Impera

XƏBƏR LENTİ
16:00Nəsib Həsənov Azərbaycanın milyardlarını niyə xaricdə gizlədir?16:11Qarabağ Azərbaycandır! Siz anlamalısınız ki... - Saakaşvili15:59Hücumlar dayanmasa...- M.Çavuşoğlu15:47Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:42Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:25Rusiya və Türkiyə qarşı-qarşıya gəldi-Suriya üzərində insident23:18Gücləri birləşdirmədən... - Putin Makronu dəstəklədi23:0723 yaşlı gənc çayda boğuldu - 11 gün idi ki, ailə qurmuşdu...12:05Bakıda ağır qəza: 8 yaşlı uşaq öldü11:44Əgər Tramp yenidən seçilsə... - Vedrin14:05Hər iki ölkə münasibətlərə mənfi təsir edəcək addımlar atacaq - Çavuşoğlu13:57Sabiq prezident Atambayevin arvadına da cinayət işi açıldı-etmə, edərlər...13:49Zakir Həsənov Moskvaya - tamaşaya gedəcək15:23Baş verənlər islam dünyasını radikallaşdıracaq - Müsəlmanlara qarşı növbəti soyqırım...15:15"TÜRK QOŞUNLARI AZƏRBAYCANA GƏLMƏLİDİR" - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU00:33Dili ağzına ağırlıq edən Vidadi, Qabil və s. kimilərə... - Müəllim nəvəsindən CAVAB - VİDEO18:47Paşinyanın çıxışı ilə bağlı etiraz bəyanatı yayıldı - Foto17:46Nə edək, Cənablar?...15:48Atambayevin evinə hücum zamanı əsir götürülən xüsusi təyinatlıların ilk görüntüsü - VİDEO15:38Rusiyada hərbi hissələr partladılır: bu dəfə 2 ölü, 15 yaralı15:31800 milyonluq helikopter...11:28Nabranda batan uşağın meyiti Rusiyada tapıldı10:27Prezident Təhlükəsizlik Şurasını toplayır10:17Xüsusi təyinatlı vuruldu10:11Lerik rayonunda zəlzələ olub.10:03Sumqayıt yolunda iki avtobus toqquşdu: yaralananlar var - FOTO23:48İŞİD əmri Türkiyədə yaxalandı - Foto01:18"Ermənilərin hamısına düşmən kimi baxmayaq..." - Deputat15:24Ərindən boşanan iki uşaq anası özünü səkkizinci mərtəbədən atdı10:50Salyanda yol qəzası - 4 nəfər yaralandı09:43Ərəb koalisiyasının ABŞ-a 299 milyon borcu var - Rebariç16:47Aprelin 26-na MANATIN MƏZƏNNƏSİ12:33Putin Ukraynadakı seçkilərdən danışdı09:59Salyanda ağır yol qəzasında sürücü həyatını itirdi09:52ABŞ mayın ikisindən verdiyi imtiyazları tamamilə ləğv edəcək09:45Ukraynanın yeni prezidentindən yeni müharibə anonsu09:39Bakıda bu yollar bağlandı - Siyahı09:32Bu, Poroşenko üçün ağır və biabırçıdı məğlubiyyətdir - Kosaçev11:55Rus S-300-ləri öldü: İsrail bu raketlərə Rusiyanı aldada biləcək vasitə kimi yanaşır - Retçer11:14Rayonlara qar yağır, leysan olacaq - YENİLƏNİB + FOTO11:04Makron PYD/YPG-çi terrorçularla görüşdü10:55Qatar relsdən çıxdı: yaralılar var10:48Son dəqiqə: Sərnişin avtobusu aşdı: 11 ölü, 29 yaralı20:08Makrondan qalmaqallı qərar — 24 apreli erməni soyqırımı günü elan etdi19:59Rəsmi Bakıdan Yaqlanda CAVAB19:57Dünya şöhrətli professor ürəyin bir nömrəli DÜŞMƏNİNİ AÇIQLADI: Ailə...19:54Poroşenko: Zelenski virtual namizəddir19:52Azərbaycanlı Cənubi Koreyada dövlət məmuru oldu09:52Bakıda ev yandı - Yaralananlar var09:45Sudan da prezidentini devirdi...10:53Netanyahu seçkidə cüzi səslə irəlidədir – Rəsmi nəticələr14:15Netanyahu bütün dünyanı xaosa sürükləyir - Ömər Çelik14:08Zaqatala və Qax silkələnir21:32Şirvanda ev yanıb09:21Bizim Rusiyanın alyansı təhdid etdiyi istiqamətində düşüncəmiz var - NATO toplanır09:11İstambulda səsələr yenidən sayılacaq - Qərar16:50Hindistan Pakistan arasında müharibə gedir - Ölənlər var16:44Sərnişin avtobusu mağazaya girdi – Foto11:53Sərkisyan Tərtərin Çardaqlı kəndinə gəldi - Meydan oxudu11:05Biz sizin axmaq olacağınız anı gözləyirik - Ukraynanın məhv planı10:54Hərdən elə olurdu ki, anamın üzünü görmürdüm - 9 universitetin arzuladığı azərbaycanlı10:45"Cavad xan"-ın rejissoru Rövşən Almuradlı dayanacaqda keçindi10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video09:22Əxlaqsız videoların yayılması təsadüfi deyil: evimizin altında 12 əxlaqsızlıq yuvası var – Politoloq09:04Hər gün şəhid qanı bunlara görəmi axıdırıq?.. Kimin qeyrəti varsa...- Flora Kərimova21:12Bəzi qüvvələr müstəqilliyi demokratiyaya qurban verməyə hazırdır - Sərdar Cəlaloğlu18:55İspaniyada azərbaycanlılar ermənilərə etiraz etdi - Təxribat18:37Azərbaycanda terrorbaşı Öcalan gündəmə gətirilir? - 30 il sonra17:56Rusiya HDD Xəzərdə genişmiqyaslı əməliyyata başlayır17:47Əxlaqsızlığı təbliğ edən videonu yayanlar 2 il müddətinə həbs edilə bilər12:27Bu gündən sosial müavinətlər artırılır - ƏƏSMN12:18Ukraynada seçki ikinci tura keçə bilər - MSK11:57Yunanıstan Xİ naziri Kolumbiya Universitetində mühazirə oxuyacaq11:44CHP-li Əkrəm İmamoğlu İstanbulda AKP-li Binəli Yıldırımı yendi - YSQ11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:24Rus milyarder Almaniyada təyyarə qəzasında həlak oldu - Video20:54İcra başçısının maşını da "başçıdır": Qırmızıda keçməkdə - Video20:45Paytaxtın bu hissəsində su olmayacaq - Azərsu ASC20:40Türkiyə Silahlı Qüvvələri Suriya ilə sərhəddi bərkidir20:36Türkiyədə ilkin nəticələr açıqlanır15:17“Diqlas”dakı sahibkarlara 8.5 milyon manatlıq güzəştli kredit təklif edildi15:07Seçki məntəqəsində dava olub - Ukraynada...12:51Taliban Əfqanıstan ordusunun silah-sursatını ələ keçirdi12:46Venesuela da Azərbaycan kimi növbəti dəfə...– Rəsmi açıqlama18:38Bakıda əcnəbini qarət edən qrup ələ keçirildi18:28Allahşükür Paşazadə Ramzan Kadırovla görüşüb - FOTO18:03ABŞ Britaniyanı da çökdürməkdə qərarlıdır: Breksiti gözləyirik... - Con Bolton17:52ABŞ Tiflisin Rusiya ilə sərhəddə yeni kazino tikməsindən narahatlığını bildirdi - Bu...17:41Azərbaycanlıların qanlı 31 mart soyqırımı ilə bağlı...- Bəyanat15:47Məxfi əlaqə sistemlərini türk həmkarlarımız quraşdırıb - Poroşenko14:04Əliyev-Paşinyan görüşünün nəticələri... - PA rəsmisi açıqladı13:55Narkotik ticarətçisi saxlanıldı - 11,1 kq-lıq malla...13:50Rusiya Orta Asiya respublikalarına xəbərdarlıq etdi: İŞİD gəlir - Rusiya DİN
BÜTÜN XƏBƏRLƏR

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Mən, ömrümün 30-40 ilini işgəncələr altında, həbsxanalarda, məhrumiyyətlər içində keçirmişəm - Sərdar Cəlaloğlu

08 apr 2018, 22:03   
Mən, ömrümün 30-40 ilini işgəncələr altında, həbsxanalarda, məhrumiyyətlər içində keçirmişəm - Sərdar Cəlaloğlu

Altun.az xəbər verir ki, Demokrat Partiyasının sədri, prezidentliyə namizəd Sərdar Cəlaloğlu Azadlıq Radiosuna müsahibə verib. Özünün standartdan kənar fikirləriylə daim ictimaiyyətin diqqət mərkəzində olan S.Cəlaloğlunun bu müsahibəsini də oxucularımızın müzakirəsinə təqdim edirik.
- Sərdar bəy, artıq ikinci dəfədir prezident seçkilərinə qatılırsınız. Rəsmi nəticələrə görə, ötən dəfə cüzi səs toplamışdınız - 0.62 faiz. Təkrar seçkilərdə iştirak etməyə sizi nə vadar edir? Dəyişən nədir?
- Elə bir təbliğat aparmışam ki, yerlərdə həm seçkiyə, həm də mənə maraq var
- Rəy sorğuları dediniz. Hansı rəy sorğularına əsaslanırsınız? Onu yerli, ya beynəlxalq qurumlar keçirir?
- Biz özümüz bir rayona gedəndə üzvlərimiz vətəndaşlardan soruşurlar ki, kimə səs verəcəksiniz. Məsələn, bir küçədə 30-40 adamdan kimə səs verəcəyini soruşanda, onun 90 faizi deyir ki, Sərdar Cəlaloğluna.
- Üç həftəlik təbliğat-təşviqat kampaniyası aparıldı və bu müddətdə 6-7 teleçıxışınız oldu. Sizcə, bu, dediyiniz nəticəni əldə etmək üçün təbliğatı qurmağa yetərlidirmi?
- Bəzən yerində deyilən bir söz orduların belə həll edə bilmədiyi qələbəni gətirə bilər. Bir söz! Beş dəqiqə kifayətiydi ki, mən cəmiyyətin rəyini tamam döndərəm. Siz elə deyirsiniz ki... Guya xalqa illərlə nağıl danışmaq lazımdır? Xalqa ürəyinə yatan, beyninə çatan həqiqəti deyirsiniz, dərhal da münasibəti dəyişir. Verilən imkan da mənə elə gəlir ki, ictimai rəyi dəyişməyə kifayət etdi.
- Dediniz ki, qələbə üçün bir söz də yetərlidir. O hansı sözdür ki, Sərdar Cəlaloğlu onu söyləməklə ictimai rəyi dəyişə bilər?
- Mən demədim ki, bir söz kifayət etdi. Əvvəllər beləydi də, müxalifət deyirdi ki, İlham Əliyev və onun komandası... Yəni müxalifət yuxarıdan aşağı baxırdı, tutalım, sadə bir vətəndaş da bilmirdi ki, kənddə onun hüququnu pozan serjantın, hakimin, həkimin İlham Əliyevə nə aidiyyəti var. Biz başqa yol seçdik, aşağıdan yuxarı baxmaq yolunu seçdik. Hər bir vətəndaşın gündəlik problemlərini qaldırdıq, yoxsulluğu, işsizliyi, özbaşınalığı... Onda vətəndaş məni bilavasitə onun marağının təmsilçisi kimi gördü. Ancaq "İlham, İlham" deyəndə elə bilir ki, mən öz prezidentliyim uğrunda, hakimiyyətə gəlmək uğrunda dava edirəm. İndi isə gördü ki, mənim davam prezidentlik uğrunda yox, onun maraqları naminədir. Bizim prioritet vətəndaşın vəziyyətinin düzəlməsidir, ölkədə siyasətin dəyişdirilməsidir. Çünki ölkədə qorxu var, hakimiyyətin dəyişməsindən danışanda hətta ən narazı adam belə qulaq asmaqdan qorxur. Ancaq vətəndaşın vəziyyətinin, siyasi vəziyyətin dəyişməsi deyəndə vətəndaşlar həvəslənir, prosesdə aktiv iştiraka cəhd edirlər. Bu, bizim kəşfimiz oldu.
Biz başqa yol seçdik, aşağıdan yuxarı baxmaq yolunu seçdik. Hər bir vətəndaşın gündəlik problemlərini qaldırdıq, yoxsulluğu, işsizliyi, özbaşınalığı...
- Dəqiqləşdirək, siz prezident olmaq istəyirsiniz, yəni ölkədə hakimiyyətin dəyişməsini istəyirsiniz, yoxsa indiki hakimiyyətin apardığı siyasətin?
- Bizim üçün bir nömrəli vəzifə ölkədəki siyasətin dəyişməsidir. Təbii ki, mən prezidentliyə namizəd kimi hakimiyyətə gəlmək istəyirəm. Amma «Mən hakimiyyətə gəlmirəmsə, bu siyasət də dəyişməsin, kütlə istismar olunsun» kimi istəyim yoxdur. Əksinə, prezident olmaq istəyirəm, amma xalqın vəziyyəti, ölkədəki siyasət dəyişəcəksə, mən hətta öz prezidentliyimi qurban verməyə hazıram.
- Siz xalqın vəziyyətinin dəyişməsindən, sosial-iqtisadi problemlərin həllindən danışırsınız. Bu problemlər, bu vəziyyət də indiki hakimiyyətin dövründə ortalığa çıxıb. Sizcə, indiki hakimiyyət həmin problemləri həll etmək, vəziyyəti dəyişmək istəyirmi? Buna hazırdırmı?
- Üzeyir Hacıbəyovun bir sözü var: atın şəklini elə çəkməliyik ki, sonradan «Bu at şəklidir» yazmaq lazım gəlməsin. Mən xalqın vəziyyətini o qədər aydın izah edirəm ki, o, bu problemlərin yaranmasında günahkarın kimliyini asanlıqla müəyyən edir. Nəyə görə xalqa demək lazımdır ki, günahkar Həsəndir, Hüseyndir. Siz dediyiniz ənənəvi texnologiyadır, yəni ad çək, camaatı istiqamətləndir. Xalqı düşündürmək istəyirik ki, kimdir bu vəziyyətdə olmağının günahkarı?
- Problemləri hakimiyyətin yaratdığını düşünənlər də var, bu halda onu dəyişmədən siyasətin dəyişməsi mümkündürmü? Bu, utopik səslənmirmi?
- Əlbəttə, mümkündür. Məsələn, Camal Əbdül Nasir, vaxtilə kommunistləri qırırdı, sonra onlarla birləşdi, işğala qarşı müqavimət göstərdi. Və ya Pinoçet, prezident olduğu vaxt seçkilərin keçirilməsi üçün BMT-yə müraciət etdi, özü də həmin seçkilərdə uduzdu. Dünyada belə nümunələr yüzlərlədir.
40 ildir eyni siyasət aparılır, ancaq birinci şəxsin üstünə gedirlər. Camaat da qorxur
- Azərbaycandakı hakimiyyət buna hazırdırmı?
- Söhbət hakimiyyətin hazır olub-olmamağından getmir ki. Hələ gəlin görək müxalifət özü buna hazırdırmı? İlhamın (prezident İlham Əliyev) adını çəkməməyimə görə deyirlər ki, sən xainsən. Sən mənim texnologiyama bax, siyasətimə bax, sonra danış. 40 ildir eyni siyasət aparılır, ancaq birinci şəxsin üstünə gedirlər. Camaat da qorxur. Mən indi heç kimin adını çəkmirəm. Xalqı qorxutmaq olmaz. Bu, yeni texnologiyadır. Əvvəlcə siyasət dəyişməlidir, bu siyasət nəticəsində komanda dəyişməlidir, bu da ölkədəki ümumi situasiyanı dəyişməlidir.
- Prezidentliyə namizəd Razi Nurullayev də sizin kimi ənənəvi müxalifəti hakimiyyəti tənqid etməkdə qınayır. Hesab edir ki...
- Siz məni Razi Nurullayevlə bərabər tutursunuzsa... Mənim yaşıma, başıma, ağlıma baxın. Razi Nurullayev bu prosesə hansı missiya ilə qatılıb, niyə qatılıb, deyə bilmərəm, amma mən o namizədlər arasında özümə İlham Əliyevdən başqa alternativ görmürəm. Nə ağlıma, nə intellektimə, nə təcrübəmə, nə də xalqıma münasibətimə görə alternativ görürəm. Mən ömrümün 30-40 ilini işgəncələr altında, həbsxanalarda, məhrumiyyətlər içində keçirmişəm.
- Razi Nurullayev də sizin kimi deyir ki, hakimiyyəti tənqid etməkdən imtina edib, konstruktiv yol seçib. Yəni sizdən başqa da bu yolu seçənlər varmış, bu tək sizin kəşfiniz deyilmiş.
- Biz hələ 2005-ci ildə partiyanın qurultayında qərar verərək konstruktiv müxalifət mövqeyinə keçmişik. O vaxt Razi Nurullayev Əli Kərimlinin (AXCP sədri) ən radikal müavinlərindən idi. Siz bizi necə bərabərləşdirirsiniz?
- Qanunla Sərdar Cəlaloğlu da prezidentliyə namizəddir, Razi Nurullayev də. Yəni heç kimə fərq qoyulmur.
- Mən demirəm ki, mənə üstünlük verin. Siz Nurullayevin bu gün «Mən konstruktiv müxalifətəm» deməyi ilə 10 il əvvəl Demokrat Partiyasının konstruktiv müxalifətdən danışmasını, buna görə təzyiqlərlə üzləşməsini, bu istiqamətdə addımlar atmasını bərabərləşdirirsiniz. Mən bunu deyirəm.
- 10 ildir «konstruktiv siyasət»dən danışırsınızsa, dəyişən də heç nə yoxdursa, bəlkə bu yol da yanlışdır?
- Bu müddətdə çox şey dəyişib. O siyasət nəticəsində biz iqtidarla müxalifət arasında normal siyasi münasibətlərin qurulması nümunələrini ortaya qoyduq. Siyasi diskussiyalarda dövlətin problemlərini birgə müzakirə etdik. Düzdür, Rusiya burda demokratikləşməyə imkan vermir. İqtidarın özünü də lazım gələndə sıxışdırır ki, müxalifətdən aralı dursun. Burda hər şey iqtidarın iradəsindən asılı deyil ki. Azərbaycan iqtidarı 30 faiz müstəqil siyasət həyata keçirir. Qəbul etməliyik ki, Azərbaycan üzərində ciddi basqılar var, Amerika da basqı yapır, İran da, Rusiya da. Azərbaycan iqtidarı elə bir geopolitik yerdədir ki; «Burda siyasəti ancaq Azərbaycan iqtidarı aparır»- demək, siyasətdən başı çıxmamaqdır. Məsələn, aprel döyüşlərində hökumət açıq etiraf etdi ki, Rusiya bizi döyüşü davam etdirməyə qoymayıb. Bəzən liderlər qərar qəbul etməkdə müstəqil olmurlar. Azərbaycanda müxalifətin parlamentə buraxılmaması, iqtidar-müxalifət düşmənçiliyi, hətta korrupsiyanın özü belə Rusiyanın bilavasitə təkidi ilə həyata keçirilir. Orda da korrupsiya astronomik rəqəmlərlə ifadə olunur, Azərbaycanda da. Rusiyada da müxalifət parlamentə buraxılmır, Rusiyada da qanun işləmir. Azərbaycan hələ də Rusiyanın siyasi sferasından çıxmayıb. Bizim, müxalifət olaraq, məqsədimiz Azərbaycanı Rusiyanın siyasi təsir dairəsindən çıxarmaq olmalıdır.
Azərbaycanda müxalifətin parlamentə buraxılmaması, iqtidar-müxalifət düşmənçiliyi, hətta korrupsiyanın özü belə Rusiyanın bilavasitə təkidi ilə həyata keçirilir
- Yəni siz Azərbaycandakı əksər problemləri iqtidarın yox, Rusiyanın ayağına yazırsınız.
- Rusiyanın təkidi və təzyiqi ilə bağlı baş verir bunlar.
- Amma Rusiyanın təsir dairəsindən çıxmağa çalışan ölkələr də var, Gürcüstan, Ukrayna, Moldova... Azərbaycan niyə buna getmir?
- Həmin ölkələrin məruz qaldıqları itkilərə baxın. Gürcüstan iki respublikasını itirdi, Ukrayna həm Krımı itirdi, həm də ölkənin yarısına nəzarəti itirib, suverenliyi məhduddur. Azərbaycan bir müsəlman ölkəsidir. Avropa Gürcüstanla Ukraynaya göstərdiyi münasibəti Azərbaycana göstərməyəcək. Bu halda belə bir addım atmağımız bizə baha başa gələ bilər. Ona görə də türk konfederasiyasının yaradılmasını tələb edirəm. Yalnız ondan sonra biz Rusiyanın təsirindən çıxa bilərik. Azərbaycan özünə daha yaxın dostlar tapmayana qədər o addımları ata bilməz.
- Siz televiziya çıxışlarınızda bir neçə dəfə konkret vətəndaşların problemlərini qaldırdınız. Və növbəti debatda baş nazirin birinci müavini, eləcə də prezidentliyə namizəd İlham Əliyevin nümayəndəsi sözügedən məsələnin yoluna qoyulduğunu və ya araşdırıldığını bildirirdi. Belə təəssürat yaranırdı ki, bundan hakimiyyət nümayəndəsi öz xeyrinə bəhrələnir.
- Qətiyyən. Əvvəla, mən 10 min şəhid ailəsindən birinin probleminin həllinə nail olmuşam, məsələn, Samuxda. Və ya minlərlə tələbədən, ya da yoxsuldan birinin problemi həll olunub. Yerdə qalan 10 minlərlə yoxsul bilir ki, problemi həll edilməyib. Yəni, bir nəfərin probleminin həlli o demək deyil ki, yerdə qalanların da işi düzəldi. Tutalım, o bir nəfər hakimiyyətdən razı qalıb İlham Əliyevə səs verəcək. Yerdə qalan 9999 nəfərin problemi ki qalır. Bunu İlham Əliyevə xidmət kimi qiymətləndirmək prosesin mahiyyətinə varmamaqdır.
- Yəni Siz yerdə qalan 9999 nəfərin məhz sizə səs verəcəyinə əminsiniz?
- Mən əmin deyiləm. Siyasətçiyəm, təcrübəm var. Bilirəm ki, uyğun yanaşma tapmışıq. Özümüzü sınamaq istəyirik ki, görək bu yol effektlidir, ya yox.​
Seçki
- Mərkəzi Seçki Komissiyasının elan edəcəyi nəticəni qəbul edəcəksiniz?
- O nəticənin mənim üçün bir əhəmiyyəti yoxdur. Biz nəticəyə seçkilərdən sonrakı dövrün, dövlətin, xalqın maraqları baxımından, geopolitik vəziyyət, dünyada gedən proseslər baxımından qiymət verəcəyik. Verəcəyimiz qiymət hüquqi və siyasi olacaq.
- Siyasətçi nəticə uğrunda mübarizə aparmırsa, nə qədər ciddi təsir bağışlayır, Sərdar bəy?
- Məni siyasi nəticə maraqlandırır. Hüquqi nəticə isə, ola bilsin, siyasi nəticəylə üst-üstə düşsün, ola da bilsin, fərqli olsun. İki nəfərin səsi düzgün hesablanmasa, bəzi müxalifətçilər kimi deyək ki, bu seçkini tanımırıq, qeyri-legitimdir?.. Seçkidən sonrakı vəziyyətin siyasi nəticələrinə görə qiymət verəcəyik. Dünya bu seçkiylə bitmir. Bütün dünya bu seçkilərin nəticələrini tanıyıb, hökumətlə əməkdaşlığa başlayandan sonra mənim nəticələri tanımamağım nə verəcək xalqa, dövlətə? Mən özümü dünyanın axınından kənara qoyanda, ən yaxşı halda, Don Kixot oluram.
OXŞAR MÖVZULAR