Bugün:

Tovuzda jurnalistə hücum edildi - Video

18 mar 2018, 00:25, altun
    Oxunub: 0
Tovuzda jurnalistə hücum edildi - Video

Sürət həddi aşılır, yol nişanlarının tələbləri pozulur, təhlükəsizlik kəmərindən isə, ümumiyyətlə, istifadə olunmur.
ARB xəbər verir ki, yol-hərəkəti qaydalarına əməl etməyən sürücülər mənzil başına tələsik çatmağı, sanki, öz həyatlarından üstün tuturlar. Necə gəldi avtomobil idarə edən sükan sahibləri yollarda vəziyyəti çətinləşdirməklə yanaşı, digər hərəkət iştirakçılarını da təhlükəyə atırlar.
Lakin bu hadisələrdən çoxları bir nəticə çıxartmır, hələ üstəlik özlərini haqlı sayırlar. Məsələn, bu sürücünün qaydaları pozması azmış kimi, çəkiliş qrupuna kobud şəkildə etiraz etməkdən də çəkinməyib. Avtomobil sahibi sərnişinləri ilə birgə əməkdaşlara hücum edib. Təqribən bir saat ərzində aparılan çəkiliş zamanı 50-yə dək sürücü yol-hərəkəti qaydalarını pozduğuna görə cərimələnib.
Hər halda sürücünün məlumatsız olması, onun cərimələnməsi üçün ciddi səbəbdir. Amma yol polisinin də məqsədi heç də cərimələmək deyil. Cərimə olunmaq istəməyənlər qaydalara əməl etməlidir. Çünki bu qaydalar hər kəsin həyatının təhlükəsizlik təminatçısıdır.
https://www.youtube.com/watch?time_continue=13&v=w2YZNhTjAf0