişin avtobusu aşdı: 11 ölü, 29 yaralı20:08Makrondan qalmaqallı qərar — 24 apreli erməni soyqırımı günü elan etdi19:59Rəsmi Bakıdan Yaqlanda CAVAB19:57Dünya şöhrətli professor ürəyin bir nömrəli DÜŞMƏNİNİ AÇIQLADI: Ailə...19:54Poroşenko: Zelenski virtual namizəddir19:52Azərbaycanlı Cənubi Koreyada dövlət məmuru oldu09:52Bakıda ev yandı - Yaralananlar var09:45Sudan da prezidentini devirdi...10:53Netanyahu seçkidə cüzi səslə irəlidədir – Rəsmi nəticələr14:15Netanyahu bütün dünyanı xaosa sürükləyir - Ömər Çelik14:08Zaqatala və Qax silkələnir21:32Şirvanda ev yanıb09:21Bizim Rusiyanın alyansı təhdid etdiyi istiqamətində düşüncəmiz var - NATO toplanır09:11İstambulda səsələr yenidən sayılacaq - Qərar16:50Hindistan Pakistan arasında müharibə gedir - Ölənlər var16:44Sərnişin avtobusu mağazaya girdi – Foto11:53Sərkisyan Tərtərin Çardaqlı kəndinə gəldi - Meydan oxudu11:05Biz sizin axmaq olacağınız anı gözləyirik - Ukraynanın məhv planı10:54Hərdən elə olurdu ki, anamın üzünü görmürdüm - 9 universitetin arzuladığı azərbaycanlı10:45"Cavad xan"-ın rejissoru Rövşən Almuradlı dayanacaqda keçindi10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video09:22Əxlaqsız videoların yayılması təsadüfi deyil: evimizin altında 12 əxlaqsızlıq yuvası var – Politoloq09:04Hər gün şəhid qanı bunlara görəmi axıdırıq?.. Kimin qeyrəti varsa...- Flora Kərimova21:12Bəzi qüvvələr müstəqilliyi demokratiyaya qurban verməyə hazırdır - Sərdar Cəlaloğlu18:55İspaniyada azərbaycanlılar ermənilərə etiraz etdi - Təxribat18:37Azərbaycanda terrorbaşı Öcalan gündəmə gətirilir? - 30 il sonra17:56Rusiya HDD Xəzərdə genişmiqyaslı əməliyyata başlayır17:47Əxlaqsızlığı təbliğ edən videonu yayanlar 2 il müddətinə həbs edilə bilər12:27Bu gündən sosial müavinətlər artırılır - ƏƏSMN12:18Ukraynada seçki ikinci tura keçə bilər - MSK11:57Yunanıstan Xİ naziri Kolumbiya Universitetində mühazirə oxuyacaq11:44CHP-li Əkrəm İmamoğlu İstanbulda AKP-li Binəli Yıldırımı yendi - YSQ11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:24Rus milyarder Almaniyada təyyarə qəzasında həlak oldu - Video20:54İcra başçısının maşını da "başçıdır": Qırmızıda keçməkdə - Video20:45Paytaxtın bu hissəsində su olmayacaq - Azərsu ASC20:40Türkiyə Silahlı Qüvvələri Suriya ilə sərhəddi bərkidir20:36Türkiyədə ilkin nəticələr açıqlanır15:17“Diqlas”dakı sahibkarlara 8.5 milyon manatlıq güzəştli kredit təklif edildi15:07Seçki məntəqəsində dava olub - Ukraynada...12:51Taliban Əfqanıstan ordusunun silah-sursatını ələ keçirdi12:46Venesuela da Azərbaycan kimi növbəti dəfə...– Rəsmi açıqlama18:38Bakıda əcnəbini qarət edən qrup ələ keçirildi18:28Allahşükür Paşazadə Ramzan Kadırovla görüşüb - FOTO18:03ABŞ Britaniyanı da çökdürməkdə qərarlıdır: Breksiti gözləyirik... - Con Bolton17:52ABŞ Tiflisin Rusiya ilə sərhəddə yeni kazino tikməsindən narahatlığını bildirdi - Bu...17:41Azərbaycanlıların qanlı 31 mart soyqırımı ilə bağlı...- Bəyanat15:47Məxfi əlaqə sistemlərini türk həmkarlarımız quraşdırıb - Poroşenko14:04Əliyev-Paşinyan görüşünün nəticələri... - PA rəsmisi açıqladı13:55Narkotik ticarətçisi saxlanıldı - 11,1 kq-lıq malla...13:50Rusiya Orta Asiya respublikalarına xəbərdarlıq etdi: İŞİD gəlir - Rusiya DİN13:43Elçin Quliyev "Qazax" sərhəd xidmətçiləriylə görüşdü - Foto
BÜTÜN XƏBƏRLƏR

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Rayonlardan paytaxta təcili yardım avtomobili ilə xəstə göndərilməsi qadağan edilib

04 noy 2016, 13:15   
Rayonlardan paytaxta təcili yardım avtomobili ilə xəstə göndərilməsi qadağan edilib

Rayonlardan paytaxta təcili yardım avtomobili ilə xəstələrin göndərilməsinə qadağa qoyulub.

Altun.az xəbər verir ki, Zaqatala rayon Mərkəzi Xəstəxanasından xəstənin təcili yardım maşınları ilə Bakıya gətirilməsi müşkülə çevrilib.

Belə ki, xəstənin yaxınları onu Bakıya gətirmək istəsə də, təcili yardım buna icazələrinin olmadığını deyib. Bildirilib ki, təcili yardım avtomobillərində quraşdırılan CPRS vasitəsilə onların fəaliyyətinə nəzarət olunur və rayondan çıxmalarına icazə verilmir. Belə olduğu halda, Bakıdan təcili yardım avtomobili göndərilməli, o xəstəni götürərək Bakıya qaytarmalıdır.

Bundan əlavə, xəstə Bakıya aparılsa belə, onun özəl xəstəxanalara yerləşdirilməsinə icazə yoxdur. Xüsusi hallarda xəstə təcili yardım briqadaları vasitəsilə Bakıya gətirilərsə, onlar yalnız əvvəldən müəyyənləşdirilən bəzi xəstəxanalara yerləşdirilir. Bu qaydalar yalnız Zaqatalada deyil, digər şəhər və rayonlarda da tətbiq edilir.

Bəzi hallarda isə xəstəxanada profillər üzrə kadr çatışmır. Belə ki, bu məsələ günortadan sonra, növbətçilik zamanı daha qabarıq formada özünü göstərir. Məsələn, xəstəxanada müəyyən xəstəyə yardımın göstərilməsi üçün ixtisasa uyğun həkimlər olmur.

Təbii ki, istənilən halda xəstəyə vaxtında tibbi yardımın edilməməsi müəyyən problemlərə, hətta ölümə də səbəb ola bilər.

Səhiyyə eksperti Adil Qeybulla açıqlamasında deyib ki, bu sahədə heç bir qadağa ola bilməz. Onun sözlərinə görə, istənilən şəxs, istənilən yerdə (Azərbaycanda və ya xaricdə) tibbi xidmətdən istifadə edə və ya əməliyyat etdirə bilər:

“Bütün sivil dünyada belədir. Normal, inkişaf etmiş ölkələrdə insanlar tibbi sığorta ilə səhiyyə sisteminə güvənir və lazımi tibbi prosedurları, əməliyyatları həyata keçirir. Amma sığorta ilə bu cür yoxlanmalar həm məhəlli, həm mərkəzi ola bilər. Amma özəl şəkildə öz vəsaiti hesabına seçim insanın özündən asılıdır və ona heç kim mane ola bilməz. Regionların inkişafı məsələsinə gəlincə, səhiyyə dünyanın hər bir yerində elə qurulub ki, insan yaşadığı yerdə güvənli şəkildə tibbi xidmətdən yaralana bilsin.

Məsələn, Türkiyədə istər Ankara, istər İstanbul, istər İzmir və digər yerlərdə səhiyyə yüksək səviyyədə təşkil olunub. Ona görə də vətəndaşın hansısa tibbi müdaxilədən ötrü İstanbula gəlməsinə ehtiyac qalmır. Biz də bu cür səhiyyə qurmalıyıq. Bu məsələ administrativ üsullarla yox, səhiyyəyə güvən, yüksək inkişafla həll edilməlidir. Ona görə də vətəndaşa cərrahiyyə əməliyyatını istədiyi yerdə həyata keçirməyə icazə verilməlidir. Bu, onun şəxsi işidir. Yox, əgər icbari tibb sığorta olsa, onu maliyyələşdirən müəssisə özü müəyyən edəcək ki, tibbi xidmətlər harada icra olunsun”.

A.Qeybulla qeyd edib ki, bu gün Azərbaycanda icbari tibbi sığorta tətbiq olunmadığı üçün bu məsələdə vətəndaşlar sərbəst olmalıdır.

Səhiyyə eksperti vurğulayıb ki, bu gün regionlarda müasir tibb müəssisələr tikilsə də, avadanlıqlar olsa da, onlarla işləyə biləcək kadrlar çatışmır. Onun fikrincə, belə olduğu halda, xəstənin paytaxta gətirilməsinə icazə verilməməsi müəyyən problemlər yaradır:

“Təəssüflər olsun ki, bizim bu istiqamətdə xeyli çətinliyimiz var. Bələdiyyə səhiyyəsi, icbari tibbi sığorta inkişaf etməyib. Bununla yanaşı, Türkiyədə, ABŞ-da, Avropa ölkələrində təhsil alan xeyli gənc bu gün Azərbaycanda çalışır. Onlar qərb sistemini Azərbaycanda görə bilmir və mövcud səhiyyəyə adaptasiya etməkdə xeyli çətinlik çəkirlər. Bu sahədə müəyyən problemlər var. Bütün regionlara yüksək səviyyəli tibb kadrlarını cəlb etmək imkanımız yoxdur.

Çünki əvvəla, həkimlərin maaşları yetərincə deyil, ikincisi isə regionlarda işləmək üçün stimullaşdırıcı tədbirlər yoxdur. Yüksək səviyyəli mütəxəssisləri regionlarda çalışmağa cəlb etmək üçün stimul, bütün təminatlar olmalıdır. Millətin genofondunun keşiyində dayanan mütəxəssislərə qarşı cəmiyyətdə münasibət dəyişməlidir”.

Xəstəxanalarda növbətçilik prinsiplərinə də aydınlıq gətirən A.Qeybulla qeyd edib ki, bu sistem düzgün qurulmalıdır. Onun sözlərinə görə, cəmiyyətdə hər an bədbəxt, təbii, kriminal hadisələr, texnogen qəzalar ola bilər:

“Xəstəxanalarda, xüsusilə, təcili və təxirəsalınmaz yardımın işi yüksək səviyyədə qurulmalıdır. Hər hansı hadisə zamanı xəsarət alanlara tibb müəssisələrində ilkin təcili yardım və müayinələr təşkil edilməlidir. Bunun üçün xəstəxanalarda həkimlər olmalıdır. İstənilən xəstəxanada növbətçilik zamanı, ilk növbədə cərrah həkim, digər növbədə anestezioloq, revmatoloq həkimlərdən ibarət briqada qalmalıdır ki, təxirəsalınmaz müraciətlərdə vətəndaşlara yardım göstərmək mümkün olsun.

Planlı müraciətlərə gəldikdə isə vətəndaş saat 5-dən sonra xəstəxanaya müraciət etdikdə, ola bilsin ki, nevropatoloq orada olmasın. Amma stasionar şəraitdə xəstəxanada növbətçi həkimlər ağır xəstələrə görə növbələşdirilə bilər”.

Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Cəlalov isə açıqlamasında qeyd edib ki, xəstənin regionlardan Bakıya gətirilməsi üçün hansısa vacib sənəd olmalıdır. Onun sözlərinə görə, bütün təcili yardım avtomobillərinə CPRS sistemi qoyulub və onların gediş-gəlişi barədə məlumat əldə olunur:

“Rayondan çıxanda təcili yardım maşını bunun səbəbləri barədə məlumat verir. Ürəyi istəyən hər kəsin təcili yardımla Bakıya getməsi mümkün deyil. Bütün rayonlarda Bakıdan da yaxşı şərait yaradılıb. Ehtiyac olduqda Bakıdan rayona bütün sahələr üzrə lazımi mütəxəssislər göndərilir”.

M.Cəlalov qeyd edib ki, xəstələrin regiondan paytaxta gətirilməsi ilə bağlı qadağanın qoyulması ilə bağlı tapşırıq verilib. Ehtiyac olmadığı halda xəstələrin təcili yardımla rayondan Bakıya gətirilməsinə icazə verilmədiyini deyən baş həkim vurğulayıb ki, regionlarda lazımi təchiz olunan xəstəxana varsa, orada çalışan həkimlər də eyni institutu qurtarıb, eyni həkimlərdir:

“Əvvəllər rayonlarda müasir avadanlıqlar yox idi. Amma bu gün bütün xəstəxanalarda lazımi avadanlıqlar var, böyük əməliyyatlar icra edilir. Məsələn, bu yaxınlarda Moskvada icra edilən əməliyyatlardan biri Şirvanda icra edilib. Bir neçə ay əvvəl Ağdamda maşın vuran uşağın sağ qalma ehtimalı yox idi. Bakıdan neo-cərrah gedərək onu əməliyyat etdi və uşaq hazırda tam sağlamdır. Hansısa çətinlik olanda Bakıdan həkimlər, mütəxəssislər sanaviasiya xətti ilə yerlərə göndərilir. Bəzi hallarda xüsusi yardıma ehtiyacı olan xəstənin Bakıya gətirilməsi zəruri hesab olunur. Ağır vəziyyətdə olan xəstəyə yolda nəsə olacaqsa, buna görə kim cavab verəcək? Xəstə qohumları çox vaxt deyir ki, nəsə olsa bizlikdir, amma sonradan başqa hallar baş verir. Bundan əlavə, xəstənin vəziyyəti stabilləşmədən onu harasa - Bakıya gətirilməsi tibbi nöqteyi-nəzərdən də düzgün deyil”.

Baş həkim əlavə edib ki, rayonlardan xəstələrin Bakıya gətirilməsi zamanı yalnız müəyyən xəstəxanalar müəyyən edilib. İlkin olaraq rayondan gətirilən bütün xəstələrin Respublika Klinik Xəstəxanasına yerləşdirildiyini deyən M.Cəlalov vurğulayıb ki, bundan sonra onlar Klinik Tibbi Mərkəzə və ayrı-ayrı xəstəliklər üzrə xüsusiləşmiş institutlara aparılır.

Təcili yardımın özəl tibb müəssisələrinə xəstə aparmasına icazənin olmadığını deyən həkim qeyd edib ki, bu qayda əvvəldən olub, həmişə də bu formada icra edilib.

Tibb müəssisələrində növbətçilik sisteminə aydınlıq gətirən Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov açıqlamasında deyib ki, həkimlərin günortadan sonrakı fəaliyyəti növbətçiliyə əsasən həyata keçirilir. Onun sözlərinə görə, növbətçilik Əmək Məcəlləsinə uyğun keçirilir və müvafiq qrafik tərtib olunur.

E.Əzizov qeyd edib ki, növbətçilikdə müəssisənin fəaliyyət göstərdiyi istiqamət və ixtisas növlərinə uyğun tibb işçiləri olmalıdır:

“Müəssisədə cərrahiyyə əməliyyatları icra olunursa, cərrah, anestezioloq, tibb bacısı mütləq xəstəxanada olmalıdır. Zəruri olan tibb işçiləri də müəssisədə növbətçilik əsasında qalmalıdır. Əgər hansısa həkimlərin xəstəsi varsa, profilə uyğun olaraq onlar növbədə olmalıdır. Hər bir halda həkim həkimdir. Növbətçi həkim kimi qəbul şöbəsində kardioloq, terapevt da qala bilər. Hər bir müəssisədə növbətçiliyin qurulması müəssisənin rəhbərliyindən asılıdır. Həkimlərin növbətçiliyinə nəzarət də tibb müəssisəsinin rəhbərliyi tərəfindən aparılır”.

Nazirlik rəsmisi qeyd edib ki, hər hansı vətəndaş tibb müəssisəsinə müraciət etdikdə yalnız müəyyən tibbi müayinələrdən sonra onun hansı həkimə yönləndiriləcəyi məlum olur. Onun sözlərinə görə, xəstə qəbul şöbəsində qəbul olunur, ümumi müayinələrdən keçəndən sonra hansı dar ixtisaslı mütəxəssislərin cəlb olunacağı müəyyən olunur:

“Bu məsələdə əsas odur ki, istənilən vaxt vətəndaş üçün vacib olan tibbi xidmət təşkil edilsin, müayinələr aparılsın. Məsələn, xəstədə ürəklə bağlı problemi olarsa, kardioloq həkim müəssisəyə çağırıla bilər”.
OXŞAR MÖVZULAR