Bugün:

Bu yollarda məhdudiyyət olacaq – Təmir

21 may 2018, 15:47, altun
    [declination=1 492]Oxunub: | [/declination]1 492
Bu yollarda məhdudiyyət olacaq – Təmir

Avtomobil Yolları Dövlət Agentliyinin iki əsas yolda apardığı işlərə görə hərəkət məhdudlaşdırılacaq.
Agentlikdən Altun.az-a verilən məlumata görə, Səbail rayonu, Lökbatan dairəsindən Bibiheybət məscidinə qədər olan hissədə, həmçinin Heydər Əliyev prospektinin Hava Limanından şəhər istiqamətində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilişi işləri aparılır.
Bu məqsədlə sözügedən yollar boyu axşam saatlarınadək avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılacaq.
Həmçinin Bakı Dairəvi-1 avtomobil yolunun 0-14 km-də, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 0-16 km-də (hər iki istiqamət) yol qəzaları zamanı yararsız hala düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.
Sözügedən avtomobil yollarında hərəkət iş aparılan bir zolaq üzrə ( digər hərəkət zolaqları açıqdır ) hissə-hissə məhdudlaşdırılacaq.