Impera

XƏBƏR LENTİ
12:32Qadjetlər uşaqları "məhv" edir-Araşdırma12:19Ziya Məmmədovun gətirdiyi avtobuslar hərraca çıxarıldı12:16Direktor arvadını 5-ci mərtəbədən atdı-BP20:59Meydən "Breksit"lə bağlı yeni xəbər18:02Bakının bu ərazilərində 2 gün su olmayacaq17:56Azersun Holding MMC-nin sahibi səhmlərini məmurlara satacaq - Gözəl: "...bəddua edəcəklər"16:07Yer Tehranı ildə 25 sm "udur"--SOS16:00Maralla Kamal mahalları bölüşə bilmədi--Türkiyə14:38Sabiq nazir ölümdən döndü14:30Ermənistanda qərbyönümlü qüvvələr hakimiyyətə gəldi.14:04Qubada itkin düşən bu tələbə oğlan axtarılır - DİN12:33Fransız “Sarı jiletlilər”i 25 bəndlik tələbdən ibarət manifestini yayımlayıb12:21Ermənistan parlamentini bu cür formalaşdıracaq12:13Yapon iqtisadiyyatı tənəzzüldə12:06Masallıda evin qarajında qaz sızması: ölən var - Rəsmi19:5213 nəfər diri-diri yandı--CAR19:48Gənclər gələcəklərini kiçik şəhərlərdə qursalar, daha xoşbəxt yaşayarlar- Türk tarixçi İlbər Ortaylı19:41Talibandan növbəti hücum: 8 hərbçi öldü...17:39Məmurları daşıyan helikopter qəzaya uğradı: 7 ölü17:15Fransızlardan Trampa sərt xəbərdarlıq: Burnunu soxma!..17:07Qırğız əsilli idmançı postsovet ölkələri arasında ilk dəfə UFC çempionu olub - VİDEO16:53Putinlə bizim görüşümüz keçiriləcək – Netanyahu açıqladı16:49Makron “Sarı jiletlilər”dən üzr istəməklə qalib gəldi12:17İran hər an vurula bilər-Avropa kəşfiyyatı zəmin hazırlayır11:42Tereza Mey “Brexit” sazişi üzrə səsverməni təxirə sala bilər11:37Tacikistanda dördəm uşaqlar doğulub11:33Nə Rusiya, nə ABŞ, nə də Çin..- Ukrayna da nüvə təhdidinə başladı11:27Bakıda ağır avtoqəzada qadın sərnişin öldü09:45İran və Türkiyə illərdir terrorizm problemi ilə qarşı-qarşıyadır--Ruhani09:40Dövlət Komissiyası ziddiyyətli məlumat yayıb – Son məlumat09:08Amerika Avropanı diri-diri udmağa hazırlaşır-«Fransızlar məni istəyir» - Tramp08:58Azərbaycanlı iş adamı Rusiyada həbs edildi08:40Heydər Əliyev atasının Putinlə birgə şəklini paylaşıb -FOTO18:34Brüsseldə də "sarı jiletlər" ayağa qalxdı-Yüzlərlə həbs olunanlar var18:27OPEK+ Rusiyaya zərər verəcək - Kudrin17:56Böyük vəsaitlərə salınan yollar tez bir zamanda sıradan çıxır-Ə.Amaşov17:46MKİ məxfi əməliyyatlarına rəhbərlik Rusiya qrupunun rəhbərinə tapşırıldı17:31Rusiyaya qarşı Almaniya ABŞ-la birlik yaradır: Avropanı qorumaq üçün...13:04Avropa Ermənistan vasitəsilə Rusiyanı da maliyyələşdirir – Sərdar Cəlaloğlu12:28Mavi ekranlardan dilimizi korlayan aparıcıların adları açıqlandı - Siyahı12:17Gəncədə ərə qarşı qadın zorakılığı qeydə alınıb- bıçaqlanma12:13Tramp Tillersonun simasında daha bir rəqib qazanır: Kütbeyin, tənbəl...12:08Putinin ətrafındakı 6 oliqarxa Britaniyadan qadağa başladıldı18:59Ordu paytaxta yeridildi18:55Hamilə keçini zorlayan 22 yaşlı gənc 15 illiyinə azadlıqdan məhrum edildi18:35Vəkillər Kollegiyası sədrini yenidən təsdiq etdi – Nəticə18:26Eks prezident həbs olunur -Video18:17Kürdəmirdə ağır yol qəzasında bir nəfər öldü...17:46DTX-dən vətəndaşlara xəbərdarlıq etdi - Bilə-bilə...20:50Keçi sahibinin 20 min avrosunu yeyib, özünü də ömürlük bir nöqtəyə baxmağa məhkum edib20:38DİQQƏT!--Bu marşrut xətləri birləşdirildi20:30Lukaşenko "xoruz"lanmaq istədi, Putin "xoruz"unu qoltuğuna verdi--Aİİ sammitdə20:21Ruslar Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin hərbi sənaye müəssisələrində nəzarəti həyata keçirib-Nədən?18:50Dünya yeni bir qütbləşmə və silahlanma yarışının astanasındadır--Qorbaçov18:33İlham Əliyev Putin və Paşinyanla yan-yana şəkil çəkdirdi- Düşmənlərin acığına17:37Rusiya Ukraynada məğlub olacaq - Xerbst17:31Trafik canavarı daha bir can aldı17:25Putindən siyasi suverenliklərindən məhrum etdiyi müttəfiqlərinə çağırış: İqtisadi suverenliyinizi artırın16:5125 ildən sonra münaqişənin adı dəyişdi: "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi" --İrəliləyiş16:43AZAL 2 gün "Atatürk"ə uçmayacaq - Səbəb15:55Qırmızı vərəqə alan futbolçu geri çağırıldı və oyuna davam etdi15:46Rusiya ABŞ-ın provokasiyalarını cavabsız qoymayacaq--Admiral Vladimir Komoyedov15:33Avtovağzalda “Şəbəkə” xidmət mərkəzi istifadəyə verildi - Foto15:26Rusiya bu savaşda 100 milyard dollar itirib--Medvedyev15:21ATƏT Qarabağın ermənilərdə qalmasında israrlıdır10:05Onlar deyirlər ki, biz bunu etməməliyik--Paşinyanın gizli danışığı yayıldı09:58Bakıda daha bir təmizlik işçisi maşınla vuruldu09:55Rusiyadan “Bal-E” raket sistemlərinin alınması kimi niyyətimiz də olmayıb - MN09:32Vəliəhd ABŞ-ı savaşa sövq edə bilər - Senatordan xəbərdarlıq09:29Rusiyadan erməniləri müdafiə etməsi ilə bağlı daha bir etiraf-- Biz gedə bilərik...14:56Mən güc yolunun tərəfdarı deyiləm - Dodon14:52İrəvan iş görüb, Bakı Rusiya XİN-ə İrəvanla bağlı etiraz edib...14:42Qubalı qadın internetdə tanış olduğu sabirabadlı "sevgili"sini Qusarda güllələtdi14:30Prezident iqamətgahını arvadına verdi--Olay13:17Sabah intensiv yağış, qar olacaq... - Xəbərdarlıq20:38Heydər Oğuzdan Mirşahinə tərs şapalaq-- Sayqı görmək istəyirsinizsə...20:15Putin, Ərdoğan, Makron və Merkel--- Görüş yeri...20:09NATO-dan Rusiya və İrana çağırış...17:25Sürücülərin nəzərinə: bu yolda hərəkət məhdudlaşdırılır16:22Koza Nostra mafiyasının 80 yaşlı lideri ələ keçirildi16:18Milanda XİN başçılarının görüşü artıq vəsait itkisidir, nəticə sıfra bərabərdir--Y.Mixaylov16:08DTX-nin saxta hesabındakı üzvlərin sayı rəsmi hesabındakından artıqdır13:31Rus dilini ikinci dil kimi qəbul edin, heç bir problem olmayacaq -- Putindən Paşinyana təklif13:19Azərbaycan diasporasının bərqərar olmamasının səbəbi məlum oldu09:59Müasirləşmənin yeni qurbanları -- Sumqayıtda 15 qazi işindən olub09:44Sabah bizim olduqca vacib görüşümüz olacaq--Prezident Rusiyaya getdi20:29Ankarada partlayış: yaralılar var17:33Ankaranın əlində kompromat var-- Politoloq17:15Növbəti kütləvi zəhərlənmə - AQTA-dan xəbərdarlıq17:02Biz bu adminstrasiya ilə ortaq heç nə istəmirik--Mahmud Abbas16:55Ukraynalılar kütləvi surətdə ölkəni tərk edir--Timoşenko09:30Polşa da rus qazından asılılıqdan qurtuldu--N-TV09:25İngilis əsgərləri Ukraynada miqyaslı hərbi fəaliyyətə başladı--Rusiyadan reaksiya09:16Kələm yeyin, faydasını görün...09:10Bu, sizin üçün pis fondur--İrəvana xəbərdarlıq09:05ABŞ Rusiyaya sanksiyaların ikinci hissəsini tətbiq edərsə...19:04Rusiya və Yaponiya razılaşdı - Moskva nəzarətində olan 4 adadan 2-ni Yaponiyaya qaytaracaq18:55Bu, çox təhlükəli bir oyundur - Rusiya ABŞ-a xəbərdarlıq etdi18:21Elə komandalar var ki..- Qurban Qurbanov18:16Erməni saxtakarlığı İsraili qarışdırdı: Həbslər var
BÜTÜN XƏBƏRLƏR

«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

“Gəlinimin cehizləri torpaq altında qaldı”

13 fev 2018, 00:06   
“Gəlinimin cehizləri torpaq altında qaldı”

“Gəlinimin cehizləri torpaq altında qaldı”
Bayıl yamacındakı sürüşmənin yenidən aktivləşməsi nəticəsində Teleqüllə yaxınlığında 30 metr uzunluğunda, 12 metr dərinliyində çatlar yaranıb.
"Altun.az"ın APA TV-yə istinadən məlumatına görə, sürüşmə 6,9 hektar ərazini əhatə edir. Təhlükəli ərazinin konturları daxilində olan evlərin sayı 106-dır. 90-a yaxın evin sakinləri isə köçürülüb.Yağışın yağması ilə onlardan bir neçəsinin evlərinə qayıtmaq ümidi bir dəfəlik sönüb. Xəsarət alan olmasa da, 4 ev yerlə yeksan olub.
Sakinlərin vaxtında köçürülməsi insan faciəsinin qarşısını alıb. Fərid Hüseynli ailəsi ilə bərabər 15 gün öncə evi tərk edib. Lakin əşyaları çıxara bilməyib: “1997-ci ildən burada məskunlaşmışıq. Yanvarın əvvəlində kiçik çatlar əmələ gəldi. Daha sonra icra başçısı şəxsən gəldi, xahiş elədi ki, evləri tərk edək. Ondan sonra hər ötən gün çat böyüdü. Sonra da bizə dedi ki, qətiyyən evə girmək olmaz. 6-cı gün 15.30 radələrində evlər bir-bir dağılmağa başladı. Gördüyünüz kimi, mənim evimin arxası da gedib. Bizə dedilər ki, ola bilər, sürüşmə dayansın və biz evimizə qayıdaq. Amma dedilər ki, kim istəsə, çıxara bilər. Evə girməyə isə qətiyyən icazə vermədilər. Yağış kəsən kimi bahalı əşyaları çıxarmağa icazə verdilər. Sağ olsunlar, yük maşını ilə də təmin etdilər. Hələ ki, qohum evində qalırıq”.
Aidə Ələkbərova isə bu ərazidə 1995-ci ildən məskunlaşıb. Hadisə baş verən zaman da evində olub. Ona məxsus 3 otaqlı ev yararsız hala düşüb: “Ayın 10-u saat 2-yə işləyəndə evdə idim. Gurultu eşitdim. 2 polis gəldi ki, “tez elə, ev gedir. İki gündür mənim evimə baxan yoxdur. Yeni təmir etdirmişəm. Gəlinimin də cehizinin yarısı qaldı torpağın altında”.
Sürüşmədən ən çox əziyyət çəkən yəqin ki, Yazdagül Hüseynovadır. O, evindən bir çöp belə çıxara bilməyib: “Ayın 24-ü çıxmışıq evdən. Heç çıxmaq istəmirdik. Amma yaxşı ki, tez çıxdıq. Allah saxladı bizi. Çıxmasaydıq, altında qalacaqdıq. Evi görəndən sonra yoldaşım xəstələndi”.
Sakinlərdən bəziləri qohum evinə sığınıb, bəziləri isə kirayədə qalır. Ev tapmaqda çətinlik çəkənlər üçün müvəqqəti olaraq 163 nömrəli tam orta məktəbdə sığınacaq yaradılıb. Təəssüf ki, bir neçə dəfə cəhd etsək də, məktəb ərazisinə daxil ola bilmədik.
Fövqəladə hal nəticəsində zərər çəkən yüzlərlə sakin ev probleminin qısa zamanda həll olunacağına ümid edirlər. Elə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da bunu deyir. O, bildirib ki, 19-cu əsrdə Bayılın bu hissəsində ümumiyyətlə yaşayış olmayıb: "Lakin həmin dövrdə də bu ərazidə sürüşmə prosesləri baş verib. Aparılan araşdırmalar nəticəsində Bayıl yamacındakı tikililərin təqribən 20-25%-in ötən əsrin 60-70-ci illərində, qalanlarının da 1990-2000-ci illərdə qeyri-qanuni-1 gecəyə tikildiyi müəyyən edilib. Sakinlər bu evləri qanunsuz olaraq tikib. Lakin bütün bunlara baxmayaraq, bu gün dövlətimiz ayrı-seçkilik etmədən orada yaşayan insanların hər birinin qayğısına qalır".


OXŞAR MÖVZULAR