altun.az

Oktay Əsədov Fəzail Ağamalını susdurdu: "Yeri deyil" – Mövqe

18-12-2018, 13:10

Oktay Əsədov Fəzail Ağamalını susdurdu: "Yeri deyil" – Mövqe

Millət vəkil Fəzail İbrahimli özünü psixoloq kimi təqdim edən Nərmin Şahmarzadə adlı gənc qızın Mübariz İbrahimov haqqında işlətdiyi fikirlərə sərt reaksiya göstərib.
Altun.az xəbər verir ki, deputat Milli Məclisin bu gün keçirilən iclasında bu cür halların Azərbaycanın dəyərlərinə hücum olduğunu bildirib.
Spiker Oqtay Əsədov isə həmkarına irad tutaraq bu cür məsələləri Milli Məclisin gündəliyinə çıxarmağın yanlış olduğunu deyib:
“Mən bu məsələni izləmişəm. Xalqın Milli Qəhrəmana olan hücuma göstərdiyi hiddəti görmüşəm. Belə cılız məsələni Milli Məclisə çıxarmaq, onu bir qədər də tanıtmağın əleyhinəyəm. Həmin şəxs universitetdə oxuyur. Hələ, heç, psixoloq da deyil. Psixoloq olması üçün də illər lazımdır. O xanımın cavabını sosial şəbəkələrdə xalqımız, insanlar verdi”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 232 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com