Bugün:

Ərdoğana ağır itki

18 mar 2018, 21:06, altun
    Oxunub: 0
Ərdoğana ağır itki

Türkiyənin Bolu rayonunda ağır qəza baş verib.
Altun.az Musavat.com-a istinadən xəbər verir ki, 3 avtomobilin toqquşduğu qəzada 3 nəfər həlak olub, 2 nəfər isə yaralanıb. Həlak olanlardan biri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dayısı oğlu Bayram Ali Mutludur.
Məlumata görə, qəzada ağır yaralanan 55 yaşlı Bayram Ali Mutlu xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.