Bugün:

Müddət başa çatdı: “Kabuslar” Afrinə girdi

17 mar 2018, 14:08, altun
    Oxunub: 0
Müddət başa çatdı: “Kabuslar” Afrinə girdi

Mülki vətəndaşların Afrini tərk etməsi üçün təyin olunan 72 saatlıq vaxt başa çatıb.
Altun.az xəbər verir ki, təyin edilən vaxtın başa çatması ilə xüsusi təyinatlı qüvvələrin tabeliyindəki “Kabus” komandosları Afrinə daxil olaraq, çox sayda terrorçunu zərərsizləşdirib.
Məlumata görə, xüsusi təlim keçmiş “Kabus” dəstələri terrorçuların mülki insanların arasına qarışmasına imkan verməyib. “Kabuslar”ın bölgədə həyata keçirdiyi xüsusi taktika terrorçuların planlarının qarşısını alıb. Belə ki, “Kabuslar” Afrində terrorçu olduğu müəyyən edilən şəxslərə gizli şəkildə yaxınlaşaraq, onları tək-tək məhv edib. Onların bu uğuru terrorçuların rabitə danışığında da öz əksini tapıb.
“Nə olduğunu anlaya bilmədik, burnumuzu çıxarsaq, başımızın üstündədilər”, - terrorçuların danışığında deyilir.
Afrin əməliyyatı çərçivəsində ehtiyac yarandığı zaman bölgəyə daxil olan və sonra ərazini tərk edən xüsusi təyinatlıların artıq əməliyyatlar üçün Afrində daimi olaraq mövqe qurduğu bildirilib.