Bugün:

İspaniya Kataloniya liderinə beş gün vaxt verdi

12 okt 2017, 10:15, altun
    Oxunub: 46
İspaniya Kataloniya liderinə beş gün vaxt verdi

Kataloniya rəhbəri Karles Puçdemon oktyabrın 16-na qədər çərşənbə axşamı imzalanan müstəqillik bəyannaməsinə aydınlıq gətirməlidir.

Altun.az xəbər verir ki, bu barədə parlamentin aşağı palatasında çıxışı zamanı İspaniya hökumətinin başçısı Mariano Raxoy bəyan edib.

“Əgər müsbət cavab olsa və ya ümumiyyətlə cavab olmasa, Puçdemon bu müstəqillik bəyannaməsini ləğv etməlidir”, - Mariano Raxoy bildirib.

Onun sözlərinə görə, bunun üçün Kataloniya hökumətinə oktyabrın 19-na qədər vaxt verilir.
loading...