Bugün:

Tbilisidə narkotacirlər xalqı hakimiyyətin üzərinə qaldırdı - Video

12 may 2018, 22:49, altun
    Oxunub: 208
Tbilisidə narkotacirlər xalqı hakimiyyətin üzərinə qaldırdı - Video

Tbilisdə yüzlərlə gənc Gürcüstan parlamentinin binası qarşısında səhər saatlarına qədər mitinq keçirib.
Altun.az xəbər verir ki, etiraza səbəb paytaxtın gecə klublarında aparılan genişmiqyaslı əməliyyatlar olub. Aksiyaların keçirildiyi ərazi polis tərəfindən mühasirəyə alınıb. Bura başqa istiqamətlərdən gənclərin gəlməsinə izn verilməyib.
Etiraz aksiyası zamanı polis tərəfindən bir neçə gənc saxlanıb. Saxlanılanlar arasında Yeni Siyasi Mərkəz - Qirçi Partiyasının rəhbəri Zurab Caparidze də olub. O, aksiyalarda 35 nəfərin saxlanıldığını və onların arasında ABŞ və Britaniya vətəndaşlarının da olduğunu deyib.
Facebook sosial şəbəkəsində isə polisin təşkil etdiyi əməliyyatları dəstəkləyən və dəstəkləməyənlər olub. Əməliyyatlara qarşı xüsusilə gənc nəsil çıxıb.
Qeyd edək ki, bu gecə gürcü polisi və xüsusi təyinatlıları Tbilisidəki gecə klublarında xüsusi əməliyyat keçirib. Əməliyyat “Bassiani” və “Qaleri” gecə klublarından başlayıb. Əməliyyat zamanı xüsusi təyinatlılar narkotacirləri həbs edərək, kluba gələnlərin oranı tərk etməsini tələb ediblər. Əməliyyat zamanı 8 narkotacir yaxalanıb. Əməliyyata mane olan onlarla gənc isə saxlanılıb.
Əməliyyata səbəb bir həftə ərzində 5 gəncin naməlum narkotikdən dünyasını dəyişməsi və son bir ayda ən azı 8 gəncin zəhərlənmə diaqnozu ilə xəstəxanalara yerləşdirilməsi göstərilir.
Polisin keçirdiyi əməliyyatlara qarşı keçirilən etiraz aksiyası zamanı həmçinin “Bassiani” klubunun sahibi Zviad Qelbaxiani də saxlanılıb.
---
Gürcüstanda gecə klublarında keçirilmiş xüsusi əməliyyata etiraz olaraq paytaxt Tbilisidə parlament binasının qarşısında aksiya keçirilib.
"Ağ səs-küy” ictimai hərəkatının təşkilatçılığı ilə keçirilən aksiyaya Qirçi Partiyası, gecə klublarında çalışanlar, QHT nümayəndələri qatılıb. Onlar gecə klublarındakı reydlərə görə hökuməti tənqid edərək baş nazirin, daxili işlər nazirinin istefasını və zorakılıqda günahı olanların cəzalandırılmasını tələb ediblər.
Kutaisi və Batumi şəhərlərində də həmrəylik aksiyaları keçirilib.
Bir müddət öncə isə parlament binasının qarşısına əlavə polis qüvvələri cəlb edilib.
Xüsusi təyinatlılar bir sıra küçələrə nəzarəti gücləndiriblər