Impera

XƏBƏR LENTİ
16:11Qarabağ Azərbaycandır! Siz anlamalısınız ki... - Saakaşvili15:59Hücumlar dayanmasa...- M.Çavuşoğlu15:47Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:42Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:25Rusiya və Türkiyə qarşı-qarşıya gəldi-Suriya üzərində insident23:18Gücləri birləşdirmədən... - Putin Makronu dəstəklədi23:0723 yaşlı gənc çayda boğuldu - 11 gün idi ki, ailə qurmuşdu...12:05Bakıda ağır qəza: 8 yaşlı uşaq öldü11:44Əgər Tramp yenidən seçilsə... - Vedrin14:05Hər iki ölkə münasibətlərə mənfi təsir edəcək addımlar atacaq - Çavuşoğlu13:57Sabiq prezident Atambayevin arvadına da cinayət işi açıldı-etmə, edərlər...13:49Zakir Həsənov Moskvaya - tamaşaya gedəcək15:23Baş verənlər islam dünyasını radikallaşdıracaq - Müsəlmanlara qarşı növbəti soyqırım...15:15"TÜRK QOŞUNLARI AZƏRBAYCANA GƏLMƏLİDİR" - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU00:33Dili ağzına ağırlıq edən Vidadi, Qabil və s. kimilərə... - Müəllim nəvəsindən CAVAB - VİDEO18:47Paşinyanın çıxışı ilə bağlı etiraz bəyanatı yayıldı - Foto17:46Nə edək, Cənablar?...15:48Atambayevin evinə hücum zamanı əsir götürülən xüsusi təyinatlıların ilk görüntüsü - VİDEO15:38Rusiyada hərbi hissələr partladılır: bu dəfə 2 ölü, 15 yaralı15:31800 milyonluq helikopter...11:28Nabranda batan uşağın meyiti Rusiyada tapıldı10:27Prezident Təhlükəsizlik Şurasını toplayır10:17Xüsusi təyinatlı vuruldu10:11Lerik rayonunda zəlzələ olub.10:03Sumqayıt yolunda iki avtobus toqquşdu: yaralananlar var - FOTO23:48İŞİD əmri Türkiyədə yaxalandı - Foto01:18"Ermənilərin hamısına düşmən kimi baxmayaq..." - Deputat15:24Ərindən boşanan iki uşaq anası özünü səkkizinci mərtəbədən atdı10:50Salyanda yol qəzası - 4 nəfər yaralandı09:43Ərəb koalisiyasının ABŞ-a 299 milyon borcu var - Rebariç16:47Aprelin 26-na MANATIN MƏZƏNNƏSİ12:33Putin Ukraynadakı seçkilərdən danışdı09:59Salyanda ağır yol qəzasında sürücü həyatını itirdi09:52ABŞ mayın ikisindən verdiyi imtiyazları tamamilə ləğv edəcək09:45Ukraynanın yeni prezidentindən yeni müharibə anonsu09:39Bakıda bu yollar bağlandı - Siyahı09:32Bu, Poroşenko üçün ağır və biabırçıdı məğlubiyyətdir - Kosaçev11:55Rus S-300-ləri öldü: İsrail bu raketlərə Rusiyanı aldada biləcək vasitə kimi yanaşır - Retçer11:14Rayonlara qar yağır, leysan olacaq - YENİLƏNİB + FOTO11:04Makron PYD/YPG-çi terrorçularla görüşdü10:55Qatar relsdən çıxdı: yaralılar var10:48Son dəqiqə: Sərnişin avtobusu aşdı: 11 ölü, 29 yaralı20:08Makrondan qalmaqallı qərar — 24 apreli erməni soyqırımı günü elan etdi19:59Rəsmi Bakıdan Yaqlanda CAVAB19:57Dünya şöhrətli professor ürəyin bir nömrəli DÜŞMƏNİNİ AÇIQLADI: Ailə...19:54Poroşenko: Zelenski virtual namizəddir19:52Azərbaycanlı Cənubi Koreyada dövlət məmuru oldu09:52Bakıda ev yandı - Yaralananlar var09:45Sudan da prezidentini devirdi...10:53Netanyahu seçkidə cüzi səslə irəlidədir – Rəsmi nəticələr14:15Netanyahu bütün dünyanı xaosa sürükləyir - Ömər Çelik14:08Zaqatala və Qax silkələnir21:32Şirvanda ev yanıb09:21Bizim Rusiyanın alyansı təhdid etdiyi istiqamətində düşüncəmiz var - NATO toplanır09:11İstambulda səsələr yenidən sayılacaq - Qərar16:50Hindistan Pakistan arasında müharibə gedir - Ölənlər var16:44Sərnişin avtobusu mağazaya girdi – Foto11:53Sərkisyan Tərtərin Çardaqlı kəndinə gəldi - Meydan oxudu11:05Biz sizin axmaq olacağınız anı gözləyirik - Ukraynanın məhv planı10:54Hərdən elə olurdu ki, anamın üzünü görmürdüm - 9 universitetin arzuladığı azərbaycanlı10:45"Cavad xan"-ın rejissoru Rövşən Almuradlı dayanacaqda keçindi10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video09:22Əxlaqsız videoların yayılması təsadüfi deyil: evimizin altında 12 əxlaqsızlıq yuvası var – Politoloq09:04Hər gün şəhid qanı bunlara görəmi axıdırıq?.. Kimin qeyrəti varsa...- Flora Kərimova21:12Bəzi qüvvələr müstəqilliyi demokratiyaya qurban verməyə hazırdır - Sərdar Cəlaloğlu18:55İspaniyada azərbaycanlılar ermənilərə etiraz etdi - Təxribat18:37Azərbaycanda terrorbaşı Öcalan gündəmə gətirilir? - 30 il sonra17:56Rusiya HDD Xəzərdə genişmiqyaslı əməliyyata başlayır17:47Əxlaqsızlığı təbliğ edən videonu yayanlar 2 il müddətinə həbs edilə bilər12:27Bu gündən sosial müavinətlər artırılır - ƏƏSMN12:18Ukraynada seçki ikinci tura keçə bilər - MSK11:57Yunanıstan Xİ naziri Kolumbiya Universitetində mühazirə oxuyacaq11:44CHP-li Əkrəm İmamoğlu İstanbulda AKP-li Binəli Yıldırımı yendi - YSQ11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:24Rus milyarder Almaniyada təyyarə qəzasında həlak oldu - Video20:54İcra başçısının maşını da "başçıdır": Qırmızıda keçməkdə - Video20:45Paytaxtın bu hissəsində su olmayacaq - Azərsu ASC20:40Türkiyə Silahlı Qüvvələri Suriya ilə sərhəddi bərkidir20:36Türkiyədə ilkin nəticələr açıqlanır15:17“Diqlas”dakı sahibkarlara 8.5 milyon manatlıq güzəştli kredit təklif edildi15:07Seçki məntəqəsində dava olub - Ukraynada...12:51Taliban Əfqanıstan ordusunun silah-sursatını ələ keçirdi12:46Venesuela da Azərbaycan kimi növbəti dəfə...– Rəsmi açıqlama18:38Bakıda əcnəbini qarət edən qrup ələ keçirildi18:28Allahşükür Paşazadə Ramzan Kadırovla görüşüb - FOTO18:03ABŞ Britaniyanı da çökdürməkdə qərarlıdır: Breksiti gözləyirik... - Con Bolton17:52ABŞ Tiflisin Rusiya ilə sərhəddə yeni kazino tikməsindən narahatlığını bildirdi - Bu...17:41Azərbaycanlıların qanlı 31 mart soyqırımı ilə bağlı...- Bəyanat15:47Məxfi əlaqə sistemlərini türk həmkarlarımız quraşdırıb - Poroşenko14:04Əliyev-Paşinyan görüşünün nəticələri... - PA rəsmisi açıqladı13:55Narkotik ticarətçisi saxlanıldı - 11,1 kq-lıq malla...13:50Rusiya Orta Asiya respublikalarına xəbərdarlıq etdi: İŞİD gəlir - Rusiya DİN13:43Elçin Quliyev "Qazax" sərhəd xidmətçiləriylə görüşdü - Foto
BÜTÜN XƏBƏRLƏR

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Nazirdən pensiyalarla bağlı şad xəbər: Artım...

27 fev 2018, 17:16   
Nazirdən pensiyalarla bağlı şad xəbər: Artım...

Azərbaycan Prezidenti İlham Əliyevin bu ay ərzində imzaladığı 13 Fərman və Sərəncam ümumilikdə 1 milyon 856 min nəfərə yönələn pensiya, müavinət və Prezidentin təqaüdlərinin artırılmasına imkan verib. Pensiya, müavinət və Prezident təqaüdlərinin artırılması üçün ilin sonunadək əlavə 200 milyon manat vəsait ayrılacaq.
Altun.az xəbər verir ki, bunu qeyd olunan Fərman və Sərəncamlarla əlaqədar keçirdiyi mətbuat konfransında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov vurğulayıb. Nazir bildirib ki, sosial müdafiə sisteminin mühüm komponentlərindən olan pensiya təminatı bu gün əhalinin 1 milyon 318 min 434 nəfərini əhatə etməklə, sabit sosial rifahın təmin edilməsində önəmli rol oynayır. Həyata keçirilən məqsədyönlü sosial müdafiə tədbirləri əmək pensiyasının orta aylıq məbləğinin 2003-cü ilə nisbətən 11,3 dəfə artaraq 2018-ci il 1 yanvar tarixinə 208,36 manata, yaşa görə əmək pensiyasının orta aylıq məbləğinin isə 233,68 manata çatmasına imkan verib.
Bu dövrdə əmək pensiyalarının maliyyələşməsinə yönəldilən illik vəsaitin həcmi də 17 dəfə artıb: "Azərbaycan Prezidentinin "Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” 9 fevral 2018-ci il tarixli Sərəncamı bu istiqamətdə növbəti irəliləyişə əsas yaradıb. Sərəncama əsasən əmək pensiyalarının ümumi məbləğinin 2017-ci ildə ölkəmizdə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq 2018-ci il yanvarın 1-dən 5,7 faiz artırılması təmin edilib. Sərəncam pensiyaçıların 1 milyon 236 min nəfərinə və ya 94 faizinə şamil olunmaqla, onların pensiyalarında müvafiq artımın edilməsi üçün il ərzində ayrılması nəzərdə tutulmuş əlavə vəsaitin həcmi 165,4 milyon manat təşkil edir”.
S.Müslümov bildirib ki, Azərbaycan Prezidentinin 20 fevral 2018-ci il tarixli və 22 fevral 2018-ci il tarixli olmaqla imzaladığı 9 sənəd (2 Fərman və 7 Sərəncam) isə Prezidentin aylıq təqaüdü ödənilən 9 kateqoriya üzrə şəxsləri əhatə edir: "Həmin sənədlərə əsasən, müvafiq şəxslərə Prezident təqaüdü 2018-ci il martın 1-dən 10 faiz artırılmaqla, şəhid ailələri üçün 220 manatdan 242 manata, Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün 200 manatdan 220 manata, müharibə və 20 Yanvar əlilləri - I qrup əlillər üçün 165 manatdan 181,5 manata, II qrup əlillər üçün 143 manatdan 157,3 manata, III qrup əlillər üçün 110 manatdan 121 manata, 1941-1945-ci illər Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslər üçün 110 manatdan 121 manata çatdırılacaq. Həmçinin sosial müavinət alan ümumi səbəblərdən birinci qrup əlillərə də Azərbaycan Prezidentinin təqaüdlərinin gələn aydan 10 faiz artırılması, Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün Prezidentin təqaüdünün aylıq məbləğinin 1300 manatdan 1500 manata, Prezidentin fərdi təqaüdünün 1300 manatdan 1450 manata, fəxri adlara görə aylıq təqaüdlərin "Xalq” fəxri adı üçün 100 manatdan 150 manata, "Əməkdar” fəxri adı üçün 60 manatdan 100 manata çatdırılması nəzərdə tutulur. Qeyd olunan 9 Fərman və Sərəncam Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə Prezidentin aylıq təqaüdü ödənilən 60 minədək şəxsi əhatə edir. Onların təqaüdlərinə müvafiq artımın edilməsi üçün cari ilin sonunadək dövlət büdcəsindən 9,7 milyon manat əlavə vəsait ayrılacaq”.
Nazir onu da qeyd edib ki, müharibə və 20 Yanvar əlilləri Prezidentin aylıq təqaüdü ilə yanaşı, əlilliyə görə əmək pensiyası və ya sosial müavinətlə, habelə şəhid ailəsi üzvləri əmək pensiyası hüquqları olmadıqda aylıq sosial müavinətlə təmin olunurlar ki, dövlət başçısının müvafiq Sərəncamları ilə həmin sosial ödənişlərin də artırılması təmin olunub.
Ölkəmizdə geniş əhali kontingentini əhatə edən müavinət sisteminin fəaliyyət göstərdiyini qeyd edən nazir bu sosial ödənişlərin də mütəmadi artırılması üçün dövlət başçısı tərəfindən müvafiq Sərəncamların imzalandığını vurğulayıb: "Həmin Sərəncamlar nəticəsində 2003-2017-ci illərdə müavinətlərin məbləğində dəfələrlə artım özünü göstərib. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 23 fevral 2018-ci il tarixli Sərəncamları bu sahədə bu artım dinamikasını cari ildə də davam etdirməyə imkan verib. Bu Sərəncamlarla yaşa, ailə başçısını itirməyə və əlilliyə görə sosial müavinət alanlara, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, müharibə veteranlarına, aztəminatlı (ünvanlı dövlət sosial yardımı alan) ailələrdəki 1 yaşınadək uşaqlara və sosial müavinətlər haqqında qanunvericilikdə nəzərdə tutulan digər şəxslərə aylıq sosial müavinətlərin, uşağın doğulmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün, habelə dəfn üçün verilən birdəfəlik müavinətlərin, beşdən çox uşağı olan qadınlara hər uşağa görə verilən müavinətlərin, uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən müavinətin 2018-ci il martın 1-dən 10 faiz artırılması təmin ediləcək. Hər üç Sərəncam aylıq və birdəfəlik sosial müavinət alan şəxslərdən ibarət olmaqla, ümumilikdə 560 minə yaxın insana yönələn müavinətlərin artırılmasını nəzərdə tutur və həmin Sərəncamlar üzrə müavinətlərə artımların edilməsi üçün ilin sonunadək 24,9 milyon manata yaxın əlavə vəsait ayrılacaq”.
Nazir qeyd edib ki, sığortaolunanlara üç yaşınadək uşağa qulluğa, uşağın anadan olmasına görə və dəfn üçün müavinətlərin məcburi dövlət sosial sığorta vəsaitləri hesabına ödənildiyi nəzərə alınmaqla bu vəsaitin 1,7 milyon manata qədəri Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun büdcəsindən, qalanı isə dövlət büdcəsindən ayrılacaq: "Bununla da cari ildə bütün növ müavinətlərin artırılması təmin edilir. Eyni zamanda, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum əmək haqqının 4 misli qədər birdəfəlik müavinət ödənilir ki, bu sosial ödəniş növünün artımı hər il minimum əmək haqqının artması ilə əlaqədar artır. Ölkəmizdə minimum aylıq əmək haqqının məbləğinin 2018-ci il yanvarın 1-dən 130 manat müəyyən edilməsi ilə əlaqədar həmin müavinət də cari ilin əvvəlindən 12,06 faiz artırılaraq 520 manata çatdırılıb".
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən hazırki fevral ayında pensiya və müavinətlərin, Prezidentin təqaüdlərinin artırılması məqsədilə imzalanan 13 Fərman və Sərəncam ümumilikdə 1 milyon 856 min nəfəri əhatə edir. Həmin Fərman və Sərəncamlara əsasən pensiya və müavinətlərə, Prezidentin təqaüdlərinə müvafiq artımların həyata keçirilməsi üçün ümumilikdə ilin sonunadək 200 milyon manat əlavə vəsaitin ayrılması təmin ediləcək”, - deyə diqqətə çatdıran S.Müslümov Azərbaycan Prezidenti cənab İlham Əliyevin qeyd olunan Fərman və Sərəncamlarının ölkə əhalisinin əhəmiyyətli bir hissəsinin (18,75 faizinin) rifah halının yaxşılaşdırılmasına xidmət etdiyini və bu sənədlərdən irəli gələn vəzifələrin icrası işlərinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tam və vaxtında yerinə yetiriləcəyini vurğulayıb.
OXŞAR MÖVZULAR